Məhkəmə qərarları › İş №2(060)-7522/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7522/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7522/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə, 01.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon üçün 759 (yeddi yüz əlli doqquz) manat ödənilməmiş hissə, 227 (iki yüz iyirmi yeddi) manat dəbbə, 02.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon üçün 1918,8 (min doqquz yüz on səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 509 (beş yüz doqquz) manat dəbbə, ümumilikdə 3483,8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 19.09.2019-cu il, 01.12.2019-cu il və 02.03.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon almış və nəticədə 2500,7 (iki min beş yüz manat, yetmiş qəp,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 732 manat (6 ay x 54 manat + 408 manat ilkin ödəniş) İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 70 manat olmaqla ondan, 54 manat ödənilməmiş hissə, 16 manat dəbbə, 01.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 828 manat (12 ay x 69 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon üçün üçün ümumilikdə, 986 manat olmaqla ondan, 759 manat ödənilməmiş hissə, 227 manat dəbbə, 02.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 2218,8 manat (18 ay x 106,6 manat + 300 manat ilkin ödəniş) İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon üçün ümumilikdə, 2427,8 manat olmaqla ondan, 1918,8 manat ödənilməmiş hissə, 509 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 1047 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, yalnız hazırlıq iclasında iştirak edərək iddianı qəbul etmədiyini bildirmiş, sonrakı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə X4 arasında bağlanmış 19.09.2019-cu il, 01.12.2019-cu il və 02.03.2020ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən, İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon, İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon almış, malların 3778,8 manat olan ümumi dəyərindən cəmi 1047 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 3483,8 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 dəyəri 732 manat olan, 6 ay müddətinə, 408 manat ilkin ödəniş, aylıq ödəniş 54 manat olmaqla İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon, ümumi dəyəri 828 manat olan, 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 69 manat olmaqla İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon, ümumi dəyəri 2218,8 manat olan, 18 ay müddətinə, aylıq 106,6 manat olmaqla, 300 manat ilkin ödənişlə İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon almışdır. Malların 3778,8 manat olan ümumi dəyərindən cəmi 1047 manat ödəniş etmişdir. Bununla da 3483,8 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh X4 "xxxx"MMC ilə bağlanmış 19.09.2019-cu il tarixli müqaviləyə əsasən aldığı məhsulun 732 manat olan ümumi dəyərindən cəmi 678 manat ödəniş etmiş və nəticədə 54 manat əsas borc, 16 manat dəbbə borcu yaranmışdır. 01.12.2019-cu il tarixli müqaviləyə əsasən aldığı məhsulun 828 manat olan ümumi dəyərindən cəmi 69 manat ödəniş etmiş və nəticədə 759 manat əsas, 227 manat dəbbə borcu yaranmışdır. 02.03.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 2218,8 olan ümumi dəyərindən cəmi 300 manat ödəniş etmiş, nəticədə 1918,8 manat əsas, 509 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə X4 arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 3778,8 manat olan ümumi dəyərindən cəmi 1047 manat ödəniş etmiş və nəticədə 3483,8 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 1 manat, 7 manat və 9 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 19.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə, 01.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon üçün 759 (yeddi yüz əlli doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə, 02.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon üçün 1918,8 (min doqquz yüz on səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, ümumilikdə 2748,8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh X1 alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 19.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********10010 Samsung Galaxy A50 markalı telefon üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə, 1 (bir) manat dəbbə, 01.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93192 olan Samsung Galaxy A50 markalı telefon üçün 759 (yeddi yüz əlli doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə, 02.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********10677 olan Samsung Galaxy S10 Dual markalı telefon üçün 1918,8 (min doqquz yüz on səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, ümumilikdə 2748,8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh X1 alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar