Məhkəmə qərarları › İş №2(060)-7531/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7531/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7531/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********97894 olan iPhone 11 Pro markalı telefon üçün 2407.8 (iki min dörd yüz yeddi manat , səksən qəpik) manat ödənilməmiş hissə, 623 (altı yüz iyirmi üç) manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********67277 Samsung Galaxy S10+ markalı telefon üçün 1976.2 (min doqquz yüz yetmiş altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə 592 (beş yüz doxsan iki) manat dəbbə, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********67277 Samsung Galaxy S10+ üçün 1135 (min yüz otuz beş) manat ödənilməmiş hissə, 343 (üç yüz qırx üç) manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1056 (min əlli altı) manat ödənilməmiş hissə, 317 (üç yüz on yeddi) manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********04444 Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV üçün 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissə, 241 (iki yüz qırx bir) manat dəbbə, ümumilikdə 9541 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9571 manat cavabdeh X2 alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə 24.03.2020-ci il, 22.12.2019-cu il, 20.11.2019-cu il, 03.10.2019-cu il və 26.05.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********097894 olan iPhone 11 Pro, İMEİ kodu **********67277 olan Samsung Galaxy S10+ markalı telefonlar, 2 ədəd Samsung LED TV, İMEİ kod **********04444 Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV almış və nəticədə 8398 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3030.80 manat (18 ay x 173 manat + 411.8 manat ilkin ödəniş) İMEİ kodu **********97894 olan iPhone 11 Pro markalı telefon üçün ümumilikdə, 3030.80 manat olmaqla ondan, 2407.80 manat ödənilməmiş hissə, 623 manat dəbbə borcu yaranmışdır. Eyni zamanda cavabdeh digər müqavilənin də şərtlərini pozmuş və nəticədə 22.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2541.60 manat (18 ay x 141.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********67277 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 2568.20 manat olmaqla ondan, 1976.2 manat ödənilməmiş hissə, 592 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1584 manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1478 manat olmaqla ondan, 1135 manat ödənilməmiş hissə, 343 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1698 manat (18 ay x 88 manat + 114 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1373 manat olmaqla ondan, 1056 manat ödənilməmiş hissə, 317 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2412 manat (18 ay x 134 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********04444 olan Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV üçün ümumilikdə, 1091 manat olmaqla ondan, 850 manat ödənilməmiş hissə, 241 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4336.4 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 24.03.2020-ci il, 22.12.2019-cu il, 20.11.2019-cu il, 03.10.2019-cu il və 26.05.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********097894 olan iPhone 11 Pro, İMEİ kodu **********67277 olan Samsung Galaxy S10+ markalı telefonlar, 2 ədəd Samsung LED TV, İMEİ kod **********04444 Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV almış və nəticədə 9541 manat borc yaranmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9541 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, iPhone 11 Pro markalı telefon üçün 623 manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 592 manat dəbbə, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ üçün 343 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 317 manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV üçün 241 manat dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, iPhone 11 Pro markalı telefon üçün 50 manat, 22.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 40 manat, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ üçün 30 manat, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 20 manat, 26.05.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV üçün 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, iPhone 11 Pro markalı telefon üçün 2407.80 manat ödənilməmiş hissə və 50 manat dəbbə, 22.12.2019cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 1976.2 manat ödənilməmiş hissə və 40 manat dəbbə, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ üçün 1135 manat ödənilməmiş hissə və 30 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1056 manat ödənilməmiş hissə və 20 manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV üçün 850 manat ödənilməmiş hissə və 20 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7585 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı və qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, iPhone 11 Pro markalı telefon üçün 2407.80 manat ödənilməmiş hissə və 50 manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 1976.2 manat ödənilməmiş hissə və 40 manat dəbbə, 20.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ üçün 1135 manat ödənilməmiş hissə və 30 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1056 manat ödənilməmiş hissə və 20 manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A6 Plus markalı telefon və HOFFMANN LED TV üçün 850 manat ödənilməmiş hissə və 20 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7585 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar