Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7533/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1168 manat ödənilməmiş hissə, 350 manat dəbbə, 06.08.2019-cu il tarixli müqaviləyə əsasən X2qlıq üçün 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 05.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********13954 Samsung Galaxy S10 markalı telefon üçün 1590 manat ödənilməmiş hissə, 477 manat dəbbə, 01.09.2019-cu il tarixli müqaviləyə əsasən, X2qlıq üçün 65 manat ödənilməmiş hissə, 19 manat dəbbə, ümumilikdə 3762 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 08.08.2019-cu il, 06.08.2019-cu il, 05.08.2019-cu il və 01.09.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED TV, X2qlıq, İMEİ kod **********13954 Samsung Galaxy S10 markalı telefon və X2qlıq almış və nəticədə 3762 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1314 manat olan Samsung LED TV üçün ümumilikdə 1518 manat olmaqla, ondan 1168 manat ödənilməmiş hissə, 350 manat dəbbə, 06.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 108 manat olan X2qlıq üçün ümumilikdə 93 manat olmaqla, ondan 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 05.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2107 manat olan İMEİ kod **********13954 Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə 2067 manat olmaqla, ondan 1590 manat ödənilməmiş hissə, 477 manat dəbbə, 01.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 78 manat X2qlıq üçün ümumilikdə 84 manat olmaqla, ondan 65 manat ödənilməmiş hissə, 19 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 712 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1314 manat olan Samsung LED TV-ni 18 ay müddətə hər ay 73 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 108 manat olan X2qlığı 6 ay müddətə hər ay 18 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.08.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 2107 manat olan İMEİ kod **********13954 Samsung Galaxy S10 markalı telefonu 199 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 159 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.09.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdehna alqı-satqı qiyməti 78 manat olan X2qlığı 6 ay müddətə hər ay 13 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 1168 manat əsas borcu, 350 manat dəbbə, 06.08.2019-cu il tarixli müqavilə üzrə 72 manat əsas borcu, 21 manat dəbbə, 05.08.2019-cu il tarixli müqavilə üzrə 1590 manat əsas borcu, 477 manat dəbbə, 01.09.2019-cu il tarixli müqavilə üzrə 65 manat əsas borcu, 19 manat dəbbə pulu borcu vardır. Ödədiyi cəmi məbləğ 712 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 729.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 08.08.2019-cu il tarixli müqavilə üzrə 350 manat dəbbə pulu azaldılaraq 100 manat, 05.08.2019-cu il tarixli müqavilə üzrə 477 manat dəbbə azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq 05,10 (17%) manat iddiaçıya aid edilməli, 24,90 (83%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 1168 manat əsas borc, 100 manat dəbbə pulu, 06.08.2019-cu il tarixli müqavilə üzrə 72 manat əsas borc, 21 manat dəbbə pulu, 05.08.2019-cu il tarixli müqavilə üzrə 1590 manat əsas borc, 100 manat dəbbə pulu və 01.09.2019-cu il tarixli müqavilə üzrə 65 manat əsas borc, 19 manat dəbbə pulu, cəmi 3135 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,90 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 1168 manat əsas borc, 100 manat dəbbə pulu, 06.08.2019-cu il tarixli müqavilə üzrə 72 manat əsas borc, 21 manat dəbbə pulu, 05.08.2019-cu il tarixli müqavilə üzrə 1590 manat əsas borc, 100 manat dəbbə pulu və 01.09.2019-cu il tarixli müqavilə üzrə 65 manat əsas borc, 19 manat dəbbə pulu, cəmi 3135 (üç min bir yüz otuz beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,90 (iyirmi dörd manat doxsan qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7533/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7533/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver