Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7541/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113(yüz on üç) manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 3010 (üç min on) manat ödənilməmiş hissə, 882 (səkkiz yüz səksən iki) manat dəbbə, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Multistayler Philips üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə, 08.07.2018-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 881 (səkkizyüz səksən bir) manat ödənilməmiş hissə, 264 (ikiyüz altmış dörd) manat dəbbə, ümumilikdə 5671 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı "xxxx" MMC ilə 21.10.2019-cu il, 26.05.2019-cu il, l7.10.2019-cu il və 08.07.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon, Samsung LED TV, Multistayler Philips və Soyuducu Samsung almış və nəticədə 5671 (beş min altı yüz yetmiş bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 506 (beş yüz altı) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon üçün ümumilikdə, 491 (dörd yüz doxsan bir) manat olmaqla ondan, 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113(yäz on üç) manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4152 (dörd min yüz əlli iki) manat (24 ay x 173 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 3892 (üç min səkkiz yüz doxsan iki) manat olmaqla ondan, 3010 (üç min on ) manat ödənilməmiş hissə, 882 (səkkiz yüz səksən iki) manat dəbbə, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) Multistayler Philips üçün ümumilikdə, 143 (yüz qırx üç) manat olmaqla ondan, 110 (yüz on) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə, 08.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2352 (iki min üç yüz əlli iki) manat (24 ay x 98manat + 0 manat ilkin ödəniş) Soyuducu Samsung üçün ümumilikdə, 1145 (min yüz qırx beş) manat olmaqla ondan,881 (səkkiz yüz səksən bir) manat ödənilməmiş hissə, 264 (ikiyüz altmış dörd) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2751 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il, 26.05.2019-cu il, l7.10.2019-cu il və 08.07.2018-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh dəyəri 506 (beş yüz altı) manat olan İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon, dəyəri 4152 (dörd min yüz əlli iki) manat Samsung LED TV, dəyəri 120 (yüz iyirmi) manat olan Multistayler Philips və dəyəri 2352 (iki min üç yüz əlli iki) manat olan Soyuducu Samsung almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 506 manat olan, 12 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 42 manat olmaqla İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon, dəyəri 4152 manat olan, 24 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 173 manat olmaqla Samsung LED TV, ümumi dəyəri 120 manat olan, 12 ay müddətinə, aylıq 10 manat olmaqla, 0 manat ilkin ödənişlə Multistayler Philips və dəyəri 2352 manat olan 24 ay müddətinə, aylıq 98 manat olmaqla, 0 manat ilkin ödənişlə Soyuducu Samsung almışdır. Malların 7130 manat olan ümumi dəyərindən cəmi 2751 manat ödəniş etmişdir. Bununla da 3078, 8 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 21.10.2019-cu il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 506 manat olan ümumi dəyərindən cəmi 128 manat ödəniş etmiş və nəticədə 378 manat əsas borc, 113 manat dəbbə borcu yaranmışdır. 26.05.2019-cu il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 4152 manat olan ümumi dəyərindən cəmi 1142 manat ödəniş etmiş və nəticədə 3010 manat əsas, 882 manat dəbbə borcu yaranmışdır. 17.10.2019-cu il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 120 manat olan ümumi dəyərindən cəmi 10 manat ödəniş etmiş, nəticədə 110 manat əsas, 33 manat dəbbə borcu yaranmışdır. 08.07.2018-ci il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 2352 manat olan ümumi dəyərindən cəmi 1471 manat ödəniş etmiş, nəticədə 881 manat əsas, 264 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 3078,8 manat olan ümumi dəyərindən cəmi 2751 manat ödəniş etmiş və nəticədə 4378 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 10 manat, 40 manat, 3 manat və 20 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 10(on) manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 3010 (üç min on) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Multistayler Philips üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə, 08.07.2018-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 881 (səkkizyüz səksən bir) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, ümumilikdə 4452 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********63389 Samsung Galaxy А30 markalı telefon üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, 26.05.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 3010 (üç min on) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, 17.10.2019-cu il tarixli müqaviləyə əsasən, Multistayler Philips üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə, 08.07.2018-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Samsung üçün 881 (səkkiz yüz səksən bir) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, ümumilikdə 4452 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənil sin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7541/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7541/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver