Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7546/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Sonorous Surefix asılqan üçün 30 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon üçün 622 manat ödənilməmiş hissə, 186 manat dəbbə, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1144 manat ödənilməmiş hissə, 344 manat dəbbə və 14.11.2019-cu il tarixli müqaviləsinə əsasən, DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər üçün 2096 manat ödənilməmiş hissə, 550 manat dəbbə olmaqla, ümumilikdə 4981 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.12.2019-cu il, 28.02.2020-ci il, 14.12.2019-cu il və 14.11.2019-cu il tarixli müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 105 manat olan (7 ay x 15 manat + 0 manat ilkin ödəniş) Sonorous Surefix asılqan, alqı-satqı qiyməti 750 manat olan (12 ay x 62,5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon, alqı-satqı qiyməti 1476 manat olan (18 ay x 82 manat + 0 manat ilkin ödəniş) Samsung LED markalı televizor və alqı-satqı qiyməti 2620 manat olan (20 ay x 131 manat + 0 manat ilkin ödəniş) DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər üçün cəmi 1059 manat ödəniş etmişdir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.12.2019-cu il, 28.02.2020-ci il, 14.12.2019-cu il və 14.11.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh dəyəri ümumi dəyəri 105 manat olan Sonorous Surefix asılqan, alqı-satqı qiyməti 750 manat olan İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon, alqı-satqı qiyməti 1476 manat olan Samsung LED markalı televizor və alqı-satqı qiyməti 2620 manat olan DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, Sonorous Surefix asılqan, İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon, Samsung LED markalı televizor və DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 7 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 15 manat olmaqla, 105 manat dəyərində Sonorous Surefix asılqan almışdır; 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 62,5 manat olmaqla, 750 manat dəyərində İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon almışdır; 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 82 manat olmaqla, 1476 manat dəyərində Samsung LED markalı televizor almışdır; 20 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 131 manat olmaqla, 2620 manat dəyərində DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər almışdır; - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 14.12.2019-cu il, 28.02.2020-ci il, 14.12.2019-cu il və 14.11.2019-cu il tarixli müqavilələrə əsasən Sonorous Surefix asılqan, İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon, Samsung LED markalı televizor və DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər telefon almış, onların 4951 manat olan ümumi dəyərindən 1059 manat ödəniş etmiş və nəticədə 3892 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.12.2019-cu il, 28.02.2020-ci il, 14.12.2019-cu il və 14.11.2019-cu il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 4951 manat olan ümumi dəyərindən 1059 manat ödəniş etmiş və nəticədə 3892 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 14.12.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 9 manat, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən 186 manat, 14.12.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 344 manat və 14.11.2019cu il tarixli müqaviləyə əsasən hesablanmış 550 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan, həmin məbləğin təxminən 5%-i həcmində, yəni 195 manat cərimə tərəflərin maraqlarına uyğun olaraq mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sonorous Surefix asılqan üçün 30 manat ödənilməmiş hissə, İMEİ kodu **********5107 olan Xiaomi Mİ 9T markalı telefon üçün 622 manat ödənilməmiş hissə, Samsung LED markalı televizor üçün 1144 manat ödənilməmiş hissə və DOGA DOLAB, X3 masası, X4, X5, DOSHEK URETAN (90x200sm) mebellər üçün 2096 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3892 manat borc, 195 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4087 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7546/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7546/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver