Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7547/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY 2TB PRO üçün, 858.8 (səkkiz yüz əlli səkkiz, səksən qəp) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə, 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********54392 Samsung Galaxy A40 üçün 430.2 (dörd yüz otuz, iyirmi qəp) manat ödənilməmiş hissə, 129(yüz iyirmi doqquz) manat dəbbə, 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefon üçün 656 (altı yüz əlli altı) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1680 (min altı yüz səksən ) manat ödənilməmiş hissə, 504 (beşyüz dörd) manat dəbbə, 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung TV üçün 1944 (min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 583 (beş yüz səksən üç) manat dəbbə, ümumilikdə 7243 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 05.01.2020-ci il, 31.12.2019-cu il , 01.01.2020-ci il, 25.02.2020-ci il və 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY 2TB PRO, İMEİ kod **********54392 Samsung Galaxy A40, İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefonlar, Samsung LED TV və Samsung TV almış və nəticədə 7243 (yeddi min iki yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilərin şərtlərini pozmuş və nəticədə 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1188.8 (min yüz səksən səkkiz, səksən qəp) manat (12 ay x 79.9 manat+230 manat ilkin ödəniş) PLAYSTATİON-4 SONY 2TB PRO üçün ümumilikdə, 1188.8 (min yüz səksən səkkiz manat,səksən qəp) manat olmaqla ondan, 858.8 (səkkiz yüz əlli səkkiz, səksən qəp) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə, 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 520.2 (beş yüz iyirmi, iyirmi qəp) manat (6 ay x 86.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********54392 Samsung Galaxy A40 üçün ümumilikdə, 559.2 (beş yüz əlli doqquz manat, iyirmi qəp) manat olmaqla ondan, 430.2 (dörd yüz otuz, iyirmi qəp) manat ödənilməmiş hissə, 129(yüz iyirmi doqquz) manat dəbbə, 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 (doqquz yüz on səkkiz) manat (12 ay x 60.5 manat + 192 manat ilkin ödəniş) İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 854 (səkkiz yüz əlli dörd) manat olmaqla ondan, 656 (altı yüz əlli altı) manat ödənilməmiş hissə,198 (yüz doxsan səkkiz) manat dəbbə, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qisməti 2301 (iki min üç yüz bir) manat (12 ay x 140 manat + 621 manat ilkin odəniş) Samsung LED TV üçün ümumilikdə, 2184 (iki min yüz səksən dörd) manat olmaqla ondan, 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə, 504 (beş yüz dörd) manat dəbbə, 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2300 (iki min üç yüz) manat (12 ay x 162 manat + 356 manat ilkin ödəniş) Samsung TV üçün ümumilikdə, 2527 (iki min beş yüz iyirmi yeddi) manat olmaqla ondan 1944 (min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 583 (beş yüz səksən üç) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1659 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh əsas borcla razı olduğunu, işdən çıxarıldığı üçün ödəyə bilmədiyini, işə bərpa üçün şikayət verdiyini bildirdi, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2020-ci il, 31.12.2019-cu il , 01.01.2020-ci il, 25.02.2020-ci il və 07.02.2020-ci il tarixli müqavilələrinə əsasən, PLAYSTATİON-4 SONY 2TB PRO, İMEİ kod **********54392 Samsung Galaxy A40, İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefonlar, Samsung LED TV və Samsung TV almış, malların 7228 manat olan ümumi dəyərindən cəmi 1659 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 7243 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri, 1188.8 (min yüz səksən səkkiz, səksən qəp) manat (12 ay x 79.9 manat+230 manat ilkin ödəniş) PLAYSTATİON-4 SONY 2TB PRO, dəyəri 520.2 (beş yüz iyirmi, iyirmi qəp) manat (6 ay x 86.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********54392 Samsung Galaxy A40, dəyəri 918 (doqquz yüz on səkkiz) manat (12 ay x 60.5 manat + 192 manat ilkin ödəniş) İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefon, dəyəri 2301 (iki min üç yüz bir) manat (12 ay x 140 manat + 621 manat ilkin odəniş) Samsung LED TV, dəyəri 2300 (iki min üç yüz) manat (12 ay x 162 manat + 356 manat ilkin ödəniş) Samsung TV almışdır. Malların 7228 manat olan ümumi dəyərindən cəmi 1659 manat ödəniş etmişdir. Bununla da 7243 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 05.01.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 1188,8 manat olan ümumi dəyərindən cəmi 330 manat ödəniş etmiş və nəticədə 858,8 manat əsas borc, 260 manat dəbbə borcu yaranmışdır. 31.12.2019-cu il tarixli müqaviləyə əsasən aldığı məhsulun 520,2 manat olan ümumi dəyərindən cəmi 90 manat ödəniş etmiş və nəticədə 430,2 manat əsas, 129 manat dəbbə borcu yaranmışdır. 01.01.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 918 olan ümumi dəyərindən cəmi 262 manat ödəniş etmiş, nəticədə 656 manat əsas, 198 manat dəbbə borcu yaranmışdır. 25.02.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 2301 olan ümumi dəyərindən cəmi 621 manat ödəniş etmiş, nəticədə 1680 manat əsas, 504 manat dəbbə borcu yaranmışdır. 07.02.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 2300 manat olan ümumi dəyərindən cəmi 356 manat ödəniş etmiş, nəticədə 1944 manat əsas, 583 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 7228 manat olan ümumi dəyərindən cəmi 1659 manat ödəniş etmiş və nəticədə 7243 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 8 manat, 4 manat, 6 manat, 16 manat və 20 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY 2TB PRO üçün, 858,8 (səkkiz yüz əlli səkkiz, səksən qəp) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə, 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********54392 Samsung Galaxy A40 üçün 430,2 (dörd yüz otuz, iyirmi qəp) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə, 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefon üçün 656 (altı yüz əlli altı) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 1680 (min altı yüz səksən ) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə, 07.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung TV üçün 1944 (min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, ümumilikdə 5623 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 05.01.2020-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON-4 SONY 2TB PRO üçün 858,8 (səkkiz yüz əlli səkkiz, səksən qəp) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********54392 Samsung Galaxy A40 üçün 430,2 (dörd yüz otuz, iyirmi qəp) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********87723 Samsung Galaxy A70 markalı telefon üçün 656 (altı yüz əlli altı) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1680 (min altı yüz səksən ) manat ödənilməmiş hissə, 16 (on altı) manat dəbbə, 07.02.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung TV üçün 1944 (min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, ümumilikdə 5623 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7547/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7547/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver