Məhkəmə qərarları › İş №2(060)-756/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-756/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-756/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan məbləğinin ödənilməsi tələbinə» dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «maddi ziyan məbləğinin ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 24.02.2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş olan Abşeron rayonu, Saray qəsəbəsində sahəsi 200 kv.m olan torpaq sahəsində yerləşən və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və onun içərisində olan ona məxsus avadanlıqların dəyəri kimi 40.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nadirli X13 Fuad Dunay oğluna qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı torpaq sahəsinə görə verdiyi 3500 manat məbləğində pulun, “Mitsubishi Pajero” minik markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün verdiyi 7500 ABŞ dolları pulun, ona vurduğu 20.000 manat maddi ziyanın və 20.000 manat isə mənəvi ziyanın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 10 ildən artıqdır ki, Cavabdeh ilə tanışdır. Uzun illər ərzində adı çəkilən şəxs Sumqayıt şəhərinin 18-ci mikrorayonu ərazisində yerləşən və ona məxsus olan mağazada satıcı işləmişdir. Eyni zamanda o, cavabdehlə faktiki nikah münasibətlərində olduğundan, bir neçə il bundan əvvəl Abşeron rayonunun Saray qəsəbəsində yerləşən ona məxsus 200 kvadrat metr torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə Cavabdeh köçərək orada yaşamasına icazə vermişdir. Bir müddətdən sonra o, şəxsi borcunun olması səbəbindən torpaq sahəsinin əlindən çıxmasının qarşısını almaq məqsədi ilə mülkiyyətində olan sözügedən torpaq sahəsini formal olaraq başqa şəxsin adına keçirmək qərarına gəlmişdir ki, borclu olduğu şəxs qarşısında torpağı satdığına dair görünüş yaratmaq məqsədi ilə cavabdehi özünə yaxın bilərək torpaq sahəsinin Cavabdeh adına keçirilməsini qərarlaşdırmışdır. Bu məqsədlə onunla cavabdeh arasında formal olaraq 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır ki, həmin müqavilə əsasında mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 200 kvadrat metr torpaq sahəsi guya 3500 manat müqabilində Cavabdeh mülkiyyətinə keçmişdir. Halbuki o, alqı-satqı müqaviləsində guya torpağın pulu olaraq 3500 manat məbləğində vəsaiti aldığına dair imza qoysa da, təbii ki, o, cavabdehdən hər hansı pul almamışdır. Ancaq torpağı ələ keçirdikdən sonra cavabdeh aralarında olan razılaşmanı pozmuş, onunla münasibətləri kəsərək torpağın ona məxsus olduğunu və qeyri qaytarmayacağını bildirmişdir. Halbuki, cavabdeh hələ 2014-cü ildə onun tərəfindən inşasına başlanılmış və 2016-cı ildə inşası başa çatdırılmış fərdi yaşayış evində yaşayaraq onun həmin fərdi yaşayış evi üçün aldığı avadanlıq və ləvazimatlardan istifadə etmişdir. O, cavabdeh tərəfindən aldanıldığını başa düşdükdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh arasında bağlanılmış 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və onun əsasında cavabdehin adına verilmiş mülkiyyət çıxarışının ləğv edilməsini və torpağının geri qaytarılmasını xahiş etsə də, sadaladığı halların sübut edilməməsi əsasında iddia tələbləri təmin olunmamışdır. Nəticədə cavabdehin onu aldatması nəicəsində o, torpaq sahəsindən əlavə həmin torpaqda öz vəsaiti ilə inşa etdirdiyi və bütün avadanlıqlarını aldığı 40.000 manat dəyərində olan fərdi yaşayış evindən də məhrum olmuşdur. Bu səbəbdən o, cavabdehin hərəkəti nəticəsində ona vurulmuş maddi ziyanı tələb etmək qərarına gəlmişdir. Belə ki, o, cavabdeh tərəfindən onun probleminə köməkiik etmək adı ilə aldadıldığından və dolandırıldığından bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, torpaq sahəsinin formal şəkildə alqı-satqısını həyata keçirmişdir. Belə ki, həmin ərazidə yalnıs torpaq sahəsinin 100 kvadrat metrinin bazar dəyəri 3000 manatdan artıqdır. Aydındır ki, içərisində onun tərəfindən 2016-cı ildə tikintisi başa çatmış və bazar dəyəri 40.000 manata yaxın olan fərdi yaşayış evini və 2019-cu ilin fevral ayınadək ona məxsus olmuş torpaq sahəsini o, cəmi 3500 manata cavabdehə sata bilməzdi. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi sənədlər də onun tələbinin haqlı olduğunu, fərdi yaşayış evinin cavabdehin adına keçdiyi 2019-cu ilin fevral ayından xeyli əvvəl onun tərəfindən inşa olunduğunu və istifadə edildiyini sübuta yetirir. Buna misal olaraq "xxxx" ASC-nin "Aşeron Sukanal" İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, 978002 saylı məktubu göstərmək olar. Həmin məktubun məzmunundan da aydın olur ki, sözügedən fərdi yaşayış evinə dair su təchizatına görə onunla "Abşeron Sukanal" İdarəsi arasında 28 iyul 2016-cı il tarixli, 41078680 saylı müqavilə bağlanılmış və onun adına idarənin abonent bazasında **********000 saylı abonent kodu açılmışdır. Həmin vaxtdan 02 aprel 2019-cu il tarixədək su sərfıyyatına görə 199 manat pul məbləği onun tərəfindən idarəyə ödənilmişdir. Sözügedən abonent kodunun 02 aprel 2019-cu il tarixdə cavabdehin adına keçirildiyi, CSS-20 tipli, sayğac nömrəsi 160150043, plomb B880643 olan, ilkin göstəricisi 364 olan su ölçən cihazının quraşdırıldığı "xxxx" ASC-nin "Aşeron Sukanal" İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, 978002 saylı məktubda xüsusi olaraq qeyd edilmişdir ki, bu hal sözügedən tikilinin onun tərəfindən inşa edildiyini, 2019-cu ilin aprel ayınadək faktiki istifadəsində olduğunu tam olaraq sübuta yetirir. Bütün bu halları və işdə olan digər sübutları əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən onun faktiki mülkiyyəti olan fərdi yaşayış evi qanunsuz şəkildə dəyəri ödənilmədən ələ keçirildiyindən, ona vurulmuş ziyan ödənilməli, tikilini və onun içərisində olan onun tərəfindən alınmış avadanlıqların dəyəri cavabdehdən alınaraq ona ödənilməlidir. Bu səbəbdən o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu maddi ziyan məbləğinin, yəni mübahisələndirilən torpaq sahəsində inşa etdirdiyi tikilinin dəyəri alınaraq ona verilməlidir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında ilkin iddia tələbini əsaslı, qarşılıqlı iddia tələbini isə əsassız hesab edərək göstərdi ki, Cavabdeh iddiaçıya qarşı "pul tələbinə dair" qarşılıqlı iddia ərizəsində göstərdikləri tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Adı çəkilən şəxs iddiaçını aldadaraq iddiaçıya maddi ziyan vurmaqla kifayətlənməyərək, hal-hazırda da hər-hansı mötəbər sübutlara istinad etmədən iddiaçıya böhtan ataraq pul tələb etmək qərarına gəlmişdir. Halbuki, Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlər bunun tam əksini göstərir. İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsində də göstərdiyi kimi, iddiaçı Cavabdeh ilə uzun illər yaxınlıq edərək faktiki nikah münasibətlərində olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehin bir çox maddi tələbatını öz üzərinə götürərək ödəmişdir. İddiaçı 2000-ci illərin əvvəllərindən "xxxx" ASC-nin "Sumqayıt Enerji Təchizat" X14 sahə mühəndisi vəzifəsində işləmişdir. Bununla yanaşı sahibkarlıq fəaliyyəti də göztərərək Sumqayıt şəhərinin 18-ci mikrorayonu ərazisində iki mağazanı icarəyə götürərək birini telefon aksessuarları, digərini isə oyuncaq mağazası olaraq işlədir. Bu mağazalardan birində satıcı olaraq Cavabdeh, digərində isə cavabdehin əmisi qızı Günay adında şəxs işləmişdir. Mağazalardan birininn vergi ödəyicisi kimi iddiaçı qeydiyyatdan keçdiyindən və dövlət işində işlədiyinə görə ikinci VÖEN-i öz adına açmaq məqsədəuyğun olmadığından, 2008ci ildə ikinci mağazanın vergi ödəyicisi kimi Cavabdeh qeydiyyatdan keçirərək VÖEN-ni məhz Cavabdeh adına almışdır. Onu da, məhkəmənin nəzərinə çatdırır ki, bir müddət, yəni 2013-2015-ci illərdə iddiaçı mağazalardan birinin təyinatını dəyişdirərək meyvə-tərəvəz mağazası kimi işlətmişdir ki, bu zaman Cavabdeh qardaşı Cavid və onun dostu bu mağazada çalışmışlar. 2015-ci ildən etibarən isə iddiaçı mağazalardan birini təhvil vermiş, vergi ödəyicisi kimi fəaliyyətini formal olaraq dondurmuş, Cavabdeh özündə saxladığı mağazaya gətirərək cavabdehi VÖEN-i əsasında satıcı kimi işlətməyə başlamışdır. Bunu həmin ərazidə yerləşən digər mağazaları işlədən bir çox şəxs də təsdiq edə bilər ki, Cavabdeh formal olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, əslində isə iddiaçının işətdiyi mağazada satıcı olaraq çalışmışdır. Belə olan halda, cavabdehin guya iddiaçının adına torpaq, maşın alması, iddiaçıya pul verərək iddiaçını faktiki olaraq "saxlaması" barədə yazdıqları gülünc doğurmaqla yanaşı, məntiqsiz və ağlasığmaz görünür. Cavabdeh 2011-ci ilin sentyabr ayında Saray qəsəbəsində yeləşən sahəsi 0,02 ha olan torpaq sahəsini atasının pulu ilə iddiaçının adına alması barədə iddiası da bu qəbildəndir, çünki harada görünür ki, ata qızını "saxlayan" kişiyə ev, yaxud torpaq alsın? Cavabdeh valideynləri qızlarının iddiaçı ilə olan münasibətindən və iddiaçının ailəli olmağından xəbərdar idilər və buna bir etirazları da yox idi. İddiaçı sözügedən torpaq sahəsini vahid torpaq şəklində tanıdığı şəxsdən almışdır. Torpağın bir hissəsi Cavabdeh adına alınsa da, həmin torpaq atasıgil üçün ev tikintisi məqsədi ilə alınmışdır. Qalan 0,02 ha torpağı isə iddiaçı öz vəsaiti ilə özü üçün almışdır. Nə Cavabdeh, nə də atasının həmin torpağın hamısını, yəni 0,05 ha torpağı bütünlüklə almağa imkanları olmamışdır. Həmin torpaq sahəsində evi tikmək üçün maddi imkanları olmadığından, 2012-ci ildə şəhərin 9-cu mikrorayonunda yerləşən mənzillərini sataraq torpaq sahəsində ev tikə bilmişlər. Buna görə də, Cavabdeh guya iddiaçının adına olan torpağı onun atasının vəsaiti ilə alınmasına dair səsləndirdikləri ağ yalandır. Həm də əgər iddiaçının adına olan torpağın alqı-satqısının pulunu Cavabdeh və atası vermişdilərsə, niyə torpaq sahəsi atasının, qardaşının, yaxud da tam şəkildə Cavabdeh özünün deyil, iddiaçının adına rəsmiləşdirilmişdir? Cavabdeh torpağın iddiaçının adına sənədləşdirilməsini guya iddiaçı tərəfindən vergi məsələləri ilə izah olunması barədə yazdığı, onun bu məntiqsizliyi əsaslandırmağı bacarmadığını sübuta yetirir. Yəni torpaq iddiaçının adına olanda da, Cavabdeh və ya yaxınlarının adına olanda da vergi qanunvericiliyinin eyni normaları tətbiq olunmalı idi. Yaxud da əgər iddiaçı torpağın sənədləşdirilməsi zamanı onları guya aldadaraq 0,02 ha torpağı öz adına rəsmiləşdirmişdirsə və Cavabdeh atası buna etiraz etməmişdir, əgər iddiaçının bu hərəkətinə etiraz edimirdisə, iddiaçı niyə bütün 0,05 ha torpağın hamısını öz adına sənədləşdirməmişdir? Göründüyü kimi, suallar çoxdur və bu suallara məntiqi cavab almaq da mümkün deyildir. Belə ki, Nadirlinin qarşılıqlı iddia ərizəsində göstərdiyinin əksinə olaraq iddiaçı sözügedən torpaq sahəsini öz vəsaiti ilə almışdır. Qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi də iddiaçı tərəfindən, iddiaçının vəsaiti ilə inşa edilmişdir və 2019-cu ildə tam başa çatdırılmışdır. Cavabdeh məxsus torpaq sahəsində ev tikmək üçün atasının yeganə yaşayış yeri olan mənzilini sataraq pul vəsaiti əldə etdiyi halda, iddiaçının torpaq sahəsində Cavabdeh, yaxud atasının vəsaiti ilə guya ev tikilməsi də yuxarıdakılar qədər gülüncdür. Əgər Cavabdeh belə pul vəsaiti var idisə, niyə valideynləri onun ata yurdunu satıb onun pulu ilə özləri üçün ev tikirdilər? Belə çıxır ki, Cavabdeh valideynlərindən pulunu əsirgəmiş, amma yad bir şəxsə, qeyri-rəsmi onunla yaşayan bir kişiyə ev tikmək üçün xərcləmişdir? Hətta iddia etdiyinə görə, nəinki onun üçün ev tikmiş, minik avtomobili alaraq cavabdehə vermişdir. Cavabdeh bununla bağlı bildirdikləri tamamilə yalana söykənmişdir. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən 2013-2019-cu illər ərzində tikilmiş, onun daxilində yerləşən avadanlıqlar belə iddiaçı tərəfindən alınmışdır. Bunu tikinti materiallarının və avadanlıqların alınmasına dair qaimələr, tikinti və təmir işlərini aparmış ustalar da təsdiq edir. Sadəcə olaraq 2016-cı ilin əvvəllərində Cavabdeh valideynləri ilə artıq birlikdə yaşaya bilmədiyini, iddiaçıya görə sözsöhbət yarandığını və bu səbəbdən valideynlərindən ayrı yaşamaq istədiyini bildirdikdə, iddiaçı qonşuluqda yerləşən və iddiaçının tikməkdə olduğu evin tikitisini müəyyən qədər başa çatdırdıqdan sonra həmin evə köçməsini təklif etmiş, cavabdehdə da bununla razılaşaraq sonradan həmin evə köçərək orada yaşamağa başlamışdır. Sözügedən yaşayış evinin qaz və su ilə təchizatı aidiyyəti qurumlarla iddiaçı tərəfindən bağlanılmış və iddiaçının adına olan sənədlər əsasında həyata keçirilmişdir. Yalnız enerji təchizatı ilə bağlı kod Cavabdeh adına alınmışdır ki, bunun da səbəbi iddiaçının adına artıq bir kodun aktiv olması və "xxxx"ASC-də işlədiyindən ikinci kodun adına açılmasının məqsədəuyğun olmaması idi. Cavabdeh kommunal ödənişlərlə bağlı məhkəməyə təqdim etdiyi cədvəllər 2020-ci ildə kompyuterdən çıxarılmış cədvəllərdir ki, bu günədək edilmiş müvafiq kommunal xidmətlərə görə ödənişləri əks etdirir və sonuncu abonentin adına verilməklə illər üzrə kimin tərəfindən bu ödənişlərin həyata keçirildiyini özündə əks etdirmir. Cavabdehin guya götürdüyü kredit məbləğləri ilə iddiaçıya məxsus evi tikməsi barədə bildirdikləri də əsassızdır. Həmin kredit məbləğləri mağazanın işlədilməsi ilə bağlı vergi qeydiyyatı Cavabdeh adına olduğu üçün formal olaraq cavabdehin adına götürülmüş və sonradan iddiaçı tərəfindən də bağlanılmışdır. Həmin məbləğdən bir manat belə sözügedən evin tikintisinə xərclənməmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən də bu cür kredit məbləği alınaraq biznesinə xərclənilmişdir. Bu səbəbdən Cavabdeh adına formal olaraq götürülmüş kredit məbləğinin iddiaçının tikdiyi evə guya xərclənməsi barədə Cavabdeh bildirdikləri tamamilə əsassızdır. Eyni sözləri Cavabdeh mülkiyyətində olmuş avtomobili ilə bağlı iddia tələblərinə münasibətdə də təkrarlayır. Belə ki, Cavabdeh iddiaçıya məxsus "X20" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili guya atasının verdiyi pulla alınması barədə yazdıqları da hər hansı məntiqə sığışmır. Məhkəməyə guya yazılanların sübutu kimi təqdim olunmuş dəmiryolunun sərnişin biletlərindən görünür ki, həmin biletlər 17 noyabr 2012-ci il tarixinə aiddir. Cavabdeh nümayəndəsinin özünün məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Afəddin Leysanovun imzaladığı 15 yanvar 2021-ci il tarixli, 4722-1221 saylı məktubda da qeyd olunmuşdur ki, Baş X30 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə "Mitsubishi Pajero" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 sentyabr 2012-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış, 15 aprel 2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçının adından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, sözügedən avtomobil sərnişin biletlərinin alındığı noyabr ayından üç ay əvvəl iddiaçının mülkiyyətində olan avtomobil kimi qeydiyyatdan keçmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, bu avtomobili iddiaçı həqiqətən də sürmək üçün Cavabdeh etibar etmiş, lakin cavabdeh dəfələrlə qəza törətdiyinə görə və valideynləri ilə yaşamaq istəmədiyinə görə başqa yaşayış sahəsinə köçmək istəyini bildirdiyinə görə, iddiaçı avtomobili ondan geri alıb satmağı və onun pulu ilə torpağında olan evinin tikintisinin müəyyən qədər başa çatdırılmasını cavabdehə təklif etmişdir. Cavabdeh də iddiaçının təklifi ilə razılaşdığına görə həmin avtomobilini sataraq evinin tikintisinə xərcləmişdir. Cavabdeh göstərdiyi tarixdə isə iddiaçı cavabdehlə həqiqətən də Gürcüstan Respublikasında olmuş və hətta sonradan iddiaçı oradan "Mersedes-C180" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı başqa avtomobil də alaraq ölkəyə gətirmişdir. Maraqlıdır, nə üçün Cavabdeh həmin avtomobilin da atası tərəfindən alındığını iddia etməmişdir? Hal-hazırda da iddiaçının mülkiyyətində "Wolfsvaqen Passat" markalı başqa bir avtomobili də vardır ki, avtomobilin bugünə olan bazar dəyəri 30.000-35.000 manat civarında qiymətləndirilir. Sual oluna bilər ki, bu avtomobili də iddiaçı üçün Cavabdeh, yaxud atası almışdır? Beləliklə, sadaladığı faktlardan və məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, Cavabdeh "pul tələbinə dair" iddia tələbləri tamamilə əsassızdır və iddiaçının iddia tələblərinin təmin edilməsinin qarşısının alınmasına xidmət edir. İddiaçı həmin dövrdə də kifayət qədər imkanlı şəxs olmuş, hal-hazırda da iddiaçının mülkiyyətində başqa torpaq sahəsi və mənzil vardır. Bütün bu imkanı iddiaçı öz zəhməti ilə qazanmış və Cavabdeh maddi tələbatını da iddiaçı qarşılamışdır. İşlətdiyi mağazada faktiki olaraq satıcı kimi çalışdırdığı Cavabdeh guya iddiaçıya pul xərcləməsi barədə yazdıqlarına bəlkə də hanısısa Avropa ölkəsində inana bilərdilər, lakin milli mentaliteti və reallıqları nəzərə alsaq, yaşamaq üçün ev tikməkdən ötrü yeganə yaşayış sahəsi olan mənzili satmaq məcburiyyətində qalan bir kişinin qızı ilə qeyrirəsmi yaşayan və əlaqəsi olan bir oğlan üçün pul xərcləməsi, torpaq, maşın alması, ev tikdirməsi gülünc görünməklə yanaşı, tamamilə məntiqsiz və ağlasığmazdır. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd ediməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini əsaslı hesab edərək göstərdi ki, İddiaçı Sumqayıt şəhər Məhkəməsində Cavabdeh qarşı "maddi ziyan məbləğinin ödənilməsi" tələbinə dair iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4672/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh erkən ailə həyatı qursa da, ailədən çox tez ayrılmışdır. Bu baxımdan da təqribən 2009-cu ildə iddiaçı ilə tanış olmuş, əvvəlcə iddiaçı ilə birlikdə işləmiş, sonra isə aralarında münasibətlər yaranmışdır. Buna görə də Cavabdeh iddiaçıya bütün sahələrdə etibar etmişdir. 2011-ci ilin yay aylarında evdə Cavabdeh atası ila söhbət zamanı, atası bildirmişdir ki, Saray qəsəbəsində 5- 6 ha torpaq sahəsi alacaq, əvvəl özünə, sonra isə həyətində Cavabdeh ev tikəcək ki, yanında yaşasın. Cavabdeh də öz növbəsində bildirmişdir ki, Fuadın torpaq satan dostları çoxdur və onun bu işlərdə səriştəsi var. Ertəsi gün də Cavabdeh Fuada bildirmişdir ki, atası Saray qəsəbəsində torpaq almaq istəyir. Fuadda demişdir ki, bildiyi torpaq sahəsi var və həmin torpaq sahəsini ala bilər. Bir sözlə 5 sot torpaq üçün Fuada 9000 manat məbləğində pul vermişlər. Həmin torpaq sahəsi Cavabdeh atası tərəfindən alınmışdır. 09.09.2011-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X11, X7 və X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.2441 ha olan torpaq sahəsindən 0.02 ha torpaq sahəsini 2000 manata İddiaçı, 0.03 a torpaq sahəsini 3000 manata Cavabdeh satılmışdır. Həmin vaxt Fuada niyə torpaq sahəsini öz adına aldığını soruşduqda, bunun vergi məsələsi ilə bağlı olduğunu demiş və bildirmişdir ki, nə vaxt istəsə torpaq sahəsini Cavabdeh qaytaracaq. Cavabdehin atası da bu məsələyə görə etirazını bildirməmiş, bu baxımdan da Cavabdeh etiraz etməmişdir. 04.08.2012-ci ildə atası X15 özünə məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 63 nömrəli mənzilini X1. Həmin dövr artıq Cavabdeh Saray qəsəbəsində tikintiyə başlamışdır. Mənzili satandan sonra evin tikintisini sürətləndirmiş və 2013-cü ildə Cavabdeh atasının mənzilinə köçmüşdür. Bundan sonra Cavabdeh atası ilə məsləhətləşər ki, həyətdəki 2 sotda da, Cavabdeh üçün ev tikilsin. Ona görə də 2013-cü ilin yay aylarında Cavabdeh "Finca Azərbaijan" X9-Bank Kredit Təşkilatından 10.000 ABŞ dollar pul götürmüşdür. Həmin məbləğə də evin çöl divarlarını, damını və müəyyən işlərini görüb qurtarmışdır. Bundan sonra evin tikintisində fasilə yaranmış, 2015-ci ilin fevral ayında Cavabdeh yenidən "Finca Azərbaijan" X9-Bank Kredit Təşkilatından 10.000 ABŞ dolları pul götürüb, evin qalan bütün işlərini tamamlamışdır. Evin tikintisində İddiaçı Cavabdeh bir manat da olsun maddi yardım göstərməmişdir. Lakin, özünü kişi kimi qabaqda sayaraq, Cavabdeh vəsaiti hesabına müəyyən avadanlıqların alınmasında iştirak etmişdir. Bu da onunla əlaqədar olmuşdur ki, Cavabdeh qadın kimi bu işlərlə məşğul olmasın. Hətta evin müəyyən işlərinin görülməsində usta kimi, Fuad əmisi oğlunu təqdim etmiş, Cavabdeh da razılaşmış, pulunu vermiş, Fuadın əmisi oğlu da evin tikintisində iştirak etmişdir. 2015-ci ilin sonunda Cavabdeh, evin tikinitisini tam başa çatdırdıqdan sonra Fuada bildirmişdir ki, torpağın sənədlərini versin ki, evi öz adına keçirsin. Bu məqsədlə də Fuad 2016-cı ilin yanvar ayında həyat yoldaşının da razılığını alaraq, Cavabdeh etibarnamə vermişdir ki, Cavabdeh evi öz adına rəsmiləşdirsin. Faktiki olaraq 2016-cı ildə torpaqla bağlı öz iradəsini ifadə etmişdir. Lakin 2019-cu ilin yanvar ayında tərəflərin münasibətlərini də bir neçə günlük gərginlik əmələ gəlmiş, həmin ərəfədə də Cavabdeh, artıq evi sənədləşdirmək istəmişdir. Notariusa müraciət etdikdə məlum olmuşdur ki, Fuad etibarnaməni ləğv elətdirmişdir, Cavabdeh Fuada iradını bildirdikdə, Fuadın ən böyük xəyanəti ilə üzləşmişdir. Belə ki, Fuad bildirmişdir ki, o vaxt Cavabdeh atası az pul verib və 3500 manat da ödəməlidir. Doğrusu Cavabdeh belə bir insanı 10 il ərzində tanımamağı ilə dəhşətə gəlmişdir. Çünki o vaxt da Fuad torpaq alanda da Cavabdeh atasından çox pul almışdır. Cavabdeh bunu sonradan bilsə də, Fuadın üzünə vurmamışlar. Lakin Cavabdeh başqa çıxış yolu olmadığı üçün həmin məbləği də Fuada vermiş və nəticədə tərəflər alqı-satqı müqaviləsi bağlamışlar. Yəni Cavabdeh, 2011-ci ildə aldığı torpaq sahsinə 2 dəfə ödəniş etməli olmuşdur. Aprel ayında isə Cavabdeh Fuadla münasibtlərini birdəfəlik kəsmiş, Fuad isə Cavabdeh mesajlar yazaraq Cavabdeh şantaj etməyə başlamış və bu absurd, əsassız, boş yalanlardan ibarət bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2012-ci ildə Cavabdeh atası qızına maşın almaq üçün pul vermişdir. 18.09.2012-ci il tarixdə İddiaçı ilə "X20" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının Cavabdeh verildiyi pul ilə 7500 ABŞ dollara almışdır. Lakin, Fuad avtomaşını Cavabdeh adına yox, öz adına keçirmişdir. Səbəb kimi də, Cavabdeh xanım olmasını bildirmişdir. 23.09.2012-ci il tarixdə Cavabdeh etibarnamə vermişdir. Fuad sonradan maşını başqa bir şəxsə satmış və Cavabdeh bir manat da olsun pul verməmişdir. Bundan əlavə cavabdeh 10 il ərzində Cavabdeh əməyindən sui-istifadə etmiş, heç bir məsuliyyət daşımadığı halda işlədiyi mağazadan hər ay iddiaçıya pul vermişdir. Bu illər ərzində Fuad Cavabdeh 20.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri nəticəsində Cavabdeh həmçinin mənəvi ziyan çəkmişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Fuad onun əmisi oğludur. O, cavabdehi Fuadın vasitəsi ilə tanmışdır. O, Fuada məxsus evin 2015-ci ilin avqust ayında suvaq və təmir işlərini görmüşdür. Həmin evi Fuad öz vəsaiti hesabına tikdirmişdir. Onlara həmişə gördüyü işin zəhmət haqqını Fuad vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o, Fuadı ustasının qohumu kimi tanımışdır. Belə ki, o, digər şahid X3 yanında fəhlə işləmişdir. Onu da həmin evə işləmək üçün X8 aparmışdır. Onlar həmin evin suvaq və təmir işlərini görmüşlər və onlara həmişə zəhmət haqqını Fuad vermişdir. Məhkəmə, proses iştirakçılarını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh 24.02.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş olan Abşeron rayonu, Saray qəsəbəsində sahəsi 200 kv.m olan torpaq sahəsində yerləşən və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və onun içərisində olan ona məxsus avadanlıqların dəyəri kimi 40.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etsə də, iddiasında həmin evin tikilməsinə çəkilən xərclərin konkret nədən ibarət olmasını, evə aldığı avadanlıqların adlarını, onların markalarını, qiymətlərini və.s göstərməmiş, habelə həmin xərcin məhz onun tərəfindən çəkilməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehda İddiaçı torpaq sahəsinə görə verdiyi 3500 manat məbləğində pulun, “Mitsubishi Pajero” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün verdiyi 7500 ABŞ dolları pulun, ona vurduğu 20.000 manat maddi ziyanın və 20.000 manat isə mənəvi ziyanın alınaraq ona qaytarılmasını məhkəmədən xahiş etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla da tərəflər öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyan məbləğinin ödənilməsi tələbinə» dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyan məbləğinin ödənilməsi tələbinə» dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar