Azərbaycan Respublikası adından Qiyabi qətnamə Sumqayıt şəhəri İş № 2(060)-7613/2025 04.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 600 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Sumqayıt şəhəri Mərkəzi Plazanın 3-cü mərtəbəsində 503 otaqda yerləşən kiprik ustası cavabdeh cavabdeh2 və cavabdeh dırnaq ustası cavabdeh1 yanına dırnaq korreksiyasına gedirmiş. Hər iki cavabdehlə iddiaçı arasında çox səmimi və mehriban münasibətlər yaranmışdır. İddiaçı cavabdehlərin göstərdikləri xidmətə görə xidmət haqqını artıqlaması ilə ödəmişdir, üstəlik bütün tanış və qohumlarını Mətanət xanımla tanış etmişdir ki, dırnaq korreksiyasına onun qəbuluna gəlsinlər. Mətanət xanım öz növbəsində iddiaçını hər zaman xoş, gülərüz, mehribancasına qarşılamış, xoş münasibət göstərmişdir. Beləliklə onların arasında bir səmimiyyət və etibarlılıq bağı yaranmışdır. 2024-cü ilin aprel ayında iddiaçı salona dırnaq korreksiyasına getmişdir. cavabdeh1 ona qulluq edən zaman cavabdeh cavabdeh2 və cavabdeh1 iddiaçıya bildirmişdirlər ki, aylığı 200 manatdan lotoreya oynayırlar və sonuncu 10-cu adam çatışmazlığı var. Onlar iddiaçıya israrla lotoreyaya qoşulmasını təklif etmişdirlər. İddiaçı isə xanımları uzun müddət tanıdığına görə etibar etmiş və razılaşmışdır. Cavabdehlər iddiaçının 10-cu iştirakçı olduğunu bildirmiş və lotoreya ödənişinin alacağı vaxtı isə 2025-ci ilin yanvar ayına düşəcəyini qeyd etmişdirlər. 2024-cü ilin aprel ayından başlayaraq iddiaçı hər ay 200 manat lotoreya ödənişini onlayn şəkildə cavabdeh1 bank kartı vasitəsi ilə və ya salona gedəndə nağd şəkildə cavabdeh2 etmişdir. İddiaçı ödənişlərin qəbzlərini və xanımlarla “Whatsapp” tətbiqi vasitəsilə olan yazışmaları məhkəməyə təqdim edə bilər. Bundan sonra 2025-ci ilin yanvar ayında lotoreya ödənişi iddiaçıya çatanda cavabdehlər cavabdeh1 və cavabdeh2 bildirmişdirlər ki, qış mövsümü olduğundan yanvar ayında iş olmamışdır, gəlir az olduğundan lotoreya ödənişləri gecikir. İddiaçı deyilənləri anlayışla qarşıyaraq, 2025-ci il yanvar ayında lotoreya ödənişini tələb etməmişdir. Hər dəfə cavabdehlərdən pulu tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək iddiaçını aldadaraq, etibarından sui-istifadə edərək, telefon zənglərinə cavab verməyərək iddiaçının pulunu qaytarmaqdan boyun qaçırmışdırlar. İddiaçı verdiyi pulları geri qaytarmaq üçün mənəvi sarsıntılar və stress yaşamışdır. Bundan əlavə hər dəfə iddiaçı pulunu geri tələb etdiyində cavabdehlər onun ünvanına əxlaqsız, nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaltmışdırlar. Hazırda qarşı tərəf iddiaçıya olan 2000 manat məbləğində lotoreya ödənişinin müəyyən bir hissəsini böyük çətinliklərlə geri qaytarsa da, 600 manat məbləğində qalan borcu cavabdehlər ödəməmişdirlər. Cavabdeh cavabdeh2 və cavabdeh1 üzərinə düşən vəzifəni yerinə yetirməmişlər. Bu səbəbdən iddiaçı məsələ ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət etmişdir. İddiaşıya verilən cavab belədir : “Məlumat üçün bildiririk ki, Mətanət və Günel adı şəxslərin sizin pulunuzu verməmələri barədə ##.##.2025-cü il tarixdə Sumqayıt ŞPI-nin 4cü PB-nə daxil olmuş ərizəniz əsasında yoxlama aparılmış, ərizənizdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməniz məqsədəmüvafiqdir. İmtina məktubunun qeyri-peşəkar tərtib olunması, yazılması və hətta cavabdehlərin imtina məktubunda anket məlumatlarının olmaması verilmiş şikayətin obyektiv araşdırılmamasını sübut edir. Odur ki, Sumqayıt ŞPI-nin 4-cü PB-nin qərarından Sumqayıt Şəhər Prokurorluğuna iddiaçı tərəfindən şikayət verilmişdir. Lakin Prokurorluqdan iddiaçıya bildirilmişdir ki, onun şikayət ərizəsini yenidən Sumqayıt ŞPİ-yə göndərmişdirlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda o, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh cavabdeh2 ilə iddiaçı arasında “Whatsapp” tətbiqi vasitəsilə olan yazışmalardan görünür ki, iddiaçı cavabdehdən dəfələrlə onun borcunu qaytarmasını tələb etsə də, cavabdeh iddiaçının borcunu hər dəfəsində müxtəlif bəhanələr gətirməklə qaytarmır və iddiaçıya münasibətdə nalayiq və qeyri-etik ifadələrdən istifadə edir. - İddiaçı ilə cavabdeh cavabdeh2 arasında olan danışıqları əks etdirən diskə baxış keçirilmişdir. Diskdə öz əksini tapmış səs yazılarından görünür ki, iddiaçı cavabdeh cavabdeh2 onun borcunu ayın 25-nə kimi qaytarmasını tələb edir. Günel isə borcu ayın 25-i axşam saatlarında qaytaracağını bildirdikdə, iddiaçı saat 17:00-a qədər banka olan borcunu ödəməli olduğundan borcun tez bir zaman içində qaytarılmasını istəyir və bildirir ki, onlar iddiaçıya 300 manat pul verməlidirlər. Sonra tərəflər arasında mübahisə yaranır və cavabdeh iddiaçıya borcunu qaytarmayacaını bildirir və nalayiq, qeyri-etik ifadələrdən istifadə edir. - Sumqayıt Şəhər 4-cü Polis Bölməsi tərəfindən daxil olmuş məktubdan görünür ki, iddiaçı qeyd olunan hal ilə əlaqədar Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə şikayətlə müraciət etmiş, lakin ona ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. - İddiaçı İddiaçı Sumqayıt Şəhər Prokurorluğuna ünvanladığı ərizədən görünür ki, o Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə ona qarşı törədilmiş dələduzluq hadisəsi ilə bağlı müraciət etmişdir. Sumqayıt Şəhər 4-cü Polis Bölməsi heç bir araşdırma aparmadan ona şablon arayış təqdim etmişdir. Odur ki, iddiaçı şikayətin tam, hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçıya aylığı 200 manatdan lotoreya oynadıqlarını və 10-cu adam çatışmazlığı olduğunu bildirmişdirlər. Onlar iddiaçıya israrla lotoreyaya qoşulmasını təklif etmişdirlər. İddiaçı isə xanımları uzun müddət tanıdığına görə etibar etmiş və razılaşmışdır. Cavabdehlər iddiaçının 10-cu iştirakçı olduğunu bildirmiş və lotoreya ödənişini alacağı vaxtı isə 2025-ci ilin yanvar ayına düşəcəyini qeyd etmişdirlər. Lakin iddiaçı ödənişləri vaxtında etməsinə baxmayaraq cavabdehlər iddiaçının borcunu gecikdirmiş, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdırlar. Hazırda cavabdehlər iddiaçıya olan 2000 manat məbləğində lotoreya ödənişinin müəyyən bir hissəsini böyük çətinliklərlə geri qaytarsalar da, 600 manat məbləğində qalan borcu ödəməmişdirlər. İddiaçı bununla əlaqədar Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə müraciət etmiş, lakin ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsi iddiaçıya tövsiyə olunmuşdur. Sumqayıt ŞPInin 4-cü PB-nin imtina məktubundan Sumqayıt Şəhər Prokurorluğuna iddiaçı tərəfindən şikayət verilmişdir. Lakin Prokurorluqdan iddiaçıya bildirilmişdir ki, onun şikayət ərizəsi yenidən Sumqayıt ŞPİ-yə göndərilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, cavabdeh öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 600 manat alınaraq iddiaçı İddiaçı qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Dövlət rüsumun ödənilməsindən azad olduğu üçün, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) 600 manat olduğundan ödənilməli olan 30 manat Dövlət rüsumu cavabdehdən Dövlət büdcəsinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 600 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-7613/2025
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-7613/2025
04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver