Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-762/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı QSC X1 Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC X1 Təşkilatı Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC X1 Təşkilatının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi imzalandığı üçün iddiadan imtina etdiklərini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia tələbindən imtina barədə ərizəni və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanuna müvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5-ci maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC X1 Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-762/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-762/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver