Məhkəmə qərarları › İş №2(060)-7673/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7673/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7673/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1547,75 manat məbləğində əsas borc və 224,23 manat faiz borcu olmaqla, ümumilikdə 1771,98 manat borcun və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 14 sentyabr 2021-ci il tarixə təyin etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizəni təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini və iddia ərizəsinə əlavə olunmuş sənədlərin əslini Banka qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə» dair iddia ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar