Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7688/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2020-ci il tarixli, 200804-751582/1 nömrəli istehlak krediti müqaviləsi üzrə Cavabdeh 1991,7 manat əsas borc və 1253,84 manat faiz borcu, cəmi 3245,54 manat və 19 avqust 2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 449,69 manat əsas borc və 131,53 manat cərimə borcu olmaqla, cəmi 581,22 manat borcun və 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 200804-751582/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 21% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir.İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 36 ay müddətinə kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditlərin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 31 yanvar 2020-ci il tarixli, 200804-751582/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 26 avqust 2021-ci il tarixinə cavabdehin 1991,7 manat məbləğində əsas borc və 1253.84 manat faiz borcu olmaqla, ümumilikdə 3245,54 manat məbləğində kredit borcu yaranmışdır. 19 avqust 2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 26 avqust 2021-ci il tarixə cavabdehin 449,69 manat əsas borcu, 131,53 manat cərimə borcu olmaqla, ümumilikdə 581,22 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizləri, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Bank ilə Cavabdeh arasında bağlanılmış 31 yanvar 2020-ci il tarixli, 200804- 751582/1 saylı Kredit müqaviləsindən görünür ki, Bank borcalana 18 ay müddətinə illik 21% ödəmək şərti ilə 3000 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli, 200892- PC********** saylı “Smile kredit xətti müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə faiz ödənişi nəzərdə tutulmayan 500 manat məbləğində bərpa olunan kredit xətti açmağı öhdəsinə götürmüşdür. Borc barədə maliyyə arayışlarından görünür ki, 26.08.2021-ci il tarixə Cavabdeh 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1991,7 manat əsas, 1253,84 manat faiz borcu olmaqla, cəmi 3245,54 manat borcu, 19.08.2019-cu il tarixli kredit xətt müqaviləsi üzrə 449,69 manat əsas, 131,53 manat cərimə borcu olmaqla, cəmi 581,22 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 131,53 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31 yanvar 2020-ci il tarixli, 200804-751582/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 1991,7 manat əsas borc və 1253,84 manat faiz borcu olmaqla cəmi 3245,54 manat və 19 avqust 2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 449,69 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 499,69 manat, ümumilikdə 3745,23 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 yanvar 2020-ci il tarixli, 200804-751582/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 1991,7 manat əsas borc və 1253,84 manat faiz borcu olmaqla cəmi 3245,54 manat və 19 avqust 2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 449,69 manat əsas borc və 50 manat cərimə borcu olmaqla cəmi 499,69 manat, ümumilikdə 3745,23 (üç min yeddi yüz qırx beş manat iyirmi üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7688/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7688/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver