Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-769/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1739 (bir min yeddi yüz otuz doqquz) ABŞ dolları 86 (səksən altı) sent əsas borc, 2012 (iki min on iki) ABŞ dolları 08 (səkkiz) sent faiz borcu və 18 noyabr 2018-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 203 (iki yüz üç) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3955 (üç min doqquz yüz əlli beş) ABŞ dolları 29 (iyirmi doqquz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 18 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 6500 ABŞ dolları kredit götürmüşdür. 13.11.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 18.11.2018-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.08.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04.09.2020-dək Cavabdeh1 banka 18.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1739,86 ABŞ dolları əsas borc, 2012,08 ABŞ dolları faiz borcu və kredit müqaviləsi 18 noyabr 2018-ci il tarixdən, 04 sentyabr 2020-ci il tarixədək gecidkirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 203,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3955,29 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1739 (bir min yeddi yüz otuz doqquz) ABŞ dolları 86 (səksən altı) sent əsas borc, 2012 (iki min on iki) ABŞ dolları 08 (səkkiz) sent faiz borcu və 18 noyabr 2018-ci il tarixdən 04 sentyabr 2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 203 (iki yüz üç) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3955 (üç min doqquz yüz əlli beş) ABŞ dolları 29 (iyirmi doqquz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, onun ilə "xxxx" İKB ASC arasında 18.08.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən ona illik 27 faiz olmaqla 24 ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. O, banka olan kredit borcunu tam olaraq ödəniş etmişdir. Lakin bankın nümayəndəsi tərəfindən ödənişləri mənimsənilmişdir. Hazırda həmin şəxs barəsində hökm vardır. Bu səbəbdən onun ödədiyi kreditə görə yenidən pul tələbi əsassızdır, bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.08.2014-cü il tarixli, № 4-M-1-0-889-14 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 6500 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 18.08.2014-cü il tarixdə bağlanmış № 4-M-1-0-889-14 saylı Zaminlik müqaviləsindən görünür ki, 18.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialı arasında 18.08.2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 18.08.2014-cü il tarixli 4-M-1-0-889-14 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İşdə olan Problemli aktivlərin idarəedilməsi və hüquqi tənzimlənməsi departamentinin Qeydiyyat və Hesabat şöbəsinin 04.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 1739,86 ABŞ dolları əsas borc, 2012,08 ABŞ dolları faiz borcu və kredit müqaviləsi 18 noyabr 2018-ci il tarixdən, 04 sentyabr 2020-ci il tarixədək gecidkirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 203,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3955,29 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.05.2021-ci il tarixli, № 9/1874 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 18.08.2014-cü il tarixli, 4-M-1-0-889-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 18.05.2017-ci il tarixə əsas borc üzrə 3893,70 ABŞ dolları, 1591,55 ABŞ dolları faiz borcu, 07.10.2020-ci il tarixə əsas borc üzrə 3252,73 ABŞ dolları əsas borc, faiz borcu üzrə 238,53 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.08.2021-ci il tarixli, № 9/5304 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 18.08.2014-cü il tarixli, 4-M-1-0-889-14 saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 18.11.2018ci il tarixə İddiaçı ASC-yə olan borcu 6768,35 ABŞ dolları məbləğdə müəyyən edilir ki, əsas borc üzrə 3731,69 ABŞ dolları, 3036,66 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.03.2021-ci il hökmün surətindən görünür ki, Cavabdeh1 mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.08.2014-cü il tarixli, 4-M-1- 0-889-14 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Cavabdeh1 iddiaçıya olan borcunu tam ödədiyini, lakin ödədiyi məbləğin Bankın nümayəndələri tərəfindən mənimsənildiyini qeyd etsə də, iş materiallarında olan hökmün sürətindən görünür ki, cavabdehə mülki qaydada məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1739 (bir min yeddi yüz otuz doqquz) ABŞ dolları 86 (səksən altı) sent əsas borc, 2012 (iki min on iki) ABŞ dolları 08 (səkkiz) sent faiz borcu və 18 noyabr 2018-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 203 (iki yüz üç) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3955 (üç min doqquz yüz əlli beş) ABŞ dolları 29 (iyirmi doqquz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1739 (bir min yeddi yüz otuz doqquz) ABŞ dolları 86 (səksən altı) sent əsas borc, 2012 (iki min on iki) ABŞ dolları 08 (səkkiz) sent faiz borcu və 18 noyabr 2018-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 203 (iki yüz üç) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3955 (üç min doqquz yüz əlli beş) ABŞ dolları 29 (iyirmi doqquz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-769/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-769/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver