Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7698/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-yə 8561 (səkkiz min beş yüz altmış bir) manat 06 (altı) qəpik əsas kredit borc, 1700 (bir min yeddi yüz) manat 52 (əlli iki) qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 (sıfır) manat 30 (otuz) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10291 (on min iki yüz doxsan bir) manat 88 (səksən səkkiz) qəpik ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə bağlanmış 016CASA193610017 saylı 27.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında bağlanmış 016FİZAM61810403 saylı 27.12.2019-cu il tarixli, digər Cavabdeh3 ilə bağlanmış 016FİZAM61808403 saylı, 27.12.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Qasimov Kamil Qüdrət oğlunun kredit müqaviləsinin bitmə tarixinə İddiaçı ASC-yə 8561,06 manat əsas kredit borcu, 1700,52 manat kreditdən istifadəyə görə faiz borcu, 0,3 manat cərimə olmaqla, cəmi 10261,88 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-yə 8561 (səkkiz min beş yüz altmış bir) manat 06 (altı) qəpik əsas kredit borc, 1700 (bir min yeddi yüz) manat 52 (əlli iki) qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 (sıfır) manat 30 (otuz) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10291 (on min iki yüz doxsan bir) manat 88 (səksən səkkiz) qəpik ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixli 016CASA193610017 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 23 faiz olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən “Borcalan” kredit müqaviləsi üzrə bütün öhdəlikləri 25 iyun 2021-ci il tarixinədək tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixdə bağlanmış 016FİZAM61810403 və 016FİZAM61808403 saylı Zaminlik müqavilələrindən görünür ki, 27.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdehlər (zaminlər) Cavabdeh2 Səttar qızı və Cavabdeh3 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 27 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinin 1.2ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 27 dekabr 2019-cu il tarixli 016CASA193610017 №li kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyırlar. İş materiallarında olan 27.12.2019-cu il tarixli, 016CASA193610017 №-li kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin 27.01.2020-ci il tarixdən 25.06.2021-ci il tarixədək faiz ödənişi cəmi 1920,31 manat, kreditin əsas məbləğinin ödənişi 10000 manat, cəmi 11920,31 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.08.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Qasımov X3 şəhərində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.08.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh2 Sumqayıt şəhəri, YTİ Yataqxana 19-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.08.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Nəcəfov X2 rayonu, Masazır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 8561,06 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi vaxta hesablanmış 1700,52 manat faiz və 0,3 manat cərimə borcu məbləğində pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8561 (səkkiz min beş yüz altmış bir) manat 06 (altı) qəpik əsas kredit borc, 1700 (bir min yeddi yüz) manat 52 (əlli iki) qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 (sıfır) manat 30 (otuz) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10291 (on min iki yüz doxsan bir) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8561 (səkkiz min beş yüz altmış bir) manat 06 (altı) qəpik əsas kredit borc, 1700 (bir min yeddi yüz) manat 52 (əlli iki) qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0 (sıfır) manat 30 (otuz) qəpik cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10291 (on min iki yüz doxsan bir) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7698/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7698/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver