Məhkəmə qərarları › İş №2(060)-771/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-771/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-771/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “xxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 700 manat, Cavabdeh1 550 manat, Cavabdeh3 900, Cavabdeh5 350 manat və Cavabdeh4 1126 manat məbləğində zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək “xxxx” MMC-də əmək müqaviləsi ilə 4 nömrəli marşrut xətti üzrə avtobus sürücüsü vəzifəsində işləmişdir. O, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində işə çıxmış və qeyd edilən günlər üçün yol vərəqəsini və 700 manat məbləğində müəyyən olunmuş sərnişindaşıma haqqını müəyyən bəhanələrlə ödəməyərək, onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəlikərini yerinə yetirməmişdir. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixədək “xxxx” MMC-də əmək müqaviləsi ilə 4 saylı marşurt xətti üzrə avtobus sürücüsü vəzifəsində işləmişdir. O, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində işə çıxmış və qeyd edilən günlər üçün yol vərəqəsini və 550 manat məbləğində müəyyən olunmuş sərnişindaşıma haqqını müəyyən bəhanələrlə ödəməyərək, onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəlikərini yerinə yetirməmişdir. Cavabdeh3 xx xxxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək “xxxx” MMC-də əmək müqaviləsi ilə 2 saylı marşurt xətti üzrə avtobus sürücüsü peşəsində işləmişdir. O, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində işə çıxmış və qeyd edilən günlər üçün yol vərəqəsini və 900 manat məbləğində müəyyən olunmuş sərnişindaşıma haqqını müəyyən bəhanələrlə ödəməyərək, onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəlikərini yerinə yetirməmişdir. Cavabdeh5 xx xxxx 2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixədək “xxxx” MMC-də əmək müqaviləsi ilə 4 nömrəli marşrut xətti üzrə avtobus sürücüsü vəzifəsində işləmişdir. O, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində işə çıxmış və qeyd edilən günlər üçün yol vərəqəsini və 350 manat məbləğində müəyyən olunmuş sərnişindaşıma haqqını müəyyən bəhanələrlə ödəməyərək, onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəlikərini yerinə yetirməmişdir. Cavabdeh4 xx xxxxxxx 2019-cu il tarixindən hazıradək “xxxx” MMCdə əmək müqaviləsi ilə 8 nömrəli marşrut xətti üzrə avtobus sürücüsü vəzifəsində işləyir. Cavabdeh4 xidməti vəzifəsi ilə əlaqədar xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində işə çıxmış və qeyd edilən günlər üçün yol vərəqəsini və 1126 manat məbləğində müəyyən olunmuş sərnişindaşıma haqqını müəyyən bəhanələrlə ödəməyərək, onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəlikərini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərdən Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 xx.xx.1975-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1971-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh5 xx.xx.1973-cü ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1995-ci ildə anadan olmuş, ünvan 4i ünvanında qeydiyyatdadır. Cavabdeh4 xx.xx.1967-ci ildə anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş əmək müqavilələrinə əsasən cavabdehlər iddiaçı təşkilatda sürücü vəzifəsinə işə qəbul olunmuşlar. Eyni zamanda cavabdehlərlə iddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehlər iddiaçıya əmək münasibətləri prosesində vurduqları ziyana görə tam maddi məsuliyyəti öz üzərlərinə götürmüşlər. xx.xx.2020-ci il tarixli, X4, X2 və X3 tərəfindən tərtib edilərək imzalanmış və iddiaçı tərəfindən təsdiq edilmiş aktda göstərilmişdir ki, Cavabdeh4 xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində 8 saylı marşrutda işə çıxmış və müəyyən olunmuş planı ödəməkdən yayınaraq iddiaçıya 1126 manat ziyan vurmuşdur. Eyni tarixli digər aktda göstərilmişdir ki, Cavabdeh5 xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində 4 saylı marşrutda işə çıxmış və müəyyən olunmuş planı ödəməkdən yayınaraq iddiaçıya 350 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, Cavabdeh3 xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində 2 saylı marşrutda işə çıxmış və müəyyən olunmuş planı ödəməkdən yayınaraq iddiaçıya 900 manat ziyan vurmuşdur. Eyni tarixli digər aktda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2020, xx.xx.2020. xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində 4 saylı marşrutda işə çıxmış və müəyyən olunmuş planı ödəməkdən yayınaraq iddiaçıya 550 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində 4 saylı marşrutda işə çıxmış və müəyyən olunmuş planı ödəməkdən yayınaraq iddiaçıya 700 manat ziyan vurmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli, Cavabdeh4 tərəfindən imzalanmış öhdəlik barədə sənədə əsasən, Cavabdeh4 işə buraxılmağını xahiş edərək, xəttə çıxdığı günlər üçün plan borcundan 589 manatı iddiaçının kassasına mədaxil etmədiyini etiraf etmişdir. xx.xx.2020-ci il tarixli, 1116 saylı və xx.xx.2020-ci il tarixli, 2380 saylı yol vərəqələrindən görünür ki, Cavabdeh4 “İsuzu” markalı, **-AE-*** qeydiyyat nişanlı, 8 saylı marşrutda işə çıxmışdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 öz ifadəsində bildirmişdir ki, o, iddiaçı təşkilatda qaraj rəisi vəzifəsində çalışır. Cavabdehlər barəsində tərtib edilmiş aktlardakı imza ona məxsusdur. İddiaçı təşkilatda işləyən sürücülər üçün günlük ödəniş planı müəyyən edilib. Plan ayrı-ayrı marşrut xətlərində fərqlidir. Cavabdehlər aktlarda göstərilən günlərdə işə təyin olunmuş qrafiklə çıxmışlar. Onlar planla razılaşmış halda işləyirlər. Lakin, həmin sürücülər planı ödəməkdən yayınmışlar. Onlara güzəşt edilərək ödəniş etmələri gözlənilsə də, ödəniş etməmişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş iddiaçı təşkilatda yol vərəqələrinin qeydiyyatçısı X3 öz ifadəsində digər şahidin ifadəsinə uyğun izahat vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar (191.1). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (191.2). Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır (198). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər (200.1). İşdən göründüyü kimi cavabdehlər işə qəbul edilən zaman onlarla iddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehlər müvafiq qanunvericiliyə, normatik aktlara və təlimatlara uyğun olaraq ictimai nəqliyyatda sərnişin daşınması tələblərini yerinə yetirmək barədə öhdəlik götürmüşlərr. İddiaçı hesab edir ki, cavabdehlər həmin müqavilələrə əsasən öz üzərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. Belə ki, cavabdehlər qeyd edilən günlər üçün yol vərəqəsini və müəyyən olunmuş sərnişindaşıma haqqını iddiaçıya təqdim etməli idilər. Lakin, cavabdehlər bunu etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. İşdə olan aktlar əsasında cavabdehlərin öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiyi aşkar edilmişdir. İddiaçı isə dəymiş ziyana görə cavabdehlərdən həmin məbləğin tutulmasını xahiş edmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 700 (yeddi yüz) manat, Cavabdeh1 550 (beş yüz əlli) manat, Cavabdeh3 900 (doqquz yüz), Cavabdeh5 350 (üç yüz əlli) manat və Cavabdeh4 1126 (min yüz iyirmi altı) manat məbləğində pul tutularaq iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Cavabdehlər qiyabi qətnamənin onlraa rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar