Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7809/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BPM**********88 nömrəli 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixinə 4,897.80 (dörd min səkkiz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 409.57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə - 5307.37 (beş min üç yüz yeddi manat, otuz yeddi qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********88 nömrəli 07.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 60 ay müddətinə 5940 manat nağd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Qeyd edilən BPM**********88 nömrəli 07.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 10.08.2021-ci il tarixinə 4,897.80 (dörd min səkkiz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 409.57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə - 5307.37 (beş min üç yüz yeddi manat, otuz yeddi qəpik) manat borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh BPM**********88 nömrəli 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixinə 4,897.80 (dörd min səkkiz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 409.57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə - 5307.37 (beş min üç yüz yeddi manat, otuz yeddi qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, həqiqətən onunla bank arasında 07.08.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən 5940 manat məbləğində kredit verilmişdir. O, dövlət müəssisəsində işləyirdi və maaşı da iddiaçı təşkilatdan alırdı. Aylıq kredit ödənişi onun maaş kartından iddiaçı təşkilat tərəfindən çəkilirdi. 2020-ci ilin sonuna qədər onun maaşından kreditə görə pul tutulmuşdur. Sonradan o, qəzaya düşdüyü üçün bir müddət işləyə bilməmişdir və bu səbəbdən işlədiyi müəssisədən işdən çıxarılmışdır. Hazırda o, 3-cü qrup əlildir və əlilliyə görə təqaüd alır, həmin təqaüd iddiaçı təşkilat tərəfindən onun kredit borcuna tutulur. Hazırda onun banka tələb olunan məbləğdə borcu yoxdur. Hesab edir ki, borc məbləği həddindən çox şişirdilmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 07.08.2019-cu il tarixli BPM**********88 saylı krediti müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 24% olmaqla 60 ay müddətində 5940 manat kredit verilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin 10.08.2021-Cİ il tarixli, 21/849 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 08.07.2019-cu il tarixli, BPM**********88 saylı Kredit müqaviləsinə əsasən 08.10.2021-ci il tarixinə 4,897.80 (dörd min səkkiz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 409.57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə - 5307.37 (beş min üç yüz yeddi manat, otuz yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.06.2020-ci il tarixli arayışın surətindən müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, X5 qəsəbəsi, yataqxana 212, C.Cabbarlı küçəsi, otaq 5-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərçləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BPM**********88 nömrəli 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixinə 4,897.80 (dörd min səkkiz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 409.57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə - 5307.37 (beş min üç yüz yeddi manat, otuz yeddi qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh BPM**********88 nömrəli 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixinə 4,897.80 (dörd min səkkiz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 409.57 (dörd yüz doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə - 5307.37 (beş min üç yüz yeddi manat, otuz yeddi qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7809/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7809/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver