Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7819/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yazılı qəbzlərə əsasən verilmiş 18500 (on səkkiz min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 18530 (on səkkiz min beş yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh yazılı qəbzə əsasən 14 may 2019-cu ildə 3500 (üç min beş yüz) manat, 18 fevral 2020-ci ildə yazılı qəbzə əsasən 10000 (on min) manat, 10 aprel 2020-ci ildə yazılı qəbzə əsasən 10000 (on min) manat, cəmi 23530 (iyirmi üç min beş yüz otuz) manat borca pul vermişdir. (2 dəfə uşağını ürək əməliyyatı etdirəcəyini bildirmişdir). Qəbzlər cavabdehin öz dəst-xətti ilə tərtib edilmişdir. Cavabdeh 2020-ci ilin avqust ayına kimi (2020-ci ilin iyun, iyul aylarında ödəniş etməmişdir) aldığı borcdan cəmi 5000 (beş min) manat ödəniş etmişdir. Qalıq 18500 (on səkkiz min beş yüz) manat borcu bu günə qədər qaytarmamışdır. Hal-hazırda cavabdehin ona yazılı qəbzlərə əsasən 18500 (on səkkiz min beş yüz) manat ödənilməmiş borcu qalmışdır. Mən cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Cavabdeh yazılı qəbzlərə əsasən verilmiş 18500 (on səkkiz min beş yüz) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 18530 (on səkkiz min beş yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmaldır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh yazılı qəbzlərə əsasən verilmiş 18500 (on səkkiz min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 18530 (on səkkiz min beş yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçının qeyd etdikləri absurdur. Belə ki, o, Xədicədən 7800 manat məbləğində borc pul almışdır. 2019-cu il tarixdə bankdan kredit götürərək iddiaçıya olan borcundan yarısın qaytarmışdır. Hazırda iddiaçının tələb etdiyi borc ona verdiyi borca görə hesabladığı faizlərdir. İddiaçı tərəfindən təqdim olunan əlyazmalar ona məxsus olsa da, hazırda onun iddiaçıya tələb etdiyi qədər borcu qalmamışdır. Göstərilənləri nəzərə alaraq iddianı qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 14.05.2019,18.02.2020 və 10.04.2020-ci il tarixli əlyazmalardan görünür ki, Cavabdeh iş yoldaşı Xədicədən qeyd olunan tarixlərdə ümumilikdə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində borc pul götürmüş və həmin borc məbləğlərini 1 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 18-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 88-də qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Bundan əlavə cavabdeh məhkəmədə iddiaçının tələb etdiyi borc məbləğinin faiz borcu olduğunu və hazırda iddiaçıdan 7800 manat borc aldığını və həmin məbləğinin yarısını ödədiyini qeyd etsə də bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 18530 (on səkkiz min beş yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 18530 (on səkkiz min beş yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7819/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7819/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver