Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7836/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.10.2019-ci il tarixli müqaviləyə əsasən X2qlıq üçün 30 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********87488 olan Samsung Galaxy A70 üçün 438 manat ödənilməmiş hissə, 136,8 manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********90129 olan Samsung Galaxy A50 üçün 400 manat ödənilməmiş hissə, 120 manat dəbbə, 19.01.2020ci il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu, qabyuyan, paltaryuyan, televizor üçün 6264 manat ödənilməmiş hissə, 1879,2 manat dəbbə, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********15085 olan Samsung Galaxy A40 üçün 526 manat ödənilməmiş hissə, 148,5 manat dəbbə, ümumilikdə 9951,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 09.10.2019, 09.10.2019, 27.09.2019, 19.01.2020 və 13.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********87488 olan Samsung Galaxy A70 markalı telefon, X4 markalı qulaqlıq, İMEİ kodu **********90129 olan Samsung Galaxy A50 markalı telefon və LG markalı soyuducu, qabyuyan, paltaryuyan, televizor və İMEİ Kodu **********15085 olan Samsung Galaxy A40 markalı telefon almış, nəticədə 9951,5 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.10.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 70 manat olan X2qlıq üçün cəmi 39 manat olmaqla ondan 30 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 574,48 manat olan İMEİ Kodu **********87488 olan Samsung Galaxy A70 üçün ümumilikdə 574,8 manat olmaqla ondan 438 manat ödənilməmiş hissə, 136,8 manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720 manat olan İMEİ kodu **********90129 olan Samsung Galaxy A50 üçün ümumilikdə 520 manat olmaqla ondan 400 manat ödənilməmiş hissə, 120 manat dəbbə, 19.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 6464 manat olan LG markalı soyuducu, qabyuyan, paltaryuyan, televizor üçün ümumilikdə, 8143,2 manat olmaqla ondan 6264 manat ödənilməmiş hissə, 1879,2 manat dəbbə, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 546 manat olan İMEİ Kodu **********15085 olan Samsung Galaxy A40 üçün ümumilikdə 674,5 manat olmaqla ondan 526 manat ödənilməmiş hissə, 148,5 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1038 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh oğluna alqı-satqı qiyməti 896 manat olan Samsung Galaxy A70 markalı telefonu ilkin ödəniş 212 manat olmaqla 12 ay müddətə hər ay 57 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh oğluna alqı-satqı qiyməti 70 manat olan X4 markalı qulaqlığı 7 ay müddətə hər ay 10 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 27.09.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh oğluna alqı-satqı qiyməti 720 manat olan Samsung Galaxy A50 markalı telefonu 9 ay müddətə hər ay 80 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 19.01.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh oğluna alqı-satqı qiymətləri ümumilikdə 6464 manat olan LG markalı soyuducu, qabyuyan, paltaryuyan və televizoru ilkin ödəniş 200 manat olmaqla 18 ay müddətə hər ay 348 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2020-ci il müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 546 manat olan Samsung Galaxy A40 markalı telefonu 12 ay müddətə hər ay 45,5 manat ödəniş şərti ilə satmağı, borclu həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09.10.2019-cu il tarixli müqavilə üzrə 438 manat əsas borcu, 136,8 manat dəbbə pulu borcu, 09.10.2019-cu il tarixli müqavilə üzrə 30 manat əsas borc, 9 manat dəbbə pulu, 27.09.2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas borc, 120 manat dəbbə pulu, 19.01.2020-ci il tarixli müqavilə üzrə 6264 manat əsas borc, 1879,2 manat dəbbə pulu, 13.01.2020-ci il tarixli müqavilə üzrə 526 manat əsas borc, 148,5 manat dəbbə pulu borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 09.10.2019-cu il tarixli müqavilə üzrə 136,8 manat cərimə azaldılaraq 50 manat, 27.09.2019-cu il tarixli müqavilə üzrə 120 manat cərimə azaldılaraq 50 manat, 19.01.2010ci il tarixli müqavilə üzrə 1879,2 manat cərimə azaldılaraq 200 manat, 13.01.2020-ci il tarixli müqavilə üzrə 148,5 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (80%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 06 (20%) manat iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 09.10.2019cu il tarixli, 00969118 saylı müqavilə üzrə 30 manat əsas borc, 9 manat dəbbə pulu, 09.10.2019 -cu il tarixli, 00968734 saylı müqavilə üzrə isə 438 manat əsas borc, 50 manat dəbbə pulu, 27.09.2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas borc, 50 manat dəbbə pulu, 19.01.2020-ci il tarixli müqavilə üzrə 6264 manat əsas borc, 200 manat dəbbə pulu, 13.01.2020-ci il tarixli müqavilə üzrə 526 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 8017 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-230, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.10.2019-cu il tarixli, 00969118 saylı müqavilə üzrə 30 manat əsas borc, 9 manat dəbbə pulu, 09.10.2019 -cu il tarixli, 00968734 saylı müqavilə üzrə isə 438 manat əsas borc, 50 manat dəbbə pulu, 27.09.2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas borc, 50 manat dəbbə pulu, 19.01.2020-ci il tarixli müqavilə üzrə 6264 manat əsas borc, 200 manat dəbbə pulu, 13.01.2020-ci il tarixli müqavilə üzrə 526 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 8017 (səkkiz min on yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7836/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7836/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver