Məhkəmə qərarları › İş №2(060)-7903/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7903/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7903/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, vərəsələr Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 2158,55 manat kredit borcu, 33,24 manat faiz borcu və 1132,54 manat cərimə olmaqla, cəmi 3324 (üç min üç yüz iyirmi dörd) manat 33 (otuz üç) qəpik borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıyev Qorxmaz Alşan oğlunun vərəsəsi Cavabdeh1 İddiaçı QSC ilə 26.12.2019-cu il tarixdə bağladığı 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan İ saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2158.55 manat məbləğində kredit götürmüşdür. 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinin 1.3-cü maddəsinə əsasən, həmin müqavilə mərhum Hacıyev Qorxmaz Alşan oğlunun İddiaçı QSC ilə bağladığı 10.12.2014-cü il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə kredit borcun qalıq məbləğinin ödənilməsi məqsədilə bağlanılmışdır. Belə ki, mərhum Hacıyev Qorxmaz Alşan oğlunun İddiaçı QSC ilə bağladığı 10.12.2014-cü il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən restruktizasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Bu səbəbdən, 10.12.2014-cü il tarixli 003R********** saylı kredit müqaviləsi üzrə kredit borcu restruktizasiya olunaraq, 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin 03.06.2021-ci il tarixli 390 saylı məktubundan məlum olur ki, mərhumun oğlu Cavabdeh1, qızı X5, qızı X1, oğlu X2 və qızı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.06.2021-ci il tarixli **********43 sayh məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər 1 saylı DNK-nin 30.10.2016-ci il tarixli 2V-233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-377 reyestr nömrəli miras payının bağışlanma müqaviləsinə əsasən Hacıyev Qorxmaz Alşan oğlunun adına Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 1A/6, 60 sayh mənzilin 1/5 hissəsi vərəsə Cavabdeh2, vərəsə 4/5 hissəsi Cavabdeh1 adlarına özgəninkiləşdirilmişdir. Belə olan halda, Cavabdeh2 və Cavabdeh1 mərhum Hacıyev Qorxmaz Alşan oğlunun hüquq və vəzifələri də keçmişdir. Onlar birgə borclu qismində, mərhum Hacıyev Qorxmaz Alşan oğlunun İddiaçı QSC ilə bağladığı 10.12.2014-cü il tarixli 003R********** saylı kredit ödənilməsi məqsədilə bağlanılmış 26.12.2019-cu 11 tarixli 003A********** saylı kredit müqaviləsi üzrə məsuliyyət daşıyırlar. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, hazırda cavabdehlərin iddiaçıya 2158.55 manat məbləğində əsas kredit borcu mövcuddur. Cavabdeh borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 13.07.2021-ci il tarixə 526 gün hesablanmış faiz borcu 33.24 manat təşkil edir. Həmçinin 13.07.2021-ci il tarixə 526 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1132.54 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Hacıyev Qorxmaz Alşan oğlunun vərəsəsi Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 26 dekabr 2019-cu il tarixli, 003A********** saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 1% faiz olmaqla 2158,55 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 09.08.2021-ci il tarixli, 18550 saylı arayışdan görünür ki, 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə Qorxmaz Hacıyevin banka olan borcu 2158,55 manat məbləğində əsas, 33,24 manat məbləğində faiz və 1132,54 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3324,33 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin 03.06.2021-ci il tarixli 390 saylı məktubundan görünür ki, mərhum X3 vərəsələri Cavabdeh1, X5, X1, X2 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.06.2021-ci il tarixli **********43 saylı məktubundan görünür ki, Sumqayıt şəhər 1 saylı DNK-nin 30.10.2016-ci il tarixli 2V-233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-377 reyestr nömrəli miras payının bağışlanma müqaviləsinə əsasən Hacıyev Qorxmaz Alşan oğlunun adına Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 1A/6, 60 sayh mənzilin 1/5 hissəsi vərəsə Cavabdeh2, vərəsə 4/5 hissəsi Cavabdeh1 adlarına özgəninkiləşdirilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə Hacıyev Qorxmaz Alşan oğlu arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Borclu 29 iyun 2015-ci il tarixdə ölmüşdür. Bundan sonra, 26.12.2019-cu il tarixdə Hacıyev Qorxmaz Alşan oğlunun öhdəliklərinin icrası ilə bağlı vərəsəsi Cavabdeh1 ilə 26.12.2019-cu il tarixdə yeni kredit müqaviləsi bağlanmış və sonuncu öhdəliyin icrası ilə bağlı üzərinə məsuliyyət götürmüşdür. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək mərhum Hacıyev Qorxmaz Alşan oğlunun hüquqi varislərinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini vərəsələr olan cavabdehlərdən tələb edir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi borclu Cavabdeh1 münasibətdə əsaslıdır, borcu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1132,54 manat cərimə azaldılaraq 100 manat müəyyən edilməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə iddia tələbini əsaslı hesab etmir. Belə ki, məhkəmənin qənaətincə mülki qanunvericiliyin ümumi əsaslarnıdan çıxış edərək araşdırılan mübahisə üzrə bütün vərəsələrə qarşı iddia qaldırılması əsaslı deyildir. İşin hallarından göründüyü kimi hazırda iddia edilən borc 26.12.2019-cu il tarixli kredit müqaviləsindən irəli gəlir. Qeyd olunan müqavilə Hacıyev Qorxmaz Alşan oğlunun kredit öhdəliyinin icrası ilə bağlı vərəsəsi Cavabdeh1 ilə bağlanmaqla sonuncu öhdəliyin icrası ilə bağlı üzərinə məsuliyyət götürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 qarşı araşdırılan iddia tələbinin yönəldilməsi qanuni və əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 2158,55 manat kredit borcu, 33,24 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2291,79 (iki min iki yüz doxsan bir manat, yetmiş doqquz qəpik) manat borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 09 manatı iddiaçıya aid edilməli 21 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 2158,55 manat kredit borcu, 33,24 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 2291,79 (iki min iki yüz doxsan bir manat, yetmiş doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar