Məhkəmə qərarları › İş №2(060)-791/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-791/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-791/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi Hacıyev Rövşən Ramiz oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı dəymiş 13.102 manat məbləğində faktiki ziyan, 23.000 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan DAF FTX 105 Yük markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə ilə “xxxx” MMC-yə icarəyə verilmişdir. “xxxx” MMC xx.xx.2019-cu il tarixli müqavilə ilə DAF FTX 105 Yük markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcını ölkə daxili və xarici daşımaların aparılması məqsədilə Cavabdeh istifadəsinə vermiş və cavabdeh müvafiq olaraq avtomobilin təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürmüşdür. Lakin **-XU-*** dövlət qeydiyyat nişanlı yük markalı nəqliyyat vasitəsinə Cavabdeh etinasız və məsuliyyətsiz davranışı və təyinata uyğun olmayan yanacağın istifadəsi nəticəsində xeyli miqdarda ziyan dəymiş, nəqliyyat vasitəsinin müəyyən ehtiyat hissələri, xüsusən mühərrik sistemi istifadəyə yararsız vəziyyətə düşmüşdür. Belə ki, 121268 saylı, xx.xx.2019-cu il tarixli Beynəlxalq Qaimədən (CMR) də müəyyən olunduğu kimi, Cavabdeh Rusiya Federasiyası ərazisində xidmətdə olarkən xx xxxxxx 2019-cu il tarixdə istifadəsində olan **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranan nasazlıq nəticəsində daşımanı davam etdirə bilmədiyini “xxxx” MMC-yə bildirmişdir. “xxxx” MMC tərəfindən dərhal həmin əraziyə göndərilən mütəxəssislər xx.xx.2020-ci il tarixli Aktla təsdiq etmişlər ki, nasazlığa səbəb avtomobilin istehsalçı zavod tərəfindən müəyyən olunmuş sandartlara uyğun olmayan yanacaq vasitəsindən istifadə edilməsidir. Cavabdeh özü də hadisə yerində bu halı etiraf edərək bildirmişdir ki, yanacağı yolun kənarından naməlum şəxslərdən almışdır. Sonradan nəqliyyat vasitəsində yaranan nasazlıqlardan ona aydın olmuşdur ki, həmin dizel yanacağı su ilə qatışdırılmışdır. Beləliklə, bu istifadə nəticəsində avtomobilin mühərriki tamamilə yararsız vəziyyətə düşmüş və nəticədə xx.xx.2020-ci il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə 13.102 manat miqdarında maddi zərər dəymişdir. İddiaçı tərəfindən Cavabdeh dəfələrlə vurulmuş ziyanın ödənilməsinə dair müraciətlər olsa da, bu günə qədər cavabdeh zərəri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Bundan əlavə iddiaçı həmin nəqliyyat vasitəsini daimi olaraq müxtəlif hüquqi və fiziki şəxslərə icarəyə verərək gəlir əldə edir. İcarəçi “xxxx” MMC ilə iddiaçı arasında olan xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci maddəsindən də göründüyü kimi, iddiaçı qeyd olunmuş avtomobildən icarə haqqı olaraq aylıq 3.000 manat qazanc əldə edir. Lakin, nəqliyyat vasitəsinin istifadəyə yararsız olduğu gündən (xx.xx.2020-ci il) nəqliyyat vasitəsi təmir olunan tarixə (xx.xx.2020-ci il) qədər icarəçi ilə aralarındakı icarə müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilənin müddət axımı müvəqqəti dayandırıldığından iddiaçı da həmin müddət ərzində əldə edə biləcəyi faktiki gəlirdən məhrum olmuşdur. Avtomobilin yararsız vəziyyətə düşdüyü müddətdə cavabdehin bəhanəli ödəniş vədləri, iddiaçının faktiki maddi vəziyyəti, eləcə də ölkədə pandemiya səbəbindən xidmət sahələrinin fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması həmin müddətdə avtomobili təmir etdirməyə imkan verməmişdir. Halbuki, Cavabdeh vurduğu ziyanı həmin müddətdə ödəsə idi, iddiaçı da avtomobili təmir etdirib gəlirindən də məhrum olmayacaqdı. Bu səbəbdən hesab edir ki, əldən çıxmış fayda kimi boşdayanma müddəti üçün (7 ay, 20 gün) 23.000 manat həmçinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili eyni məzmunlu izahat verərək iddia tələbi həddində işə baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, cavabdeh iddiaçı tərəfin göstərdiyi kimi avtomaşına yararsız yanacaq doldurmamışdır, qeyd olunan qüsurların avtomaşında əmələ gəlməsi yararsız yanacaqdan ola bilməz, eləcə də avtomaşın Bakı şəhərindən çıxarkən yanacaq baklarını tam doldururlar və həmin yanacaq yük avtomaşınının gedib və geri qayıtması üçün kifayət edir, yəni cavabdeh tərəfindən başqa yerdə yanacağın doldurulmasına zərurət olmur. Eyni zamanda həmin avtomaşında qüsur əmələ gəlmiş, avtomaşının hərəkəti dayanmış və müəssisəyə bu barədə xəbər verilmiş, mütəxəssis gələrək avtomaşına baxış keçirmiş və həmin qüsura baxılarkən mütəxəssis tərəfindən bunun səbəbi avtomaşın hissəsinin – qaykanın xarab olması göstərilmişdir. Daha sonra avtomaşın təmir edilmiş və yenidən hərəkətə buraxılmışdır, yəni iddiaçının göstərdiyi kimi avtomaşın istifadəyə yararsız hala düşməmişdir. İddiaçının göstərdiyi müddət ərzində avtomaşının işləməməsinin, yəni yükdaşımanı həyata keçirməməsinin səbəbi ölkədə karantin rejiminin tətbiqi ilə əlaqədar olmuşdur. Odur ki, iddiaçı tərəfin iddiasını qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli 12/19 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı DAF FTX 105 Yük markalı, 99-XU-İ66 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçi “xxxx” MMC-yə aylıq 3000 manat icarə haqqı ödənilməsi şərti ilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2022-ci il tarixədək icarəyə vermişdir. “xxxx” MMC ilə X3 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli sahibkarlıq müqaviləsindən görünür ki, sahibkar adlanan birinci tərəf beynəlxalq daşımanı təşkil etməyi, sürücü adlanan digər tərəf isə DAF FTX 105 Yük markalı, 99-XU-İ66 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşınmasını həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan (müqavilənin 2-ci maddəsi) həmçinin görünür ki, sahibkar beynəlxalq daşımaların həyata keçirilməsi üçün tələb olunan bütün qanuni sənədləşmə ilə sürücünü təmin etməli, beynəlxalq daşımalarla bağlı bütün məsələlər üzrə Respublika ərazisində və onun xaricində sürücünün hüquqlarını müdafiə və təmsil etməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin direktou tərəfindən Cavabdeh Oqtay oğluna verilmiş xx.xx.2019-cu il tarixli 20-19 saylı etibarnamədən görünür ki, bu etibarnamə ilə Cavabdeh şirkətin maraqlarını istənilən ölkələrdə, orqan və təşkilatlarda təmsil etmək, yol-nəqliyyat hadisəsi baş verən halda Cəmiyyətin qanuni təmsilçisi olmaq və həmin etibarnamə əsasında öz hüquqlarını icra etmək səlahiyyətləri xx.xx.2020-ci il tarixədək etibar edilmişdir. “xxxx” MMC-nin ustaları tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin texniki baxış aktından görünür ki, DAF FTX 105 Yük markalı, 99-XU-İ66 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə Rusiya Federasiyası ərazisində nəqliyyat vasitəsinin dayandığı yerdə texniki baxış keçirilmiş və aşkar edilmişdir ki, nəqliyyat vasitəsinin çəninə təyinata uyğun olmayan yanacaq vasitəsi doldurulmuşdur. Belə ki, çəndəki dizelin tərkibində ilkin baxışdan nəzərə çarpan miqdarda su mövcuddur. Dizel yanacağının korroziya aktivliyi mexaniki qarışıqların və suyun miqdarından asılı olduğundan su yanacaq verən aparatın detallarının sıradan çıxmasına, həmçinin avtomaşının mühərrik sisteminin yararsız hala düşməsinə səbəb olmuşdur. İlkin baxışa əsasən nəqliyyat vasitəsinin motor valı və bloku, raspredval, vkladışlar, yağ nasosu istismara yararlı vəziyyətdə deyil, təmirlərinə və ya əvəzləşdirilməsinə zərurət var. Təmirin müvafiq servis mərkəzlərində aparılması məqsədəmüvafiqdir, yerində təmir mümkün deyildir. Ölkə hüdudlarından kənarda olduğu müddətdə təyinata uyğun olmayan yanacaq vasitəsi ilə doldurulması nəticəsində **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər barəsində xx.xx.2020-ci il tarixli 09 saylı aktdan görünür ki, nəqliyyat vasitəsinə bütövlükdə 13.102 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlar və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddaçı özünə məxsus olan nəqliyyat vasitəsini “xxxx” MMC-yə icarəyə vermişdir, icarə müddətində nəqliyyat vasitəsi istifadəyə yararsız vəziyyətə düşmüşdür. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn ikinci elementinə (başqa şəxslərdən tələb etmək hüququ) malik deyildir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar