Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7920/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağarza oğluna qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət ikiotaqlı 31 saylı mənzili iddiaçı dəyişmə yolu ilə Sumqayıt XDS-nin mənzillərin dəyişdirilməsi bürosunun 7 nömrəli 31 mart 1992-ci il tarixli orderi əsasında əldə etmişəm. Həmin mənzil 21 yanvar 1999-cu il tarixdə özəlləşdirilərək iddiaçının adına dövlət qetdiyyatına alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya 28 oktyabr 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun 3m-2/418 reyestr nömrəli 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında qeyd edilən mənzil üzərində 04 noyabr 2008-ci il tarixdə “X7” ASC-nin xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2010-cu il tarixli 2(005)-720/2010 nömrəli qətnaməsi ilə iddiaçı “X7” ASC-nin iddiaçıya qarşı olan iddiası təmin edilmiş, “X7” ASC-nin xeyrinə iddiaçıdan cəmi 2 554 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan və ailəsinin yeganə yaşayış yeri olan həmin mənzilə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin kredit üzrə borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Kredit borcu tam şəkildə iddiaçı tərəfindən kreditor “X7” ASC-nə ödənilməsinə baxmayaraq, həmin qətnamə icraya yönəlmiş və iddiaçıya məxsus mənzil 26.07. 2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılmışdır. Hərracın nəticələri ilə razılaşmayaraq iddiaçı 2014cü ildə cavabdeh "xxxx" MMC-nə qarşı “hərracın yekunları barədə protokolların ləğv edilməsi, mənzilin satılması ilə əlaqədar bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 02 may 2014- tarixli, 2(002)-3643/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edilən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər T.M.Əliyev sədrlik edən-məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC-tərəfındən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolları, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına olan qeydin ləğv edilməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdeh "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 dekabr 2016-cı il tarixli 2(102)-5787/2016 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nm 10 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyun 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi 06 fevral 2017-ci il tarixdə icraya yönəlmişdir. (Məhkəmə qərarların surətləri iddia ərizəsinə əlavə olunur). Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hərrac təşkilatçısı olan cavabdeh "xxxx" MMC-ti “İpoteka haqqında”Azərbaycan Respublikası Qanunu ilə hərracın və təkrar hərracın keçirilməsi nəzərdə tutulmuş, üçüncü və ya dördüncü hərracların keçirilməsi nəzərdə tutulmamış, buna baxmayaraq hərrac təşkilatçısı olan cavabdeh "xxxx" MMC-ti qanunvericiliyin bu tələblərini pozmuşdur. Bundan əlavə qətnamədə göstərilir ki, yalnız ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququnun olmasına baxmayaraq cavabdeh "xxxx" MMC-ti tərəfindən ipoteka predmeti olan mənzil həmin qiymətə belə güzəşt hüququ olmayan Cavabdeh2 satılmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh2 hazırkı halda vicdanlı əldə edən də sayıla bilməz. Qeyd edilməlidir ki, Cavabdeh2 ipoteka saxlayan “X7” ASC-ti ilə əlbir olaraq iddiaçıya məxsus mənzili real dəyərindən aşağı qiymətə əldə edərək sonra isə mənzillə bağlı məhkəmə çəkişmələri getdiyi zaman gələcəkdə mənzilin qaytarılmasında süni maneələr yaratmaq məqsədi ilə həmin mənzili 20.12.2014-cü il tarixdə Cavabdeh1 34150(otuz dörd min yüz əlli) manata satmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçıya ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlər nəticəsində iddiaçı və ailə üzvləri yaşadıqları mənzildən məhrum olunmuşlar. Məhkəmə çəkişmələri getdiyi zaman cavabdehlər iddiaçıya məxsus olan mənzili yararsız vəziyyətə saldığına görə həmin mənzildə təmir işlərini aparmaq məcburiyyətində qalmışdır. Qohumlarından borc-xərc edərək iddiaçı həmin mənzildə təxminən 15000(on beş min) manat civarında əsaslı təmir işləri aparmışdır. Hal-hazırda təmirli mənzilin dəyəri təxminən 60000 (altmış nıin) manat təşkil edir. Bundan əlavə qeyd edilməlidir ki, mənzilin qanunu pozmaqla satılması nəticəsində iddiaçı sarsıntı keçirərək ağır xəstəliyinə tutulmuşdur. Cavabdehlər iddiaçıya məxsus mənzili satmaqla əsassız olaraq varlanmışlar. Hesab edir ki, cavabdeh X5 əsassız varlanma yolu ilə təxminən 34150(otuz dörd min yüz əlli) manata, digər Cavabdeh1 isə təmirli mənzilin mülkiyytçisi olmaqla mənzildə təmirə çəkdiyi 15000 (on beş min) manat məbləğində pulu əldə etmişlər. Pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. 2014-cü il tarixində məhkəmə yekunlaşmamış Vəliyev Sadiq mübahisəli mənzili başqasına satmışdır. Hesab edir ki, cavabdehlər iddiaçının evinin üzərində əsassız varlanmışlar. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdiki, o, sözügedən mənzili notarial qaydada alqı-satqı vasitəsi ilə alaraq mülkiyyətinə keçirmişdir. Hazırki iş üzrə iddiaçı qanunsuz olaraq onun məzilinin qapısını sındırıb ora köçmüşdür. Bundan sonra o, məhkəməyə müraciət edərək İddiaçı ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını xahiş etmiş və məhkəmə onun iddiasını təmin etmişdir. İddiası təmin edildikdən sonra İddiaçı və ailə üzvləri onun mənzilindən çıxarılmışlar. Onunla digər Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsini İddiaçı məhkəmə qaydasımnda mübahisələndirmiş, lakin İddiaçı iddiası rədd edilmişdir. Məhkəmə qətnamələrinə əsasən onunla Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsi qanuni hesab edilmişdir. İş üzrə Cavabdeh2 Ağarza oğlu qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, işin materiallarında olan : -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC-tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolları, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Cavabdeh2 adına olan qeydin ləğv edilməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdeh "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli, 2(102)-5787/16 saylı qətnaməsi ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh2 Ağarza oğlu ilə Qurbanov Xalid Aqil oğlu arasında 20 dekabr 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilinə dair bağlanmış Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 20.12.2014-cü il tarixdə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.01.2020-ci il tarixli, 2(102)-529/2020 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2955/2019 nömrəli iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər İddiaçı, X1, X2, Gülnaz Elman qızı, X6 və X3 Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(105)-90/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-8711/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki Kollegiyasının 16.03.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(105)-90/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 31 saylı mənzil 26.07.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılmışdır. Cavabdeh2 qeyd edilən mənzili 20.12.2014-cü il tarixdə Cavabdeh1 34150 manata satmışdır. Buradan görünür ki, cavabdehlərin mənzili əldə etməsində onlar tərəfindən heç bir mülki hüquq pozuntusu qeyd edilmir. Bu hallar qüvvədə olan Məhkəmə aktları ilə öz təsdiqini tapır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7920/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7920/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver