Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7925/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dar mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7009,68 manat əsas borc, 27,35 manat manat faiz borcu və 15,87 manat cərimə borcu olmaqla, ümumilikdə 7052,9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2019 -cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 01.11.2021-ci il tarixli barışıq sazişini və ərizəni məhkəməyə təqdim еdərək, iddia tələbi ilə bağlı razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı bankla razılığa gəldikləri üçün, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 01 noyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:
1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 28 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə 7009.68 AZN əsas, 27.35 AZN faiz borcu, 15.87 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7052.9 AZN məbləğində borcunun olmasmı qəbul edir. Borclu sistem üzrə olan gecikmə məbləğini təşkil edən 1250 AZN-i 20.09.2021-ci il tarixdə tam ödəniş edib və 13.10.2021 -ci il tarixdə 157.99 AZN ödəniş etmişdir.
2. Borclular 4896 AZN məbləğində qalıq borc vəsaitini qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür: 24 (iyirmi dörd) ay, hər ay 204 (iki yüz dörd) manat.
3. Borclular sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq icra orqanma xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür.
4. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.
5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respııblikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bıı barışıq sazişi etibarlıdır və icrası məcburidir.
10. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Sumqayıt şəhərində, 01 noyabr 2021-ci il tarixdə imzalanmışdır. АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 28 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə 7009.68 AZN əsas, 27.35 AZN faiz borcu, 15.87 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7052.9 AZN məbləğində borcunun olmasını qəbul edir. Borclu sistem üzrə olan gecikmə məbləğini təşkil edən 1250 AZN-i 20.09.2021-ci il tarixdə tam ödəniş edib və 13.10.2021 -ci il tarixdə 157.99 AZN ödəniş etmişdir.
2. Borclular 4896 (dörd min səkkiz yüz doxsan altı) AZN məbləğində qalıq borc vəsaitini qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür: 24 (iyirmi dörd) ay, hər ay 204 (iki yüz dörd) manat.
3. Borclular sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq icra orqanma xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür.
4. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.
5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respııblikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bıı barışıq sazişi etibarlıdır və icrası məcburidir.
10. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Sumqayıt şəhərində, 01 noyabr 2021-ci il tarixdə imzalanmışdır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dar iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər barışdıqları üçün xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günel Tanrıverdiyeva