Məhkəmə qərarları › İş №2(060)-7926/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7926/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7926/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8251,95 manat əsas, 24,3 manat faiz, 67,99 manat cərimə borcu olmaqla cəmi 8344,24 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 17.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 5 il (60 ay) müddətinə 8771,54 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Banka 03 sentyabr 2021-ci il tarixədək cavabdehin 17.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8251,95 manat əsas, 24,3 manat faiz, 67,99 manat cərimə borcu olmaqla ümumilikdə 7839,21 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar ödənişləri vaxtında ödəyə bilməsə də, hal-hazırda yenidən ödəməyə başlamışdır. Odur ki, məhkəmədən bu halın nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edir. Digər Cavabdeh2 Rufulla oğlu öz izahatında bildirdi ki, iddianı qəbul etmir. O, Cavabdeh1 kredit öhdəliyinin yerinə yetirilməsi ilə bağlı üzərinə zamin qismində birgə məsuliyyət götürmüşdür. Karantin rejimi ilə əlaqədar maddi vəziyyətiləri pisləşdiyindən ödənişləri ödəyə bilməmişlər, hazırda işləri bərpa olunmuşdur və borclu ödənişləri yenidən ödəməyə başlamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2019-cu il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 60 ay müddətinə illik 1 faiz ödənilməsi şərti ilə 8771,54 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 03 sentytabr 2021-ci il tarixə 17.12.2019cu il tarixli kredit müqaviləsi üzrə 8251,95 manat əsas, 24,3 manat faiz, 67,99 manat cərimə borcu, cəmi 8344,24 manat borcu vardır. 06 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6633,69 manat əsas, 15,16 manat faiz, 89,14 manat cərimə borcu vardır. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 06 dekabr 2021-ci il tarixli maliyyə arayışı nəzərə alınmaqla əsas kredit borcu 6633,69 manat və faiz borcu 15,16 manat məbləğində müəyyən edilməklə həmin məbləğlər cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə MPMnin 218.3-cü maddəsinin göstərişlərini nəzərə alaraq və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, 67,99 manat məbləğində tələb olunan cərimə azaldılaraq 10 manat müəyyən edilməlidir. İş materiallarında olan Bankla Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 Bank qarşısında öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı Bankın zaminə qarşı tələbi əsaslıdır, zamin boclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 06 manat iddiaçıya aid edilməli, 24 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 6633,69 manat əsas, 15,16 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 6658,85 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 6633,69 manat əsas, 15,16 manat faiz, 10 manat cərimə borcu, cəmi 6658.85 (altı min altı yüz əlli səkkiz manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar