Məhkəmə qərarları › İş №2(060)-793/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-793/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-793/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, xx.xx.2020-ci il tarixdə ondan 5000 manat borc istəmişdir. İddiaçı ondan nə üçün istədiyini soruşduqda, oğlunu işə düzəldəcəyini demişdir. Oda bildirmişdir ki, onda yoxdur, başqasından tapıb verəcəkdir. Lakin pul götürəcəyi adama hörmət etmək lazım olduğunu demişdir. O da öz növbəsində onunla razılaşmış, lakin nəinki hörmət etmək, heç nəğd əli ilə verdiyi pulu illərdir ondan ala bilməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirir, bugün-sabah pulu qaytaracağını deyir. Axırıncı dəfə söz vermişdir ki, 2022-ci ilin fevral ayında pulun hamısını qaytaracaqdır. Fevral ayında iddiaçıya demişdir ki, may ayında verəcəkdir. Sonra isə heç telefonlarına cavab verməmişdir. Cavabdehin iddiaçıdan borc almasına dair ondan qəbz almışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh onun xeyrinə 5000 (beş min) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdeh bildirir ki, pulu şahid vermişdir. Lakin özü qəbzdə yazaraq bildirmişdir ki, işə düzəltmək məqsədi ilə pul alır. Bütün bunlara baxmayaraq şahidin dindirilməsinə etiraz etmir.Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o pul Adilə xanıma çatdırmışdır. Demişdir ki, qəbz versin. İddia tələbini qəbul etmir. Adilə ilə tanışdır. İş yoldaşı Rübabəyə pul lazım olduğuna görə onu Adilənin yanına aparmış və Adiləyə onun etibarlı adam olduğunu bildirmişdir. Ona görə də Adilə Rübabəyə pul vermişdir. Lakin Rübabə problemləri ilə əlaqədar pulu ödəyə bilməmişdir. Adilədən 800, 2500, 1000 manat olmaqla, cəmi 4300 manat pul almış və Rübabə borcun ona aid olduğunu məhkəmədə bildirə bilər. Adilə dava saldığına görə Rübabənin əvəzindən 1000 manat da o, ödəmişdir. Rübabənin başına iş gəlmiş, pis vəziyyətə düşmüş, ona görə 6-7 ay onun yerinə Adiləyə 500 manat ödəmişdir. Qeyd etdiyi hallara şahid olan iş yoldaşları da var, dəvət edə bilər. Adilə demişdir ki, oğlu gəlib oğlunla danışacaq, o da qorxusundan qəbzi yazıb imzalamışdır. Pulu Rübabəyə vermiş, o götürməmiş, Rübabənin pulu üstünə götürməsinə dair ərizəsi var, lakin hazırda pis durumdadır, pulu ödəyə bilmir. Cibindən ona görə pul vermişdir ki, Adilə üstünə gəlməsin. Qəbzi o imzalamış, lakin həmin məbləğdən Adiləyə pul qaytarılmışdır. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında şahidin ifadəsini dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Şahid qismində məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, Qətibə xanım iş yoldaşıdır. Ona da pul lazım olmuşdur. Xanımla tanış etmişdir. İlk öncə 800 manat borca pul almış, qardaşı rəhmətə getdikdən sonra 2500 manat borc pul bir daha götürmüşdür. Adilə xanımdan Sputnikin yanında pul götürmüşdür. X1 götürmüşdür. 1-2 gün üstündən keçdikdən sonra 10 faizlə vermiş, artıq pul almışdır. Adilə xanım vermiş, heç yerə imza çəkməmişdir. Vaxtlı-vaxtında faizi ödəmişdir. Onun artıq Adilə xanıma borcu yoxdur, verib qurtarmışdır. Qətibə xanım onu qorxutmuş və xəbəri olmamışdır ki, qəbz verib. Qətibə xanımın pul götürməyi barədə məlumatı olmamışdır. Adilə xanım ilə mübahisəsi yoxdur. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikası, Qubadlı rayonu, Boynəkər kəndində anadan olmaqla Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, 6-cı məhəllədə qeydiyyatdadır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal Sahəsinin 862 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 34-cü məhəllə, 20/13 ev, 15 nömrəli mənzildə yaşayır. Tərəflər arasında yazılı şəkildə imzalanmış qəbzdən görünür ki, Cavabdeh Adilə xanımdan 30 mart 2019-cu il tarixdə 5000 manat borc pul götürmüşdür. Təzə katej, Axundov, Yaşıl dərə, 11-ci mikrorayonda imzalanmışdır. İş yeri 6-cı mikrorayondur. Evdə fərdi təhsil məktəbi fəaliyyəti ilə məşğul olmaqla, təvəllüdü 1962-ci ildir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması işin araşdırılan halları, çəkişmə prinsipinə əsasən tərəflərin verdikləri izahatlara, Cavabdeh yazılı iltizam imza etməklə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək götürdüyü pulu geri qaytarmaması ilə ifadə olunmuşdur. Nəticədə cavabdehin İddiaçı 5000 manat borcu yaranmışdır.Cavabdeh yazılı iltizama imza etməklə gütürdüyü pulu məhkəmə iclasında etiraf etsədə, iddia tələbinə dair etirazının əsasını nədən ibarət olmasını sübut edə bilməmiş, şahid ifadəsi isə onun gətirdiyi dəlillərin əsassız olmasına qənaətinə gəlməyə imkan yaratmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar