Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7955/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.08.2008-ci il tarixdə anadan olmuş X10 oğlu, 28.06.2010-cu il tarixdə anadan olmuş X5 və 03.12.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının 06.09.2021-ci il tarixdən artırılaraq sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 600 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nikah Ağcabədi Rayon Məhkəməsinin 06 iyul 2021 -ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə 28.08.2008-ci il tarixdə anadan olmuş X10 oğlu, 28.06.2010-cu il tarixdə anadan olmuş X5 və 03.12.2014-cü il tarixdə anadan olmuş X2 iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə 28.08.2008-ci il tarixdə anadan olmuş X10 oğlu, 28.06.2010-cu il tarixdə anadan olmuş X5 və 03.12.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa Cavabdeh qazancından 70 manat, cəmi 210 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin bu qaydada tutulmasının 13 fevral 2017-ci il tarixindən hesablanması, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Bildirir ki, tutulan alimentin miqdarı hazırda uşaqların saxlanması üçün kifayət etmir. İddiaçının isə uşaqları saxlamaq üçün kifayət qədər maddi imkanı yoxdur. Belə ki, iddiaçı heç bir yerdə işləməyərək uşaqların tərbiyyəsi və təhsili ilə məşğuldur. Uşaqların qayğıları gündən-günə artmaqdadır, aldığı aliment isə uşaqların həm maddi ehtiyaclarının ödənilməsinə, eləcə də müalicə və məktəb xərclərinin ödənilməsinə çatmır. Uşaqların getdikcə artan tələbatları qarşısında artıq bir ana kimi aciz qalmağa başlamışdır. Qeyd etmək istəyir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün X4” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021 ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, həmin məbləğ belə uşaqların maddi və digər tələbatlarının ödənilməsi üçün yetərli deyildir. Bu səbəbdən də hesab edir ki, alimentin miqdarı artırılmalı və hər uşaq üçün 200 manat, ümumilikdə 600 manat məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, 28.08.2008-ci il tarixdə anadan olmuş X10 oğlu, 28.06.2010-cu il tarixdə anadan olmuş X5 və 03.12.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının 06.09.2021-ci il tarixdən artırılaraq sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 600 manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı, № 11167416 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 oğlu 28.08.2008-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, № 11741377 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 28.06.2010-cu il tarixdə Abşeron şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, № 11167480 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 oğlu 03.12.2014-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli №2(017)-649/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, azyaşlılar-28 avqust 2008-ci il tarixdə anadan olmuş X10 oğlu, 28 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 03 dekabr 2014-cü il tarixdə isə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşağa Cavabdeh qazancının 70 manat, cəmi 210 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli №2(017)-582/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər Nikah evində bağlanmış, 1597 nömrəli nikah akt qeydinin pozulması, 28 avqust 2008-ci il tarixdə anadan olmuş X10 oğlu, 28 iyun 2010-cu il tarixdə anadan olmuş X5 və 03 dekabr 2014-cü il tarixdə isə anadan olmuş X6 anası İddiaçı yanında saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.05.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 52, mənzil 125-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan, 28.08.2008-ci il təvəllüdlü X10 oğlu, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014-cü il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-649/2017 saylı iş üzrə çıxartdığı 17 mart 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.08.2008-ci il təvəllüdlü X10 oğlu, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-649/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.08.2008-ci il təvəllüdlü X10 oğlu, 28.06.2010-cu il təvəllüdlü X5 və 03.12.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7955/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7955/2021
02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver