Məhkəmə qərarları › İş №2(060)-7983/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7983/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7983/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 02 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd HOFFMANN markalı ətçəkən üçün 245 manat ödənilməmiş hissə, 73.5 manat dəbbə, 29.04.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı Soyuducu üçün 629.6 manat ödənilməmiş hissə, 189 manat dəbbə, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********17018 olan Samsung Galaxy A30 markalı telefon üçün 307.8 manat ödənilməmiş hissə, 92.4 manat dəbbə, 26.07.2019-cu il tarixli müqaviləyə əsasən, Vega Künc və Foriella markalı jurnal masası üçün, 910 manat ödənilməmiş hissə, 273 manat dəbbə, ümumilikdə 2720.3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 04.01.2020, 29.04.2019, 29.10.2019 və 26.07.2019-cu il tarixli müqavilələrə əsasən, 2 ədəd HOFFMANN markalı ətçəkən, Samsung markalı soyuducu, İMEİ Kodu **********17018 olan Samsung Galaxy A30 markalı telefon, Vega Künc və Foriella markalı jurnal masası almış və nəticədə mağazaya 2720.3 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 420 manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) 2 ədəd HOFFMANN markalı ətçəlkən üçün ümumilikdə, 318.5 manat olmaqla ondan, 245 manat ödənilməmiş hissə, 73.5 manat dəbbə miqdarında borcu, 29.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1620 manat (18 ay x 90 manat + 0 manat ilkin ödəniş) Samsung markalı Soyuducu üçün ümumilikdə, 818.6 manat olmaqla ondan, 629.6 manat ödənilməmiş hissə, 189 manat dəbbə miqdarında borcu, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 528 manat (12 ay x 44 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********17018 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 400.2 manat olmaqla ondan, 307.8 manat ödənilməmiş hissə, 92.4 manat dəbbə miqdarında borcu, 26.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1404 manat (20 ay x 70 manat - 4 manat ilkin ödəniş) Vega Künc və Foriella markalı jurnal masası üçün ümumilikdə, 1183 manat olmaqla ondan, 910 manat ödənilməmiş hissə, 273 (iki yüzyetmiş üç) manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1879.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsnminə yönəldilə bilər. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli, 00806216 nömrəli, 29.10.2019-cu il tarixli, 01014374 nömrəli, 29.04.2019-cu il tarixli, 00636166 nömrəli, 04.01.2020-ci il tarixli, 20011938 nömrəli müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd HOFFMANN markalı ətçəkən, Samsung markalı Soyuducu, Samsung Galaxy A30 markalı telefon, Vega Künc və Foriella markalı jurnal masası almışdır. İş materiallarında olan 02.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə dörd müqavilə üzrə 2092,4 manat ödənilməmiş hissə və 627,9 manat dəbbə pulu olmaqla, cəmi 2720,3 manat məbləğində borcu vardır. İşdə olan 05.11.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 26.07.2019-cu il tarixli, 00806216 nömrəli, 29.10.2019-cu il tarixli, 01014374 nömrəli, 29.04.2019-cu il tarixli, 00636166 nömrəli, 04.01.2020-ci il tarixli, 20011938 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər dörd müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 2092,4 (245+629,6+307,8+910) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 627,9 (73,5+189+92,4+273) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 55 (5+20+10+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2092,4 (iki min doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat dəbbə pulu olmaqla, cəmi 2147,4 (iki min yüz qırx yeddi manat qırx qəpik) manat borc və 24 (iyirmi dörd) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar