Məhkəmə qərarları › İş №2(060)-7986/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7986/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7986/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46595 olan Samsung Galaxy A10 və Samsung telefon aksesuarı üçün 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 438 (dörd yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 229 (iki yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********27094 olan Huavei Y5 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 66 (altlmış altı) manat dəbbə; 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Bluetooth Speaker səsucaldıcı və X9 üçün 229 (iki yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; 09.02.2020-ci il tarixli müaviləsinə əsasən, Retro Künc mebel əşyası üçün 839 (səkkiz yüz otuz doqquz) manat 10 (on) qəpik ödənilməmiş hissə, 188 (bir yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik dəbbə, ümumilikdə 2809 (iki min səkkiz yüz doqquz) manat 10 (on) qəpik borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə dəqiqləşmə verərək, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46595 olan Samsung Galaxy A10 və Samsung telefon aksesuarı üçün 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 611 (altı yüz on bir) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********27094 olan Huavei Y5 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 66 (altlmış altı) manat dəbbə; 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Bluetooth Speaker səsucaldıcı və X9 üçün 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; 09.02.2020-ci il tarixli müaviləsinə əsasən, Retro Künc mebel əşyası üçün 839 (səkkiz yüz otuz doqquz) manat 10 (on) qəpik ödənilməmiş hissə, 188 (bir yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik dəbbə, ümumilikdə 2692 (iki min altı yüz doxsan iki) manat 10 (on) qəpik borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə 13.11.2019, 11.01.2020, 11.01.2020, 09.02.2020 və 09.02.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ Kod **********46595 olan Samsung Galaxy A10 markalı telefon, Samsung telefon aksesuarı, LG markalı televizor, İMEİ kodu **********27094 olan Huavei Y5 markalı telefon, Bluetooth Speaker səsucaldıcı, X9 və Retro Künc mebel əşyası almış və nəticədə 2692 (iki min altı yüz doxsan iki) manat 10 (on) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 461 (dörd yüz altmış bir) manat (12 ay x 38 manat+5 manat ilkin ödəniş) olan İMEİ Kodu **********46595 olan Samsung galaxy A10 və Samsung telefon aksesuari üçün ümumilikdə 395 (üç yüz doxsan beş) manat 20 (iyirmi) qəpik olmaqla, ondan 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 734 (yeddi yüz otuz dörd) manat 40 (qırx) qəpik (12 ay x 61,2 manat + 0 manat ilkin ödəniş) LG markalı televizor üçün ümumilikdə, 794 (yeddi yüz doxsan dörd) manat 20 (iyirmi) qəpik olmaqla ondan, 611 (altı yüz on bir) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 183 (bir yüz səksən üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 250 (iki yüz əlli) manat 80 (səksən) qəpik (12 ay x 20.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********27094 olan Huvaei Y5 markalı telefon üçün ümumilikdə, 295 (iki yüz doxsan beş) manat 90 (doxsan) qəpik olmaqla ondan, 229 (iki yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.02.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 274 (iki yüz yetmiş dörd) manat 80 (səksən) qəpik (12 ay x 22.9 manat + 0 manat ilkin ödəniş) Bluetooth Speaker səsucadıcı və İndoor üçün ümumilikdə, 296 (iki yüz doxsan altı) manat olmaqla ondan, 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 890 (səkkiz yüz doxsan) manat 40 (qırx) qəpik (24 ay x 37.1 manat + 0 manat ilkin ödəniş) Retro Künc mebel əşyası üçün ümumilikdə, 1027 (bir min iyirmi yeddi) manat 80 (səksən) qəpik olmaqla ondan, 839 (səkkiz yüz otuz doqquz) manat 10 (on) qəpik ödənilməmiş hissə, 188 (bir yüz səksən yeddi) manat 70 (yetmiş) qəpik dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 397,2 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46595 olan Samsung Galaxy A10 və Samsung telefon aksesuarı üçün 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 611 (altı yüz on bir) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********27094 olan Huavei Y5 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 66 (altlmış altı) manat dəbbə; 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Bluetooth Speaker səsucaldıcı və X9 üçün 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat dəbbə; 09.02.2020-ci il tarixli müaviləsinə əsasən, Retro Künc mebel əşyası üçün 839 (səkkiz yüz otuz doqquz) manat 10 (on) qəpik ödənilməmiş hissə, 188 (bir yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik dəbbə, ümumilikdə 2692 (iki min altı yüz doxsan iki) manat 10 (on) qəpik borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 13.11.2019-ci il tarixli № 01047379 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13.11.2019-cu il tarixdə 01047379 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 461 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 11.01.2020-ci il tarixli № 20029719 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.01.2020-ci il tarixdə 20029719 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 734.4 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir İşə əlavə edilmiş 11.01.2020-ci il tarixli № 20028118 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.01.2020-ci il tarixdə 20028118 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 250.8 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir İşə əlavə edilmiş 09.02.2020-ci il tarixli № 20089300 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09.02.2020-ci il tarixdə 20089300 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 274.8 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 09.02.2020-ci il tarixli № 20089335 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh Əvər oğlu arasında 09.02.2020-ci il tarixdə 20089335 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 890,4 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02.09.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh Əvər oğlunun 13.11.2019, 11.01.2020, 11.01.2020, 09.02.2020 və 09.02.2020-ci il tarixli müqavilələr cəmiyyətə olan borcu əsas borcu üzrə 2214,2 manat, dəbbə borcu üzrə 477,9 manat, ümumilikdə 2692,1 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 21, ev 203-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh X2 na vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 13.11.2019, 11.01.2020, 11.01.2020, 09.02.2020 və 09.02.2020-ci il tarixindəki müqavilələr üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 2214,2 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 2214 (iki min iki yüz on dörd) manat 20 (iyirmi) qəpik əsas borc, 25 (iyirmi beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 2239 (iki min iki yüz otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2214 (iki min iki yüz on dörd) manat 20 (iyirmi) qəpik əsas borc, 25 (iyirmi beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 2239 (iki min iki yüz otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar