Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7993/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 22.12.2018-ci il tarixli müqaviləsi üzrə Samsung markalı paltaryuyan üçün 649 (altı yüz qırx doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 195 (bir yüz doxsan beş) manat dəbbə pulu; 16.01.2019cu il tarixli müqaviləsi üzrə Acer Aspire markalı notebook üçün 349 (üç yüz qırx doqquz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə pulu; 04.01.2019cu il tarixli müqavilə üzrə Samsung markalı paltaryuyan üçün 622 (altı yüz iyirmi iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 187 (bir yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik dəbbə pulu, ümumilikdə 2108 (iki min yüz səkkiz) manat 80 (səksən) qəpik borc, 30 manat ödənilməmiş dövlət rüsumu, Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə 22.12.2018, 16.01.2019 və 04.01.2019-cu il tarixli müqavilələrinə əsasən 2 ədəd Samsung markalı paltaryuyan və Acer Aspire notebook almış və nəticədə 2108 (iki min yüz səkkiz) manat 80 (səksən) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1170 (bir min yüz yetmiş) manat (18 ay x 65 manat+0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün ümumilikdə 844 (səkkiz yüz qırx dörd) manat 30 (otuz) qəpik olmaqla, ondan 649 (altı yüz qırx doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 195 (bir yüz doxsan beş) manat dəbbə, 16.01.2019-cu il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) Acer Aspire markalı notebook üçün ümumilikdə, 454 (dörd yüz əlli dörd) manat 40 (qırx) qəpik olmaqla ondan, 349 (üç yüz qırx doqquz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə pulu, 04.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (19 ay x 52 manat + 2 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün ümumilikdə, 810 (səkkiz yüz on) manat 10 (on) qəpik olmaqla ondan, 622 (altı yüz iyirmi iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 187 (bir yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1378,4 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 04.01.2019, 16.01.2019 və 22.12.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "xxxx" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Göstərilənləri nəzərə alaraq, 22.12.2018-ci il tarixli müqaviləsi üzrə Samsung markalı paltaryuyan üçün 649 (altı yüz qırx doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 195 (bir yüz doxsan beş) manat dəbbə pulu; 16.01.2019-cu il tarixli müqaviləsi üzrə Acer Aspire markalı notebook üçün 349 (üç yüz qırx doqquz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə pulu; 04.01.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı paltaryuyan üçün 622 (altı yüz iyirmi iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 187 (bir yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik dəbbə pulu, ümumilikdə 2108 (iki min yüz səkkiz) manat 80 (səksən) qəpik borc, 30 manat ödənilməmiş dövlət rüsumu, Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiraklarıı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 16.01.2019-cu il tarixli № 00473313 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 16.01.2019-cu il tarixdə 00473313 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 840 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 16 yanvar 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “borc alan” Cavabdeh1 "xxxx" MMC qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi ücün məsuliyyəti Cavabdeh2 “Zamin” olaraq öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 04.01.2019-cu il tarixli № 00454641 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 Mübariz qızı arasında 04.01.2019-cu il tarixdə 00454641 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 990 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “borc alan” Cavabdeh1 "xxxx" MMC qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi ücün məsuliyyəti Cavabdeh2 “Zamin” olaraq öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 22.12.2018-ci il tarixli № 00429706 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 22.12.2018-ci il tarixdə 00429706 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1170 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən “borc alan” Cavabdeh1 "xxxx" MMC qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi ücün məsuliyyəti Cavabdeh2 “Zamin” olaraq öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 07.09.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh1 22.12.2018, 16.01.2019 və 04.01.2019-cu il tarixli müqavilələrə əsasən cəmiyyətə olan borcu əsas borcu üzrə ümumilikdə 1621,6 manat, dəbbə borcu üzrə 487,2 manat, ümumilikdə 2108,8 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, yataqxana 7A, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh1 vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 22.12.2018, 16.01.2019 və 04.01.2019-cu il tarixləriindəki müqavilə üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 1621,6 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1621 (bir min altı yüz iyirmi bir) manat 60 (altmış) qəpik əsas borc, 15 (on beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 1636 (bir min altı yüz otuz altı) manat 60 (altmış) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1621 (bir min altı yüz iyirmi bir) manat 60 (altmış) qəpik əsas borc, 15 (on beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 1636 (bir min altı yüz otuz altı) manat 60 (altmış) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7993/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7993/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver