Məhkəmə qərarları › İş №2(060)-8061/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8061/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8061/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Abdullayev Emin Ağamusa oğlu, tələbkar Kreditor MMC-nin (ünvan: - Bakı şəhəri, Atatürk küçəsi, ev 41, mənzil 141) xx.xx.1975-ci ildə, Gürcüstan Respublikasında anadan olan, Borclu (ünvan: - ünvan 2 “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Tələbkar Kreditor MMC 2445 manat əsas borc və 20 manat dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tələbkarun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər (276.1.). Tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər (276.2.2.). Tələbkarın məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tələbkar və borclu arasında bağlanmış 26.11.2019-cu il tarixli, MPK5803779 nömrəli müqaviləyə əsasən tələbkar borcluya satış qiyməti 4047 manat olan məişət avadanlığı, 14.01.2020-ci il tarixli, MPK5751875 nömrəli borc müqaviləyə əsasən isə satış qiyməti 1560 manat olan məişət avadanlığı satmışdır. Lakin borclu öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə tələbkara borcu qalmışdır. İş materiallarında olan 06.09.2021-ci il tarixli maliyyə arayışına əsasən borclunun əsas borc üzrə 2445 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən borc müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi 26.11.2019-cu il tarixli, MPK5803779 nömrəli və 14.01.2020ci il tarixli, MPK5751875 nömrəli müqavilələrə əsasən tələbkar borcluya satış qiymətləri müvafiq olaraq 4047 manat və 1560 manat olan məişət avadanlıqları satmışdır. Borclu isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya 2445 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (tələbkarun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). MPM-in 119.1 və 281.1.7-ci maddələrinə əsasən, tələbkarun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul da borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 2445 (iki min dörd yüz qırx beş) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tələbkar Kreditor MMC – nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar