Məhkəmə qərarları › İş №2(060)-8063/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-8063/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-8063/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Kreditor MMC-nin Borclu qarşı borc müqaviləsi üzrə pul tələbinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş edilmiş sənədlərə baxaraq müəyyən etdim: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 7840 manat məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7860 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Borclu 26 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 3180 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 870 manat borcu qalıb. İş üzrə Borclu 05 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1980 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 660 manat borcu qalıb. İş üzrə Borclu 14 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1550 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 516 manat borcu qalıb. İş üzrə Borclu 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 3190 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1384 manat borcu qalıb. İş üzrə Borclu 16 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 6180 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 4410 manat borcu qalıb. Odur ki, borcludan 7840 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 7860 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMCyə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Hesab edirəm ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, iş materiallarında olan 16.06.2020-ci il tarixli, № MPK5867689 saylı “Borc müqaviləsi”ndən görünür ki, Borclu Kreditor MMC-dən dəyəri 6180 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan 24.09.2019-cu il tarixli, № MPK5751169 saylı “Borc müqaviləsi”ndən görünür ki, Borclu Kreditor MMC-dən dəyəri 3190 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan 14.09.2019-cu il tarixli, № MPK5751057 saylı “Borc müqaviləsi”ndən görünür ki, Borclu Kreditor MMC-dən dəyəri 1550 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan 05.09.2019-cu il tarixli, № MPK5723919 saylı “Borc müqaviləsi”ndən görünür ki, Borclu Kreditor MMC-dən dəyəri 1980 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında olan 26.06.2019-cu il tarixli, № MPK5706914-M saylı “Borc müqaviləsi”ndən görünür ki, Borclu Kreditor MMC-dən dəyəri 3180 manat olan məişət avadanlığı əldə etmişdir. İş materiallarında 06.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu ilə 26.06.2019-cu il tarixində bağlanmış MPK5706914-M saylı müqavilə üzrə ödənilməmiş 870 manat, 05.09.2019-cu il tarixində bağlanmış MPK5723919-M saylı müqavilə üzrə ödənilməmiş 660 manat, 14.09.2019-cu il tarixində bağlanmış MPK5751057-M saylı müqavilə üzrə ödənilməmiş 516 manat, 24.09.2019-cu il tarixində bağlanmış MPK ******* saylı müqavilə üzrə ödənilməmiş 1384 manat, 16.06.2020-ci il tarixində bağlanmış MPK ******* saylı müqavilə üzrə ödənilməmiş 4410 manat olmaqla, ümumilikdə 7840 manat əsas borcu vardır. Məhkəmənin əsaslandırması: Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təqdim edilmiş sənədlərdən də aydın olur ki, borclu müqavilə üzrə götürmüş olduğu öhdəliklərini lazımınca və vaxtında icra etmədiyindən kreditor qarşısında ümumilikdə 7860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində icra edilməmiş borc öhdəliyi yaranmışdır. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 ( iyirmi ) manat dövlət rüsumunun əvəzi borcludan tutularaq kreditorun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280- 282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1975-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 7840 manat məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7860 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar