Məhkəmə qərarları › İş №2(060)-8065/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8065/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8065/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Kreditor Kreditor MMC-nin Borclu qarşı «borc tələbinə dair» ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : Kreditor Kreditor MMC Borclu qarşı «borc tələbinə dair» əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək borcludan 2405 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində borcun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Məhkəmə hesab edir ki, kreditorun tələbi məhkəmə üçün aşkar deyildir, tələb etmə hüququ barədə mübahisə vardır. MPM-nin 279.2.3-cü maddəsinə görə məhkəmə ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir Yuxarıda qeyd olunan çatışmamazlıq səbəbindən ərizəyə baxılmasının sadələşdirilmiş qaydasını yolverilməz hesab edirəm. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. MPM-nin 279.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrinə əsaslanaraq, qərara aldı : Kreditor Kreditor MMC-nin Borclu qarşı «borc tələbinə dair» məhkəmə əmrinin çıxarılması haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar