Məhkəmə qərarları › İş №2(060)-8074/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8074/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8074/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə yyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM-nin) 108.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektorn ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Hazırki halda iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənildiyini göstərən ödəniş tapşırığı dövlət rüsumunun qanunla nəzərdə tutulmuq qaydada ödənilməsi kimi qəbul edilə bilməz. Belə ki, Elektron Məhkəmə Sistemində Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması zamanı belə bir ödənişin olduğu müəyyən edilmədi, həmçinin qəbzdə ödənişin təyinatı olaraq Sumqayıt Şəhər Məhkəməsi qeyd olunmamışdır. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edlmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar