Məhkəmə qərarları › İş №2(060)-808/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-808/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-808/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Yat 3, H.Əliyev pr. otaq-68, məh 18, ev 30-da yaşayır. Yataqxana otağı olsa da faktiki olaraq bir otaqlı mənzildir. Qayınanası Cavabdeh və qayınatası Əliyev Qismət Ağa oğlu Sumqayıt şəhəri Boru Prokat zavodunda işləmişlər və oradan xx.xx.1991-ci ildə mərhum qayınatası Əliyev Qismətə həmin yataqxanada yerləşən 65 saylı otağı vermişlər. Sonradan onlara digər otaq da veriblər. Hal-hazırda ailə tərkibi haqqında arayışdan görünür ki, 68 saylı otaqda uşaqları X4 və X3 qeydiyyatdadırlar. xx.xx.2010-cu ildən həmin ünvanda yaşayıb və əri X9 oğlu da həmin ünvanda qeydiyyatda olsa da xx.xx.2016-cı ildə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-765/2020 saylı qətnaməsi ilə mənzilə köçürülmüşdür. Məhkəmə qətnaməsi icra olunmuşdur. Hal-hazırda həmin mənzildə övladları ilə birlikdə yaşayır. Lakin mənzilə istifadə hüququ tanınmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək oxşar mənmunda izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan mənzil iddiaçının və ödladlarının daimi yaşayış yeridir. Məhkəmə qətnaməsinə əsasən həmin mənzilə köçürülmüşdür. Hesab edir ki, mövcud vəziyyət iddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına əsas verir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir, iddiaçının övladları ilə birlikdə mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının tanınmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi izahatında göstərdi ki, mübahisə predmeti olan yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: B seriyalı 12 saylı orderdən görünür ki, Əliyev Qismət Ağa oğluna 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 3 ünvanında yerləşən 3 saylı yataqxananın 65 saylı otağı ayrılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-765/2020 saylı, xx xxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, X2 yetkinlik yaşına çatmayan uşaqları X4 və X3 ilə birlikdə ünvan 5-a köçürülməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədi icra olduğundandan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-765/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilimşdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalalat Birliyi 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3306 nömrəli arayışdan görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının himayəsində iki uşağının olması, uşaqları ilə birlikdə onun mübahisə predmeti olan ünvana köçürülməsi və orada yaşamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərar). Mənzil Məccəlsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İşin hallarından göründüyü kimi iddiaçı uşaqları ilə birlikdə mübahisə predmeti olan yaşayış sahəsinə köçərək cavabdehlə birgə istifadə edirlər və birgə təsərrüfat aparırlar. Odur ki, məhkəmə iddiaçının uşaqları ilə birgə həmin yaşayış sahəsinə istifadə hüququnun tanınmasını qanuni və əsaslı hesab edir. Eləcə də məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh iddianı etiraf etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 5 ünvanına istifadə hüquqları tanınmalıdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 5 ünvanına istifadə hüquqları tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar