Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-809/2020 21.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» QSC-nin Cavabdeh Muğan oğluna və qeyrilərinə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» QSC cavabdehlər Cavabdeh Muğan oğluna, X20, X6, X30, X25, X21, X9, Rzayev Rövşən Arzuman oğluna, X14, X2, X15 və X16 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Muğan oğlundan, X10, X3 və X22 müştərək qaydada İddiaçı X13 xeyrinə 03R000025567 saylı kredit razılaşması üzrə 328.353,78 ABŞ dolları kredit borcu, 137.212,05 ABŞ dolları faiz borcu, 325.846,09 ABŞ dolları cərimə olmaqla, cəmi 791.411,92 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat kredit borcu, 8596,38 manat faiz borcu və 47.716,43 manat cərimə olmaqla, cəmi 267.336,03 manat, 003KK**********01 saylı kredit razılaşması üzrə 9950,16 ABŞ dolları kredit borcu, 1299,05 ABŞ dolları faiz borcu və 9283,35 ABŞ dolları cərimə olmaqla, cəmi 20.532,56 ABŞ dolları olmaqla 3 (üç) kredit razılaşması üzrə ümumilikdə 811.944,48 ABŞ dolları və 267.336,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsumun və 100 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə; Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə; Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə; X30 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə; X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 811.944,48 ABŞ dolları və 267.336,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş50 manat rüsumun və 100 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Muğan oğlundan, X10, X3, X22 müştərək qaydada tutulması; Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlunun, X7 və Rzayev Rövşən Arzuman oğlunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutman yönəldikdən və o satıldıqdan 1 ay sonra X26, X23 və X17 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, X1, X11 və X12 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Muğan oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 03L000004826 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1917% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 750000 (yeddi yüz əlli min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 03R000025567S saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SA saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SB saylı, xx.xx.2017-ci il tarixli 03R000025567SC saylı, xx.xx.2018-ci il tarixli 03R000025567SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh Muğan oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşmasıüzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh Muğan oğlu götürdüyü kredit borcundan 421.646,22 ABŞ dolları ödəmiş, onun 328.353,78 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh Muğan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 444 gün üçün hesablanmış faiz borcu 137.212,05 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 444 gün üçün hesablanmış cərimə 325.846,09 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 003R**********SA saylı, xx.xx.2017-ci ü tarixli 003R**********SB saylı, xx.xx.2018-ci il tarixli 003R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh Muğan oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh Muğan oğlu götürdüyü kredit borcundan 88.976,78 manat ödəmiş, onun 211.023,22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalıkredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh Muğan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 10 gün üçün hesablanmış faiz borcu 8596.38 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 10 gün üçün hesablanmış cərimə 47716.43 manat təşkil edir.Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit razılaşmasının 1.1.1-ci bəndinə əsasən bank kredit alana bankın plastik kartı vasitəsi ilə verilir. Kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, bu kredit razılaşması ilə müəyyən olunmuşşərtlərlə ona hesablanmış faizi banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Muğan oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh Muğan oğlu götürdüyü kredit borcundan 49.84 ABŞ dollarıödəmiş, onun 9950.16 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən hər gün üçün faiz kredit üzrə illik faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh Muğan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığıüçün xx.xx.2019-cu il tarixə 956 gün üçün hesablanmış faiz borcu 1299,05 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 2.7-ci bəndinə uyğun olaraq kredit xəttinin müddəti bitənədək kredit banka ödənilir. Əks təqdirdə kredit gecikdirilmiş status alır və gecikdirilmiş statuslu kredit üzrə illik 36% dərəcəsi ilə cərimə faizi hesablanır. xx.xx.2019-cu il tarixə 956 gün üçün hesablanmış cərimə 9283.35 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X31, X18, X39 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasıüçün bank qarşısında Cavabdeh Muğan oğlu ilə birgə məsuliyyət daşıyır və uzun müddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh Muğan oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03M000001481 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 4 saylı qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsi tərəfindən verilmiş 3 №-li reyestr kitabının 10 №-li vərəqində qeydiyyata alınmış və RX ******* çıxarışa əsasən Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerlşən 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinin Cavabdeh Muğan oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh Muğan oğluna İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır.İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh Muğan oğlunun həyat yoldaşıX24 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakıqeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh Muğan oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 03M000000767 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 103 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsinin Cavabdeh Muğan oğlunun kredit öhdəliklərinin icrasınıtəmin etmək üçün İddiaçıQSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh Muğan oğluna İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh Muğan oğlunun həyat yoldaşı X24 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlunun öhdəliklərin icrasını təmin etmək məqsədilə X39 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03M000001482 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 4-ci mikrorayonda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsi tərəfindən verilmiş 72 №-li reyestr kitabının 123 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 4-ci mikrorayonda 14/21 nömrəli evin 64 nömrəli mənzili Cavabdeh Muğan oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən X30 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır.İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 4-ci mikrorayonda 14/21 nömrəli evin 64 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan X34 və X32 notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, mənzilə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlunun öhdəliklərin icrasını təmin etmək məqsədilə X19 iddiaçı ilə bağladığı xx.xx.2010-cu il tarixli 03M000000788 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 2-ci mərtəbəsində 70.5 m2 ümumi 47.3 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X38 tərəfindən verilmiş 106 №-li reyestr kitabının 70 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinin Cavabdeh Muğan oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən X30 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X8 notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, mənzilə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh Muğan oğlu iddiaçı ilə bağladığı xx.xx.2010-cu il tarixli 03M000000875 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X38 tərəfindən verilmiş 118 №-li reyestr kitabının 19 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinin Cavabdeh Muğan oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən X30 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan X24 və Rzayev Rövşən Arzuman oğlu notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, mənzilə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh Muğan oğlundan, X10, X3 və X22 müştərək qaydada İddiaçı X13 xeyrinə 03R000025567 saylı kredit razılaşması üzrə 323.353,78 ABŞdolları kredit borcu, 137.212,05 ABŞdolları faiz borcu, 325.846,09 ABŞ dolları cərimə olmaqla, cəmi 786.411,92 ABŞdolları, 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat kredit borcu, 8596,38 manat faiz borcu və 47.716,43 manat cərimə olmaqla, cəmi 267.336,03 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş50 manat rüsumun və 100 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 37 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə; Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə; Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə; X30 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33 m2 ümumi, 43.18 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə; X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5 m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 786.411,92 ABŞ dolları və 267.336,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsumun və 100 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Muğan oğlundan, X10, X3, X22 müştərək qaydada tutulması; Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlunun, X7 və Rzayev Rövşən Arzuman oğlunun həmin mənzildənçıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutman yönəldikdən və o satıldıqdan 1 ay sonra X26, X23 və X17 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, X1, X11 vəX12 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh Muğan oğlu ilə «xxxxxxxxxxx» QSC arasında bağlanılmış xx xxxxxx 2010cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsinə əsasən kredit verən kredit alana 120 ay müddətinə 3.000.000 ABŞ dollar məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlu ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşmasına əsasən kredit verən kredit alana 60 ay müddətinə 1.1917% aylıq faiz dərəcəsi ilə, 750000 (yeddi yüz əlli min) ABŞ dolları məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Muğan oğlu ilə «xxxxxxxxxxx» QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 03R000025567S saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SA saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SB saylı, xx.xx.2017-ci il tarixli 03R000025567SC saylı, xx.xx.2018-ci il tarixli 03R000025567SD saylı sazişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh Muğan oğlu ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşmasına əsasən kredit verən kredit alana 18 ay müddətinə 1.8333% aylıq faiz dərəcəsi ilə 300000 (üç yüz min) manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Muğan oğlu ilə «xxxxxxxxxxx» QSC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 003R**********SA saylı, xx.xx.2017-ci ü tarixli 003R**********SB saylı, xx.xx.2018-ci il tarixli 003R**********SC saylı sazişlə xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Muğan oğlunun xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşması üzrə banka 323.353,78 ABŞ dolları əsas, xx xxxxxx 2019-cu il tarixə faiz borcu 137212,05 ABŞ dolları, cərimə borcu 325846.09 ABŞ dolları, xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas, xx xxxxxx 2019-cu il tarixə faiz borcu 8596.38 manat, cərimə borcu 47716.43 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 462, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 325.846,09 ABŞ dolları cərimə azaldılaraq 15.000 ABŞ dolları, 47.716.43 manat cərimə azaldılaraq 5.000 manat məbləğində müəyyən edilməlidir. Bankla X18 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 03S000006756 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X18xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh Muğan oğlunun öhdəliklərinin icra edilməsi üçün üzərinə birgə məsuliyyət götürmüşdür. Bankla X31 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 03S000006450 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X31 xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh Muğan oğlunun öhdəliklərinin icra edilməsi üçün üzərinə birgə məsuliyyət götürmüşdür. Bankla X39 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03S000020472 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X39xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh Muğan oğlunun öhdəliklərinin icra edilməsi üçün üzərinə birgə məsuliyyət götürmüşdür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri iləəlaqəli şəkildəşərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanmasıüçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxxx 2010-cu il tarixli Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində kredit razılaşmaları bağlanılarkən zaminlərin razılığının alınmasına dair saziş bağlanılmamışdır. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də X18, X31 və X30 qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz. Cavabdeh Muğan oğlu ilə «xxxxxxxxx» QSC arasında bağlanılmışxx.xx.2012-ci il tarixli 03M00001481 saylı, xx xxxxxx 2010-cu il tarixli 03M000000767 saylı və xx.xx.2010cu il tarixli 03M000000875 saylıİpoteka müqavilələrinə əsasən, xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh Muğanoğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87 m2ümumi, 204.57 m2 əsas, 88.30 m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsi; ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsi və Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 3-cü mərtəbəsində 72.7 m2 ümumi, 52.2 m2 yaşayış 20.5 m2 yardımçı sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh Muğanoğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 34 nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri yaşayış sahəsinədair ipoteka yüklülüyü “xxxxxxxxx” QSC-nin xeyrinə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 03 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh Muğanoğluna məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair ipoteka yüklülüyü“xxxxxxxxx” QSC-nin xeyrinə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 01 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh Muğanoğluna məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə dair ipoteka yüklülüyü“xxxxxxxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 118 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. X39ilə «xxxxxxxxx» QSC arasında bağlanılmışxx.xx.2014-cü il tarixli 03M000001482 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq X30 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 14/21 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində 3-cü mərtəbəsində yerləşən 56.33 m2ümumi 43.18 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, X30 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayon, ev 14/21, 64 nömrəli mənzilə dair ipoteka yüklülüyü “xxxxxxxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 72 nömrəli reyestr kitabının 123 nömrəli vərəqində, xx.xx.2014-cu il tarixdə qeydə alınmışdır. X18ilə «xxxxxxxxx» QSC arasında bağlanılmışxx.xx.2010-cu il tarixli 03M000000788 saylıİpoteka müqaviləsinə əsasən, xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 2-ci mərtəbəsində 70.5 m2ümumi 47.3 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayon, 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə dair ipoteka yüklülüyü“xxxxxxxxx” QSC-nin xeyrinə Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 70 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə ediliş sənədlərdən görünür ki, Bank tərəfindən cavabdehlər “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilməklə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X38 tərəfindən qeydə alınmışdır. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. “xxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/317 saylı hesabatından görünür ki, Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanda yerləşən qeyri yaşayış sahəsinin likvid dəyəri 119.000 manat təşkil edir. “xxxxxxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/316 saylı il tarixli hesabatından görünür ki, Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinin likvid dəyəri 55.500 manat təşkil edir. “xxxxxxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/315 saylı il tarixli hesabatından görünür ki, X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilin likvid dəyəri 46.500 manat təşkil edir. “xxxxxxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/318 saylı il tarixli hesabatından görünür ki, X30 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayon, 14/21 nömrəli binanın 64 nömrəli mənzilin likvid dəyəri 40.000 manat təşkil edir. “xxxxxxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/319 saylı il tarixli hesabatından görünür ki, Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 34 ünvanda yerləşən 4 saylı qeyri yaşayış sahəsinin likvid dəyəri 289.000 manat təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Muğan oğlundan İddiaçı QSC-nin xeyrinə 03R000025567 saylı kredit razılaşmasıüzrə323.353,78 ABŞdolları əsas kredit borcu, 137.212,05 ABŞdolları faiz borcu, 15.000 ABŞdolları cərim, cəmi 475565,83 ABŞdolları (ödəniş gününə manata məzənnə ilə), 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas kredit borcu, 8596,38 manat faiz borcu və 5000 manat cərimə, cəmi 224619,6 manat tutulmalı, tələb Cavabdeh Muğan oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 37 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə; Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə və Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə, X30 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə, X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, ipoteka predmeti olan –Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 289.000 manat, Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 119.000 manat, Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilin ilkin satış qiyməti 55.500 manat, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilin ilkin satış qiyməti 40.000 manat və Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilin ilkin satış qiyməti 46.500 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq Cavabdeh Muğan oğluna, X30və X6 qaytarılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh Muğan oğlundan alınaraq «xxxxxxxxx» QSCyə ödənilməlidir. İpoteka predmeti olan Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə və ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsi boşaldılmalıdır. İpoteka predmeti olan Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlu, X24 və Rzayev Rövşən Arzuman oğlu həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. İpoteka predmeti olan Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutman yönəldikdən və o satıldıqdan 1 ay sonra X39, X34 və X32 həmin mənzildən çıxarılmalıvəmənzil boşaldılmalıdır. İpoteka predmeti olan Sumqayıt şəhəri 9cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X18, X8, X27 və X28 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə ipoteka predmeti olan əmlakın hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.ü MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmişödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsum və 100 manat xidmət haqqı ödəmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş məhkəmə xərclərinin 65 manatı iddiaçıya aid edilməli, 115 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Muğan oğlundan 03R000025567 saylı kredit razılaşması üzrə 323.353,78 ABŞ dolları əsas kredit borcu, 137.212,05 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları cərimə, cəmi 475.565,83 (dörd yüz yetmiş beş min beş yüz altmış beş dollar səksən üç sent) ABŞdolları (ödəniş gününə manata məzənnə ilə), 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas kredit borcu, 8.596,38 manat faiz borcu və 5.000 manat cərimə, cəmi 224.619,6 (iki yüz iyirmi dörd min altı yüz on doqquz manat altmış qəpik) manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 115 (bir yüz on beş) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh Muğan oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri 2-ci mikrorayon, N.Nərimanov küçəsi 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə, Sumqayıt şəhəri 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə və Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə, X30 məxsus Sumqayıt şəhəri,4-cü mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə,X6 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlaklarlar açıq hərracdan satılsın, ipoteka predmeti olan –Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 289.000 manat, Sumqayıt şəhəri, 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 119.000 manat, Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilin ilkin satış qiyməti 55.500 manat, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilin ilkin satış qiyməti 40.000 manat və Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilin ilkin satış qiyməti 46.500 manat müəyyən edilsin. Hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq Cavabdeh Muğan oğluna, X30 və X6 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh Muğan oğlundan alınaraq İddiaçı QSC-yə ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə və ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsi boşaldılsın. İpoteka predmeti olan Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlu, X24 və Rzayev Rövşən Arzuman oğlu həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İpoteka predmeti olan Sumqayıt şəhəri 4-cü mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X39, X34 və X32 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İpoteka predmeti olan Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X18, X8, X27 və X28 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-809/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-809/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver