Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8114/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı X1 və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar X1 və X2 Cavabdeh qarşı borc müqaviləsi üzrə yaranmış pul məbləğinin qaytarılması tələbinə dair mülki işə 16 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X5, X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3426 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X5 və X6 iddia tələbini onunla əsaslandırmışdır ki, 15.10.2019-cu ildə ** CG *** nömrəli HYUNDAİ XG4DR markalı avtomobili Cavabdeh almışdır. İlkin ödəniş kimi 2000 AZN verib maşını götürmüşdür. 08.11.2019-cu ildə 3 aylıq etibarnamə almışdır. Dörd ay vaxtı-vaxtında ödəniş edilmişdir. Karantin rejimi ilə əlaqədar 1 ay ödənişi gecikdirmişdir. Belə ki, onun Bakı şəhəri, Yeni Qurtuluş, 3-cü məhəllə, bina 12-də Teakvando və kikboxing idman zalı var. Zallar bağlandığı üçün aylıq ödənişi edə bilməmişdir. 2-ci etibarnaməni 01.03.2020-ci ildə almışdır. 01.06.2020-ci ildə etibarnamənin müddəti bitmişdir. Ödəniş edə bilmədiyi üçün maşını avto salona aparmışdır. Ümumilikdə 3426 AZN ödəniş etmişdir. Cavabdeh ona maşını satışa qoyulmasını, maşın satıldıqdan sonra ödənişi geri qaytaracağını bildirmişdir. 3 ay sonra o, Cavabdeh yanına getmişdir. Elşən ona maşının motoru yandığı üçün hazırda ustada olduğunu demişdir. Lakin Elşən ona nə maşını qaytarmış, nə də maşının pulunu ödəmişdir. Hətta onu, təhdid etmişdir. Məsələ ilə bağlı onun sübütları var. İddiaçılar qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sözügedən maşını o, karantin dövründə almışdır. İlk dəfə 2000 manat ödəmiş, daha sonra isə hissə-hissə ödəməklə 4-5 ay ödəniş etmişdir. Daha sonra epidemioloji şəraitlə əlaqədar iş yerləri bağlanmış, nəticədə ödənişləri edə bilməmişdir. Bununla bağlı o, qarşı tərəfdən ödəniş etməsi üçün vaxt verilməsiini xahiş etmişdir. Bir gün 3 nəfər onun evinə gələrək maşını tələb etmiş, həmçinin Elşən müqaviləni ləğv edəcəyini də bildirmişdir. Belə olan halda o da pulunu tələb etmişdir. Hətta Elşənə ona sata biləcəyi torpaq sahəsinin olduğunu bildirmişdir. Onlar birlikdə həmin torpaq sahəsinə gedib baxmışlar. Elşən həmin torpaq sahəsinə darvaza çəkdirdikdən sonra pulunu verəcəyini bildirmişdir. Lakin sonra Elşəndən xəbər çıxmamışdır. Daha sonra Elşən maşını ondan almış və satışa qoymuşdur. Elşən maşını satdığı vaxt pulunu ödəyəcəyini demiş, lakin yenə bir xəbər çıxmamışdır. Sonra Elşən maşının motorunun xarab olduğunu bildirmişdir. İddiaçı əlavə olaraq onu da bildirdi ki, maşını ilə bağlı 20 manat cəriməsi var idi. Maşının bəzi problemləri var idi, belə ki, maşın onda olarkən onun kapotu açılmış, şüşəsi sınmışdı. Elşən süşə üçün 100 manat, kapot üçün 50 manat pul lazım olduğunu bildirmişdir. Lakin onları düzəltməmiş maşın ondan alınmışdır. Bunları nəzərə alaraq iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, etirazda cavabdeh baş vermiş hadisəni etiraf edir, yəni iddiaçının ilkin olaraq 2000 manat ödəməsini etiraf edir. İddiaçı müəyyən ödənişlər etsə də, sonradan pandemiya ilə əlaqədar ödənişlərini dayandırmaq məcburiyyətində olmuşdur. Cavabdeh iddiaçının razılığı olmadan mübahisəli maşını aparmışdır. Cavabdeh maşında texniki problemlərin olduğunu iddia edir. Lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etmir. Cavabdehin məhkəməyə təqdim etdiyi müqavilə isə məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin müqavilə imzalanmamışdır və müqavilədə Namiq adlı başqa şəxsin adı yazılmışdır. Maşının motorunun yanması da yalan məlumatdır. Çünki bu halda maşının sürülüb aparılması mümkün olmazdı. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirdi ki, o, iddiaçılar X5 və X2 ona qarşı pul tələbinə dair iddiasına etiraz edir. Belə ki, 15.10.2019-cu il tarixdə HYUNDAİ XG4DR markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X3 vermişdir. Etibarnamənin verilməsinə səbəb isə iddiaçı ilə aralarında olan qarşılıqlı razılaşmaya görə 2000 manat ilkin ödəniş etməli, 4500 manat isə hər ay 275 manat ödəniş etməli idi. İddiaçı 3 ay ödəniş etmiş, sonra isə heç bir ödəniş etməmişdir. Maşını iddıaçıdan geri almış və maşının nasaz olmasını müəyyən etmişdir. Sonra polisdə 570 manat cəriməsinin olduğunu müəyyən etmiş və həmin cəriməni ödəmişdir. Maşını ustada tam saz vəziyyətə gətirə bilmədiyindən 2000 manata başqa bir adama satmışdır. İddiaçı ümumilikdə 2825 manat ödəniş etmişdir. Lakin iddiaçı əsassız iddiasında guya 3426 manat pul tələb edir. Fikirləşmir ki, avtomobili istifadə etmiş, nasaz vəziyyətə salmışdır. Həmçinin polisdə cərimələri yığılmışdır. Əksinə o, iddiaçının qanuna zidd əməlləri səbəbindən ziyana düşmüşdür. 6500 manat dəyərində olan maşını 2000 manata satmaq məcburiyyətində qalmışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, ödəmə blankı maşını satarkən alıcıya verilir, onlarda olmur. Babakda olan ödəmə blankındakı imzalar ona məxsusdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 08.11.2019-cu il tarixli, 075564 reyestr nömrəli etibarnamədən görünür ki, X12 adından onun verdiyi etibarnamə əsasında X7 Minik markalı maşını idarə etmək üçün Babak Vosooghifarda 3 ay müddətinə etibarnamə vermişdir. İş materiallarında olan 01.03.2020-ci il tarixli, 202764 saylı etibarnamədən görünür ki, X12 adından onun verdiyi etibarnamə əsasında Cəfərov X10 Minik markalı maşını idarə etmək üçün Babak Vosooghifarda 3 ay müddətinə etibarnamə vermişdir. İş materiallarında olan ödəmə blankından görünür ki, Babak Vosooghifard 15.11.2019cu il tarixdə 375 manat, 17.12.2019-cu ildə 375 manat, 26.01.2020-ci ildə 250 + 125 manat, 10.03.2020-ci ildə 200 manat ödəniş etmişdir. Həmin ödənişlərin qarşısında Cavabdeh tərəfindən imza çəkilmişdir. 19.04.2020-ci ildə qeyd edilən 101 manat ödənişin qarşısında imza yoxdur. İşdə olan 02.12.2021-ci il tarixli 787 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı Babak Vosooghifarda mülki iş üzrə təmsilçilik və hüquqların müdafiəsi ilə bağlı Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili Nümayəndə tərəfindən hüquqi yardım göstərilmiş, bununla əlaqədar Babak Vosooghifard tərəfindən 8645 saylı qəbzə əsasən 100 manat ödəniş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qimən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 15.10.2019-cu il tarixdə HYUNDAİ XG4DR markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X3 vermişdir. Tərəflər arasında olan qarşılıqlı razılaşmaya görə avtomobil 6500 manat qiymətləndirilmiş, iddiaçı ilkin olaraq 2000 manat ödəniş etmiş, qalan 4500 manat pulu isə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin bu halları həm iddiaçı B.Vosooghifard, həm də cavabdeh tərəfindən etiraf edilir və mübahiləndirilmir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 10.10.2019-cu il tarixli müqavilə lazımı qaydada təsdiqlənmədiyindən məhkəmə həmin sənədi əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etməmişdir. Lakin məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəməklə alqı-satqı münasibətləri olmuş, cavabdeh avtomobili iddiaçıya verdikdən və iddiaçı tərəfindən müəyyən ödənişlər edildikdən sonra onu geri almış, lakin iddiaçı tərəfindən edilən ödənişləri ona geri qaytarmamışdır. X11 əmlakından məhrum olmuş, Cavabdeh isə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Cavabdeh etirazında iddiaçı tərəfindən ilkin ödənişdən əlavə 875 manat ödənildiyini bildirsə də, iş materiallarında olan ödəmə blankından görünür ki, Babak Vosooghifard 15.11.2019-cu il tarixdə 375 manat, 17.12.2019-cu ildə 375 manat, 26.01.2020-ci ildə 250 + 125 manat, 10.03.2020-ci ildə 200 manat ödəniş etmişdir. Həmin ödənişlərin qarşısında Cavabdeh tərəfindən imza çəkilmişdir. Sözügedən imzaların özünə məxsus olduğunu Cavabdeh məhkəmə iclasında da bildirmişdir. Beləliklə iddiaçı B.Vosooghifard tərəfindən cəmi 1325 (375+375+375+200) manat ödəniş edilmişdir. Ödəmə blankında 19.04.2020-ci ildə qeyd edilmiş 101 manat ödənişin qarşısında cavabdehin imzası olmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğdə ödənişin edilməsi öz təsdiqini tapmır. Beləliklə iddiaçı B.Vosooghifard tərəfindən mübahisəsi gedən maşına görə cavabdehə ümumilikdə 3325 (2000+1325) manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı maşının qabaq şüşəsi və kapotunun (başlıq) onun tərəfindən yararsız vəziyyətə düşməsini, o cümlədən maşını idarə edərək ona iki dəfə 10 manat olmaqla, cəmi 20 manat cərimə yazıldığını məhkəmə iclasında etiraf etdiyindən həmin məbləğlər iddiaçı tərəfindən edilmiş ödənişlərdən çıxılmalıdır. İddiaçı məhkəmə iclasında maşının təmiri (qabaq şüşə və kapot üçün) üçün cavabdehlə 150 manat məbləğində razılaşdıqlarını bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında iddiaçının avtomobili nasaz vəziyyətə saldığını, ona görə 570 manat cərimə ödədiyini, 6500 manat dəyərində olan maşını sonradan 2000 manata satdığını, beləliklə də iddiaçı tərəfindən ona daha böyük məbləğdə ziyan dəydiyini bildirsə də, həmin hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş materiallarında maşına vurulmuş ziyanla bağlı hər hansı başqa sübut olmadığından iddiaçının özü tərəfindən etiraf olunan 170 (150 manat + 20 manat cərimə) manat məbləğ onun tərəfindən edilən ödənişlərdən çıxılmalıdır. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 3155 (3325-170) manat məbləğində pul alınıb iddiaçı X3 verilməlidir. Məhkəmə iddiaçı X2 iddiasına münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına görə tələb olunan pul məbləği Babak Vosooghifard tərəfindən Cavabdeh verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı X2 tələb olunan pul məbləğinə dair hər hansı mübahisə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, onu bu barədə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi X4 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı Babak Vosooghifardın ona hüquqi xidmət göstərilməsinə görə ödədiyi 100 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 90% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 27 manatı cavabdehdən tutulmalı, 3 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3155 (üç min yüz əlli beş) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 (bir yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 27 (iyirmi yeddi) manat alınıb iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8114/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8114/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver