Məhkəmə qərarları › İş №2(060)-813/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-813/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-813/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2019-cu tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzili 2019-cu il 27 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə 2019-cu il 27 sentyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il oktyabrın 15-dək Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 25832.79 manat əsas, 4566.44 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 30399.23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-in xeyrinə 2019-cu il 27 sentyabr tarixli kredit müqaviləsi üzrə 25832.79 manat əsas, 4566.44 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 30399.23 manat məbləğində borcun, 181.20 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digərlərinin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdeh tərəfindən ödəniş olmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, 1200 manat məbləğində ödəniş edilmiş, həmin məbləğ ümumi borcdan çıxılmışdır. Müddət az olduğundan tələb olunan pul məbləğini ödəyə bilməmişlər. Cavabdeh3 məxsus evin satılmasını istəmədikləri üçün borcu ödəmək niyyətindədirlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 izahatına uyğun izahat verərək, məhkəmə qətnaməsinin qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə, iddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 27.09.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% hesablanmaqla 30000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.09.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 "xxxx" İKB ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 27.09.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinin ipoteka predmeti ona məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilidir və həmin əmlak 50000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.09.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit borcunu 27.10.2019-cu il tarixdən 27.09.2022-ci il tarixədək ümumilikdə 41562.55 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 15.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 25832.79 manat əsas, 4566.44 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 30399.23 manat məbləğində kredit borcu var. İş materiallarında olan 05.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 24940,22 manat əsas, 7611,76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 34285,21 manat məbləğində kredit borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 54 nömrəli evin 20 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialının AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsinə ünvanladığı bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanına tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh3 göndərilmiş bildirişin 19.10.2021-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan 13.10.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh3 27.09.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 borcu ödəmədiyi üçün ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 1 ünvanına tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin 02.03.2022-ci il tarixə olan bazar dəyəri 50 000 manat, likvid dəyəri 40 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyinə əsasən 40.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixdə 22-MGZ2-1-0-444-19 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% hesablanmaq şərti ilə 30000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. Həmin müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" İKB ASC ilə aralarında bağlanmış kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə 05.04.2022-ci il tarixli yeni maliyyə arayışı təqdim olunsa da, həmin arayış müqavilə üzrə ödəniş etmələrinə baxmayaraq cavabdehlərin vəziyyətini daha da ağırlaşdıracağından kredit müqaviləsi üzrə borcun iddia ərizəsində göstərilən məbləğdə tutulması qanuna uyğun olmaqla, əsaslıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 25832,79 manat əsas, 4566,44 manat faiz, cəmi 30399,23 manat tutulmalıdır. Eyni zamanda məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh3 və digər şəxslər ən geci bir ay ərzində mənzildən çıxarılmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 və digər şəxslərin ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehə qarşı istifadə hüquqlarının itirilməsi predmeti iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit və ipoteka müqavilələri çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununda bankın cavabdehə qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi predmeti barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 181,20 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin (əvvəlki "xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 27.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 25832,79 manat əsas, 4566,44 manat faiz, cəmi 30399,23 manat borc və 181,20 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutulub ödənilməli, tutma Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməli, mənzil açıq hərracda satılmalı, borc Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinin satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində Cavabdeh3 və digər şəxslər həmin mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 27.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 25832,79 manat əsas, 4566,44 manat faiz, cəmi 30399,23 (otuz min üç yüz doxsan doqquz manat iyirmi üç qəpik) manat borc və 181,20 (yüz səksən bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldilsin, həmin mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 40000 (qırx min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" İKB ASC) ümumilikdə 30399,23 (otuz min üç yüz doxsan doqquz manat iyirmi üç qəpik) manat məbləğində borc və 181,20 (yüz səksən bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh3 məxsus olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində Cavabdeh3 və digər şəxslər həmin mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar