Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-815/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə içlas katibi X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000012213 saylı kredit razılaşması üzrə 1296.45 manat məbləğində kredit borcu, 179.49 manat məbləğində faiz borcu və 228.17 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1704 (min yeddi yüz dörd) manat 11 (on bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37.05 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, Həsənova Dilşad Yunis qızına İddiaçı QSC ilə bağladığı 29.12.2012-ci il tarixli 01L000003473 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Həsənova Dilşad Yunis qızı İddiaçı QSC ilə bağladığı 14.01.2014-cü il tarixli 01R000012213 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29.04.2015-ci il tarixli 01R000012213S saylı, 06.06.2016-cı il tarixli 01R000012213SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla Həsənova Dilşad Yunis qızının vəfat etdiyi Banka məlum olmuşdur. Həsənova Dilşad Yunis qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.12.2016-cı il tarixdən banka qaytarmamışdır. Həsənova Dilşad Yunis qızı götürdüyü kredit borcundan 3203.55 manat ödəmiş, onun 1296.45 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Həsənova Dilşad Yunis qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.09.2021-ci il tarixə 1719 gün üçün hesablanmış faiz borcu 179.49 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 13.09.2021-ci il tarixə 1719 gün üçün hesablanmış cərimə 228.17 manat təşkil edir. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aiddiyyatı qurumlara sorğular verilmiş, sorğulara verilmiş cavablarda Həsənova Dilşad Yunis qızının adına vərəsəlik işinin açılmadığı və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmadığı, həmçinin adına hər hansı bir əmlakın aşkar edilmədiyi qeyd edilmişdir (cavabların əsli əlavə edilir). Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Həsənova Dilşad Yunis qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənova Dilşad Yunis qızı ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytanlması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000012213 saylı kredit razılaşması üzrə 1296.45 manat məbləğində kredit borcu, 179.49 manat məbləğində faiz borcu və 228.17 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1704 (min yeddi yüz dörd) manat 11 (on bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37.05 manat məbləğində dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 29 dekabr 2012-ci il tarixli 01L000003473 №li Kredit müqaviləsi üzrə №01R000012213 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Həsənova Dilşad Yunis qızına aylıq 2.3333% olmaqla 24 ay müddətinə 4500 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarında olan 29 dekabr 2012-ci il tarixli 01S000006443, 01S000010116 və 01S00006444 №li zaminlik müqavilələrindən görünür ki, 29 dekabr 2012-cu il tarixdə bağlanmış 29 dekabr 2012-ci il tarixli 01L000003473 №li Kredit müqaviləsi üzrə №01R000012213 saylı “Kredit Razılaşması” üzrə borclu X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Bu müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 15.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, Həsənova Dilşad Yunis qızı 05.02.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 12.10.2021-ci il tarixli 08 №li maliyyə arayışından görünür ki, borclu Həsənova Dilşad Yunis qızının 14.01.2014-cü il tarixli 01R000012213 saylı kredit razılaşması üzrə 12.10.2021-ci il tarixinə ödənilməmiş əsas borcu 1296,45 manat, faizlər üzrə 179,49 manat və cərimə üzrə isə 228,17 manat, cəmi 1704,11 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 26.08.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İmanov X5 MR, Naxçıvan şəhəri, Atatürk ev 45-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 26.08.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 Sumqayıt şəhəri, X6 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 6, mənzil 33-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 26.08.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İmanov X7 rayonu, Səhləbad ərazi dairəsi, Səhləbad kəndi, 057 nömrəli H\H-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. X8 Yunis qızının qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zaminlərdən tələb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçının cavabdehlərdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə qismən sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi” üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz özərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri və cavabdehlərin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01R000012213 saylı kredit razılaşması üzrə 1296 (bir min iki yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində kredit borcu, 179 (bir yüz yetmiş doqquz) manat 49 (qırx doqquz) qəpik məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1485 (bir min dörd yüz səksən beş) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 467,470, 472 739–cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01R000012213 saylı kredit razılaşması üzrə 1296 (bir min iki yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində kredit borcu, 179 (bir yüz yetmiş doqquz) manat 49 (qırx doqquz) qəpik məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1485 (bir min dörd yüz səksən beş) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-815/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-815/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver