Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-82/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və cavabdeh “Buta Aqro” şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh “Buta Aqro” şirkətinə qarşı «vurulmuş zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Buta Aqro” şirkətində 140000 (yüz qırx min) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Diyallı kənd ərazisində yerləşən 2.83 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışına əsasən ** Xİ ***8-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Diametri 7 sm uzunluğu 2 metr 50-60 sm qazma işlərində istifadə olunan divarları qalın cəmi 276 ədəd turbalar basdıraraq ara məsafələri 12- 15 sm olmaqla tikanlı məftillərlə həmin torpaq sahəsi çəpərlənmişdir. Həmin çəpər “BUTA” AQRO şirkətinin əməkdaşları Tural (mob tel: ***-***-**-**) və tanımadığı digər şəxslər tərəfindən gizli yolla talanaraq oğurlanlıbdır. Çəpərin turbaları və tikanlı məftilləri Diyallı kənd sakini Çingizin idarə etdiyi traktora yükləyərək, ona məlum olmayan istiqamətə aparıblar. Çingizlə əlaqə saxlamış, o, bildirib ki, turbaların cuzi miqdarını onun qapısına töküblər. Qalan əksər qismini isə Tural və Samir adlanan şəxslər hara apardıqlarını bilməyibdir. Hazırda həmin turbaların , tikanlı məftillərin bazar qiyməti, eləcə də çəpərin çəkilməsi 15 min manatdan artıq edir. 2019-cu ilin yaz mövsümündə həmin torpaq sahəsi, ondan xəbərsiz və gizlincə “BUTA” şirkəti tərəfindən şumlanaraq kartof səpilərək payız mövsümündə yığılıbdır. 2020-ci ildə həmin torpaq sahəsinə onun razılığı ilə İsmayıllı rayon sakini Dəmirov Akif tərəfindən taxıl əkilibdir. 2021-ci ilin aprel ayının əvvəllərində bir kq 75 qəpikdən ibarət 9 ton 600 kq kartof toxumu alaraq səpmək üçün həmin torpaq sahəsinə gəlmişdir. Lakin yenə də “BUTA” şirkətinin əməkdaşları tərəfindən torpaq sahəsinin şumlanaraq, kartof səpildiyini görmüşdür. Onlara bildirdi ki, bu nə özbaşnalıqdır, kim icazə verib, nə əsasında başqasının yerini özbaşınıza istifadə edirlər. Onlardan aldığı cavabın məzmunu isə bu oldu: Sən bilirsən ki, “BUTA” şirkəti kimə məxsusdur, get kimə şikayət edirsən et, bizə heçnə edə bilməzsən.” Məcbur olub aldığı kartof toxumunu İsmayıllı şəhərində avtovağzalın yanında olan keçmiş kəlağayı sexinin anbarına boşaltmışdır. Alıcı axtarmağıma baxmayaraq tapa bilməmişdir. Məcbur olub, Tovuz və Gədəbəy rayonlarına aparmış, lakin əkin-səpin mövsümü başa çatdığından sata bilməmişdir. Toxum göyərərək istifadə üçün tam yararsız hala düşmüşdür. Beləliklə də 8.300 manat ziyana düşmüşdür. “BUTA” şirkətinin əməkdaşı Tural adlı şəxslə əlaqə saxlamışdır. O, da ona bildirdi ki, şirkətin məsul işçisi X5 bu barədə məlumat vermişdir. Onlar ancaq onun göstərişlərini yerinə yetirirlər. Quliyev Bəşirlə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Onların bu qanunsuz hərəkətləri barədə məlumat vermiş və ona vurulan zərərin ödənilməsini tələb etmişdir. O, da Bakıda onunla şirkətdə görüşməyini məsləhət bildirdi. Nəhayət onunla Bakı şəhərində yaşadığı mənzildə görüşmüşdür. Qeyd etdiklərini ona bildirmişdir. O, da özünü ona məxsus torpağın mülkiyyətçisi kimi apararaq bildirdi ki, 1 ha torpağa illik 400 manat icarə haqqı verir, istəyirsən budur istəmirsəndə budur. Get kimə şikayət edirsən et. O, bununlada tabeliyində olan şəxslərin yuxarıda qeyd olunan hərəkətlərinə bəraət verərək ona onların vurduqları zərərdən imtina edibdir. X1 və onun tabeliyində olan işçilər tərəfindən mülkiyyət hüququnun kobud surətdə pozulmasına dair aidiyyatı orqanlarına müraciət etmişdir. Bu müraciətlər əsasında İsmayılı rayon Polis şöbəsi tərəfindən araşdırmalar aparılıb. Tərəfindən təqdim edilən zəruri dəlillər və sübutlara hüquqi qiymət verilməmiş, uzun müddət süründürməçiliyə yol verilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İstintaq aparan, Polis əməkdaşı ilə söhbət etmişdir. Bildirib ki, qarşımzdakı “BUTA” şirkətidir. Heç nə edə bilmirlər. Bununlada mülkiyyət hüququnun pozulmasından uzun müddət keçməsinə baxmayaraq pozulmuş hüququnun bərpasına və ona vurulmuş ziyanın ödənilməsinə nail ola bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. “BUTA” şirkətinin əməkdaşlarının qeyri-qanuni əməlləri nəticəsində ona xüsusilə külli miqdarda ziyan vurulmuşdur. Belə ki, bu şirkətin Əməkdaşları tərəfindən ona vurulan ziyanın qiymətini 140.000 manat məbləğində hesab edir. Qeyd etdiyi kimi uzunluğu 2 metr 60 sm 76 mm turbanın bir metrinin bazar qiyməti 15-16 manat təşkil edir. Yəni bir ədəd 2 m 76 mm turbanın bazar qiyməti 15 manatdan 4 manat 14 qəpik təşkil edir. Həmin ölçüdə 276 ədəd turbaların bazar qiyməti 12,226 ( on iki min iki yüz 26 manat) manat təşkil edir. Tikanlı məftillərin qiyməti isə 3 manat təşkil edir. Yəni tikanlı məftillərlə birlikdə 15,226 manatdır. Hazırda həmin ərazinin yenidən çəpərlənməsi üçün fəhlə isə 4 min manat məbləğində pul tələb edirlər. Turbaların basdırılması üçün bir ədəd quyunun 50-60 sm dərinliyində qazılması üçün 5 manat pul tələb edirlər. Beləliklədə tək çəpərə görə ona 19 min manatdan artıq ziyan vurublar. Tovuz rayounundan bir kiloqramını 75 qəpikdən aldığı 9 ton 600 kq kartof toxumuna 6 min 750 manat pul vermişdir. 300 manat verərək qeyd etdiyi ünvana gətirərək, boşaltmasına 60 manat pul vermişdir. Yenidən 60 manat pul verərək "xxxx" MMC-nin balansında olan **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək daşıma haqqı 250 manat verməklə Tovuz rayonuna gətirmişdir. Boşaltmağa 60 manat verərək, toxumu aldığı Sakit adlı şəxsin həyətinə boşaltmışdır ki, bəlkə sata bilər. Lakin kartof səpin mövsümü başa çatdığından sata bilməmişdir. Göyərərək istifadəyə yararsız vəziyyətə düşübdür. Bu xərcləridə nəzərə alsaq kartof toxumuna 8.230 manat məbləğində pul xərcləmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin də yerləşdiyi ərazidən 1 hektar 30-35 ton miqdarında məhsul verir. 1 hektar yerə toxumun səpilməsi aqrotexnik qaydalara riayət etməklə (sulanması, kultivizasiyası, dərmanlanması və s.) 6 min manat civarında pul tutur. Bu da 3 hektara şamil edildikdə 18 min manat məbləğində pul təşkil edir. Yerli məhsul kartofun bir kq-nın qiyməti bir manat, 1 manat 50 qəpiyə qədərdir. 3 hektar isə 80-85 ton civarında kartof məhsulu verir. Bu 80-85 ton kartof təxminən 15 tonuna qədər kiçik ölçülü toxum üçün kartof təşkil edir. Yerdə qalan 60-65 ton kartof iri ölçüdə olduğundan və bazarda böyük tələbat olduğundan 1 kq-ın qiyməti 1,20-dən 1,50dək təşkil edir. Kiçik ölçüdə olan kartofun qiyməti isə 70 qəpik təşkil edir. Əgər 60-65 ton kartofun 1 kq-ı bazar qiyməti 1 manatdan 10-15 ton kiçik ölçüdə kartofun isə bazar qiyməti 1 kq-ı 70 qəpik təşkil edərsə bir ildə 3 hektardan 70 min manatadək məhsul götürülür. Bu məbləğdən, səpin və əksinə çəkilən 18-20 manatı çıxdıqda yerdə 50-55 min manat xalis gəlir qalır. Deməli ildə 3 hektardan götürülən xalis gəlir 50-55 manat təşkil edərsə 2 ildə isə 100-110 manat xalis gəlir əldə etmiş olurlar. Göstərdiyi ziyanı da bunun üstünə gəlsə, “BUTA” şirkətinin əməkdaşları tərəfindən ona 140.000 manat məbləğində ziyan vurulubdur. Beləliklə də “BUTA” şirkətinin əməkdaşlarının xüsusi mülkiyyətində olan 2.83 ha torpaq sahəsindən öz bildikləri kimi istifadə etmələri sərəncam vermələri gizli yolla, çəpərin söküb talanmaları öz başına əkib becərmələri götürdükləri məhsulu mənimsəmələri xüsusi mülkiyyətində olmasına baxmayaraq 10 tona yaxın kartof toxumunun səpilməsinə imkan verməmələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına Dövlətlərinin təməl prinsiplərinə ziddir və haylarıdır. Belə ki, Azərbaycan Respubliası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan dövləti demokratik hüquqi, dünyəvi unitar Respublikadır. “BUTA” şirkətinin bu qanunsuz əməlləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan məhrum olunmuşdur. Qeyd edilən şirkətin əməkdaşlarının bu əməlləri ilə ona vurulan zərər qanundan əmələ gələn öhdəliklərə aid olmadığından Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsindən nəzərdə tutulan əsassız varlanma anlayışına aid deyildir. Şirkətin əməkdaşları tərəfindən ona vurulan zərər Azərbaycan Respublikası MM-nin 9-cu bölməsində nəzərdə tutulan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aiddir. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqda və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gələrib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir. Hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1099 1-ci maddəsində göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 21.1- ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda müqavilədə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əlavə olaraq bildirir ki, az da olsa onun da Ordu quruculuğunda əməyi vardır. 1-ci Qarabağ Müharibəsində doğma əmisi oğlu X10 şəhid olubdur. Doğma bacısı oğlu X7 2-ci qrup əlil olubdur. Doğma oğlu Allahyarov Kənan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının və eləcə də Şuşa şəhərinin düşmən tapdağından azad olunmasında tam iştirak etməklə 2 ildən artıq hərbi xidmətdə olubdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə medallarla təltif olunubdur. Bununla göstərmək istəyir ki, Dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılmasında onlarında canı, qanı və tərləri vardır. Aidiyyatı orqanlara müraciətinə baxmayaraq yuxarıda qeyd olunan fakt və hallara biganə yanaşılıb, elə bilki həmin torpaq sahəsinin mülkiyyətçisi o, yox AQRO “BUTA” şirkətinin əməkdaşlarıdır. 2016-cı ilin yay ayından “himfoma” diaqnozulu bəd xərçəng xəstəliyindən əziyyət çəkir. Artıq xüsusi mülkiyyətində olan torpaq sahəsin marağı itdiyindən satışa çıxarmışdır. Həmin sahədən özü bildiyi kimi istifadə etməyi qeyri mümkündür. Kənar şəxslər imkan vermir. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh “Buta Aqro” şirkətinin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilən məsələlərin Cavabdeh MMC ilə heç bir aidiyyəti yoxdur. Cavabdeh MMC-nin həm hüquqi, həm faktiki ünvanı Sumqayıt şəhərində olmuşdur, nə Bakıda, nə də İsmayıllada Cavabdeh MMC-nin heç bir filial, nümayəndəliyi və ya hər hansı başqa bir struktur bölməsi fəaliyyət göstərməmişdir. Həmçinin bildirmək istəyir ki, iddia ərizəsində qeyd edilən şəxslər – X8 və X6 Cavabdeh MMC-nin heç vaxt əməkdaşı olmayıblar. İddia ərizəsində qeyd edilən şəxs – X9 da Cavabdeh MMC-nin direktoru deyildir. Belə ki, Cavabdeh MMC-nin direktoru X3r. Bununla bağlı Dövlət Vergi Xidmətinin saytından çıxarış etiraza əlavə edilir. Qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi məqamları heç bir sübutla təsdiq edilməsinə nail olmamış, eyni zamanda qeyd etdiyi məqamların "xxxx" MMC ilə bağlılığını heç bir əsasla sübut edə bilməmişdir. Hesab edir ki, iş üzrə cavabdeh tərəf düzgün qeyd edilməmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı 140 000,00 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 2,8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan "xxxx"MMC-nin sorğuya cavabından görünür ki, tərəflərindən "xxxx" MMC-nin ünvanına ünvanına 07 aprel 2021-ci il tarixdə 9 ton kartofun İsmayıllı rayonundan Şəmkir rayonuna daşınılması ilə bağlı sifariş daxil olmuş və xidmətin icrası ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İbrahim Məmmədov tərəfindən müvəffəqiyyətlə icra edilmişdir. İşə əlavə olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, 2 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı ərizə ilə İsmayıllı müraciət edərək bildirmişdir ki, “Buta” adlanan şirkətin Tural və Samir adlı işçiləri özbaşına ona məxsus İsmayıllı rayonunun Diyallı kəndində yerləşən 2,83 ha torpaq sahəsində çəkdiyi çəpərləri sökərək həmin ərazidə 2 il əkin işləri aparmışlar. Həmin şəxslər söz versələr də, ona vurduqları maddi ziyanı bu günə kimi ödəməmişlər və buna görə də həmin şəxslər barəsində qanuni tədbir görülməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna “X4 İnstitutu” publik şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəydən görünür ki, ümumilikdə texnoloji xəritəyə görə 3 ha torpaq sahəsində kartofun səpilməsinə texniki xidmətin göstərilməsi və məhsulun yığılmasına çəkilən xərc orta hesabla 37071 manatdır. Bu sahədən alınan 75 ton məhsulun bir hissəsinin ərzaqlıq, bir hissəsinin toxumluq, bir hissəsinin isə yem kimi istifadə oluna biləcəyini və hər 1 kq-nın orta satış qiymətinin həmin dövr üçün 0,70 man olduğunu nəzərə alsaq, 3 ha-dan ümumi gəlirin 52500 manat, xalis gəlirin isə 15429 manat ola biləcəyi məlum olur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8448 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayon Diyallı kənd ərazisində yerləşən mülki iş materiallarında və qərardadda göstərilən qeyd olunan materiallar istifadə etməklə (qara işlərdə nəzərə alınmaqla, yeni materialların daşınması, turbaların rənglənməi, quyuların qazılması, turbaların basdırılması, sement, qum palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, turbaların basdırılması, sement, qum, palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, tikanlı məftillərin turbalara birləşdirilməsi, qapının qoyulması) həmin torpaq sahəsinin çəpərlənməsi üçün yerinə yetirilməli müxtəlif növ tikinti təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20434 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan İddiaçı təsərrüfatında 2,8 hektar ərazidə kartof yetişdirilməsi Biznes Planından görünür ki, 2,8 hektar ərazidə kartof yetişdirilməsi üçün əldə olunacaq məhsulun ümumi olaraq əmtəəlik kartofun gəliri-54000 manat, xalis gəlir 30938 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Bundan əlavə iddiaçı cavabdehdən 140000 manat maddi zərərin dəydiyini və cavabdehdən həmin pulu tələb etsə də, məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, torpaq sahəsinin çəpərlənməsi üçün yerinə yetirilməli müxtəlif növ tikinti təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20434 manat müəyyən edilir ki, məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Belə ki, xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından müəyyən edilir ki, şahid qismində dindirilən “Buta” adlanan şirkətin Tural və Samir adlı işçiləri sözü gedən torpaq sahəsində olan müxtəlif növ tikinti materiallar cavabdehin göstərişinə əsasən sökmüşlər. Məhkəmə iddia tələbinin qalan hissədə təmin etmir. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsində əkin biçin edəcəyi halda müəyyən qazanc əldə edəcəyini və həmin gəlirin cavabdeh cəmiyyət tərəfindən müəyyən maneələr yaradıldığını əsas tutaraq ona ziyan dəyməsini bildirsədə bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərli 100 (bir yüz) manat cavabdeh “Buta Aqro” şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Buta Aqro” şirkətindən 20434 (iyirmi min dörd yüz otuz dörd) manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Buta Aqro” şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-82/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-82/2024
22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver