Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8208/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" X4 Bank Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X4 Bank Kredit Təşkilatı (bundan sonra mətndə "xxxx" MM QBKT) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X7 oğlu və Cavabdeh2 müştərək qaydada ******* saylı kredit müqaviləsi üzrə borcun məbləği 2877,16 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 2877,16 manat, ******* saylı kredit müqaviləsi üzrə, borcun 1841,61 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat, olmaqla cəmi 1841,61 manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" X4 Bank Kredit Təşkilatının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmçinin, eyni tarixli, ******* saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 23.77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 manat və 133 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfləri olmuşdur. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, X7 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 17.12.2015-ci il tarixli, ******* saylı saylı kredit müqaviləsi 19.04.2016-ci il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, **********2221 hesab üzrə əsas borc 3791.75 manat, faiz 0,00 manat, cərimə 0,00 manat və **********6302 hesab üzrə əsas borc 2427.02 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Beləliklə, 03 sentyabr 2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 17.12.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcun məbləği 2877.16 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 2877.16 (iki min səkkiz yüz yetmiş yeddi manat, on altı qəpik) manat təşkil edir. Eyni tarixə olan Maliyyə arayışına əsasən 17.12.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə, borcun məbləği 1841.61 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1841.61 (min səkkiz yüz qırx bir manat, altmış bir qəpik) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, X7 oğlu və Cavabdeh2 müştərək qaydada ******* saylı kredit müqaviləsi üzrə borcun məbləği 2877,16 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 2877,16 manat, ******* saylı kredit müqaviləsi üzrə, borcun 1841,61 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat, olmaqla cəmi 1841,61 manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, cavabdeh Emin Şıxməmmədova bank qarşısında öhdəlik olaraq zamin dursa da, həmin şəxsi tanımır. Belə ki, o, Eminin qardaşı ilə yaxın dost münasibətində olduqları üçün Eminin qardaşı zamin durmağı ondan xahiş etmiş və ödənişlərlə bağlı heç bir gecikmələr olmayacağına onu inandırmışdır. Hazırda, iddia tələbini qəbul etmir. Belə ki, kredit götürən Emindir və həmin məbləğdə ondan tələb olunmalıdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh X7 oğlu qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh X7 oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən "xxxx" X4 Bank Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 17 dekabr 2015-ci il tarixdə bağlanmış № ******* saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 23.77% olmaqla 2500 ABŞ dolları və 2500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcverən 2500 manat məbləğində pulu 24 ay müddətinə illik 23.77% ödəmək şərti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. 17.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə "xxxx" X4 Bank Kredit Təşkilatı arasında 17 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 17 dekabr 2015-ci il ******* saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan 17.12.2015-ci il tarixli, ******* saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 19.04.2016-cı il tarixli Sazişdən görünür ki, "xxxx" X4-Bank Kredit Təşkilatı ilə X7 oğlu və İsmayılov Salman Canpolad oğlu arasında olan razışlamaya əsasən kredit alanın Kredit müqaviləsi üzrə olan öhdəliklərinin “Cədvəl 1”də əks edilən və ABŞ dollarında ifadə olunan hissəsi üzrə Kredit Verənə əsas borcu 2500 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları, cərimə borcu isə 0 ABŞ dolları təşkil edir. Tərəflər Sazişin 1-ci maddəsində göstərilən qalıq borcu, 3791,75 manat məbləğində qəbul edirlər. Bu sazişin 1.1-ci maddəsində göstərilən məbləğ 36 ay müddətində tamamilə ödənləcəkdir. Tərəflər Sazişin 2-ci maddəsində göstərilən qalıq borcu, 2427,02 manat məbləğində qəbul edirlər. Bu Sazişin 2.1-ci maddəsində göstərilən məbləğ 24 ay müddətində tamamilə ödəniləcəkdir. İş materiallarında olan "xxxx" X4 Bank Kredit Təşkilatı tərəfindən verilmiş 03.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, X8 oğluna 19.04.2016-cı il tarixli № ******* saylı kredit müqaviləsi üzrə 03.09.2021-ci il tarixinə əsas borc üzrə 1841 (bir min səkkiz yüz qırx bir) manat 61 (altmış bir) qəpik, faiz borcuna görə 0.00 (sıfır) manat, cərimə borcuna görə 0.00 (sıfır) manat, 2877 (iki mi səkkiz yüz yetmiş yeddi) manat 16 (on altı) qəpik məbləğində borc təşkil edir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 132/16, mənzil 62-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3, mənzil 26da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 1965 manat, kredit müqaviləsinə əsasən hesablanmış 445 manat faiz borcu üzrə edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri və nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******* saylı kredit müqaviləsi üzrə borcun məbləği 2877 (iki min səkkiz yüz yetmiş yeddi) manat 16 (on altı) qəpik manat əsas, ******* saylı kredit müqaviləsi üzrə, borcun 1841 (bir min səkkiz yüz qırx bir) manat 61 (altmış bir) qəpik məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******* saylı kredit müqaviləsi üzrə borcun məbləği 2877 (iki min səkkiz yüz yetmiş yeddi) manat 16 (on altı) qəpik manat əsas, ******* saylı kredit müqaviləsi üzrə, borcun 1841 (bir min səkkiz yüz qırx bir) manat 61 (altmış bir) qəpik məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMQBKT-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8208/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8208/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver