Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8290/2021 24.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4 Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 60000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1984-cü ildə Ağdaş rayonu, Hapıtılı kəndində anadan olmuşdur. ünvan 1 ünvanda da yaşayır. Cavabdeh onun ögey anasıdır. Qeyd edir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsində yerləşən 10 mərtəbəli evin 9-cu mərtəbəsində yerləşən 166 saylı mənzil 10 may 2007-ci il tarixü 28 saylı müqavilə əsasında ona məxsus olmuşdur. O, həmin evə görə 3082 manat məbləğində pul ödəmişdir. 2017-ci ildə o həmin mənzilə sair müqavilənin anasının adına dəyişdirilməsinə razılıq vermişdir. Belə ki, həmin vaxt ailəsi ilə münaqişəsi olmuşdur. Ona görə də müqavilənin anasının adına dəyişdirilməsinə razılıq vermişdir ki, həyat yoldaşı mənzilə dair heç bir mübahisə yaratmasın və həmin mənzilə dair ondan heç nə tələb etməsin. Bütün bunlardan cavabdeh isifadə edərək, mənzili öz adına keçirmiş və 60000 manata satmışdır. Lakin mənzilin pulunu ona verməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 60000 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Çünki həmin mənzil ona məxsus olub, o formal olaraq müqaviləni anasının adına dəyişdirmişdir. Mənzilə dair bütün ödənişlər onun tərəfindən ödənilib. Bu barədə bütün qəbzlər ondadır və ödəniş qəbzləri onun adınadır. Lakin anası onun etibarından sui-istifadə edərək, ona məxsus mənzili öz adına özəlləşdirib satmış, pulunu mənimsəmişdir. Həmçinin cavabdeh mənzili satdıqdan sonra həmin pula qardaşı Mətləb Rəşidovun adına ev almışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, hazırkı iddianı aşağıdakılara əsasən əsassız hesab edir: Belə ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, güya öz vəsaiti ilə aldığı MTK-ya məxsus mənzili ailəsində münaqişə olduğu və həyat yoldaşının da həmin mənzildən pay tələb etmək təhlükəsi olduğu üçün anasının-yəni cavabdehin adına keçirmiş, sonradan isə anası həmin mənzili öz mülkiyyətinə keçirərərək satmışdır və həmin satışdan əldə edilmiş 60.000 manatın onun mülkiyyəti olduğunu əsas gətirərək, həmin məbləğin anasından alınıb ona verilməsini xahiş etmişdir. Əslində isə həmin mənzil Cavabdeh və həyat yoldaşının vəsaiti hesabına alınmışdır. İddiaçı bunu məhkəmə prosesində də etiraf etmişdir və bildirmişdir ki, guya bu mənzili cavabdeh atası ilə ona almışdır. İddiaçı həmin ərəfələrdə heç yerdə işləməmiş və hər hansı bir vəsaiti olmamışdır. Həmin vaxt cavabdeh və həyat yoldaşı Rusiyada alver edərək pul qazanmış, həmin pulla iddiaçını böyüdüb toy etmiş ,cehizini vermiş və maşın da almışlar. Həmin bu mübahisəli mənzilin pulunu da şəxsən cavabdeh öz qazancı ilə öz adından bank vasitəsilə iddiaçıya göndərmiş və müqaviləni də onun adına ona görə bağlamışdır ki, onlar Rusiyada olduqları üçün ödənişləri o etsin. Gələcəkdə onlar Rusiya vətəndaşlığını qəbul etməyə hazırlaşırdılar, bu məqsədlə hətta formal olaraq da ayrılmışdılar ki, hər biri Rusiyada nikaha daxil olaraq Rusiya vətəndaşlığı alsınlar, gələcəkdə Rusiya vətəndaşı üçün bu mənzili mülkiyyətə keçirmək və ya satmaqda problemlər yarana bilməsi, eləcə də yüksək rüsumlar ödəmək ehtimallarını da nəzərə almışlar. Sonradan həyat yoldaşı rəhmətə gedəndən sonra birgə nigah dövründə əldə etdikləri mənzili iddiaçının adına keçirtmiş, iddiaçı da könüllü olaraq MTK-da faktiki olaraq cavabdehə məxsus olan mənzilin onun adına keçirilməsi üçün MTK-ya ərizə verərək öz pay hüququndan imtina etmiş və mənzilin cavabdehin adına keçirilməsi barədə ərizə vermişdir. Həmin mənzilə dair cavabdehin adına müqavilə imzalanmış, maliyyə arayışı verilmiş və o mənzili öz mülkiyyəti kimi qeydə aldırmışdır. Mənzilə mülkiyyət hüququna dair ona çıxarış verilmişdir. Sonradan isə həmin mənzili satmışdır. İşin bu hallarından görünür ki, mənzilin mülkiyyətçisi cavabdeh olmuşdur. Hazırda iddiaçının bu mənzilə dair hər hansı bir mülkiyyət hüququ yoxdur və olmamışdır da. Bu halda iddiaçı ondan bu mənzilin satışından əldə edilmiş vəsaiti tələb etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı ididiasını əsaslandırmaq üçün AR MM-nin 157.2-ci maddəsinə istinad etmişdir. Onun bu maddi normaya istinad etməsi də əsassızdır. Belə ki, AR MM-nin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Bu işin hallarından və iş materiallarından da görünür ki, bu iddia ilə iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaiti onun mülkiyyəti deyildir və olmamışdır. Həmin vəsait cavabdehin mülkiyyətində olan mənzilin satışından əldə edilmiş pul vəsaitidir və iddiaçının həmin pul vəsaitinə dair hər hansı bir hüquqları mövcud deyildir. Belə olan halda hazırkı iddia əsassızdır və rədd edilməlidir. İddiaçı iddiasını əsaslandırmaq üçün iddia ərizəsində həm də AR MM-nin 385.1. maddəsinə istinad etmişdir. İddiaçının bu dəlili də əsassızdır. Belə ki, AR MM-nin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir. İşin hallarından da görünür ki, iddiaçı ilə cavabdehin arasında heç bir öhdəlik münasibətləri olmamış, aralarında öhdəliyin yaranmasına səbəb ola biləcək hər hansı müqavilə mövcud deyildir və cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Belə olan halda iddiaçının öhdəliyə dair maddi normaya istinad edərək cavabdehdən pul tələb etməsi əsassızdır. Ona görə də belə hesab edir ki, iddiaçının iddiası əsasızdır, onun cavabdehin mülkiyyətində olan mənzilin satışından əldə edilmiş pul vəsaitinə dair hər hansı hüququ mövcud deyildir və belə olan halda onun hazırkı iddianı verməyə subyektiv hüququ yoxdur. Etirazda şərh olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15.12.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr, bina 11A, 166 saylı mənzil 10.02.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan AN-İ 927739 nömrəli, 11.03.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr, bina 11A, 166 saylı mənzili Cavabdeh alqı-satqı müqaviləsi əsasında X1. İş materiallarına əlavə edilmiş daşınmaz əmlaka dair məlumatın verilməsi barədə məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 166 nömrəli mənzilin hüquqi rejiminə dair məlumatın verilməsi barədə məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış və bununla bağlı bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən 166 nömrəli mənzil Sumqayıt şəhəri "xxxx" MTK-nın 25.12.2017-ci il tarixli, 28 nömrəli protokolundan çıxarışı və 02.02.2021-ci il tarixli, 133 saylı maliyyə arayışı əsasında Cavabdeh adına qeydiyyata alınmış və 10.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN” Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 11.03.2021-ci il tarixli, 4Ə-448 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X2 müİkiyyət hüququ qeydiyyata alınmış və 30.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin məhkəmə iclasında araşdırılan halları və iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini əsaslandıra bilməmişdir. İddiaçı iddia tələbini yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 VƏ 385.1-ci maddələri ilə əsaslandırmışdır. Halbuki, həmin maddələrə əsasən (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi) mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsi) öhdəliyə əsasən bir şəxs(borclu)başqa şəxsin(kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir. Lakin iddiaçı öz əmlakının cavabdehin qanunsuz sahibliyində olması və Cavabdeh ona 60000 manat məbləğində pul ödəməsi öhdəliyinin olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-8290/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8290/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver