Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8331/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Vəliyeva (Əzizova) Sona Vidadi qızına qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdeh Vəliyeva (Əzizova) Sona Vidadi qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vəliyeva (Əzizova) Sona Vidadi qızından İddiaçı ASC-nin xeyrinə 07 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 171,51 manat əsas borc, 53,79 manat faiz borcu, 112,97 manat cərimə borcu və kredit müqaviləsi üzrə 07.04.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 1,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 339,67 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Vəliyeva (Əzizova) Sona Vidadi qızı 07 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1699 manat kredit götürmüşdür. "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 15 aprel 2019-cu il tarixli hüquqların ötürülməsi barədə 558 №-li sazişə əsasən Vəliyeva (Əzizova) Sona Vidadi qızı ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10 sentyabr 2021-ci il tarixədək Vəliyeva (Əzizova) Sona Vidadi qızının banka 07 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 171,51 manat əsas borc, 53,79 manat faiz borcu, 112,97 manat cərimə borcu, kredit müqaviləsi üzrə 07.04.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,4 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə 339,67 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" Bank olmayan Kredit təşkilatı MMC ilə Vəliyeva (Əzizova) Sona Vidadi qızı arasında bağlanmış 07 aprel 2019-cu il tarixli №8-0***-******* saylı kredit müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 35 faiz ödənilməsi şərti ilə 1699 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 07.04.2019-cu il tarixli Ödəmə tapşırığından görünür ki, 1699 manat pul (Əzizova) Sona Vidadi qızı tərəfindən qəbul edilmişdir. Maliyyə arayışından görünür ki, Vəliyeva (Əzizova) Sona Vidadi qızının 10 sentyabr 2021-ci il tarixə 171,51 manat əsas, 53,79 manat faiz, 112,97 manat cərimə, gecikdirilmiş müddətə görə illik 5(beş) faizlə hesablanmış 1,4 manat, cəmi 339,67 manat borcu vardır. Tələbetmə hüququnun güzəşt edilməsinə dair 10 may 2018-ci il tarixli müqaviləyə Hüquqların Ötürülməsi Barədə 15 aprel 2019-cu il tarixli Sazişdən görünür ki, Vəliyeva borclu (Əzizova) Sona Vidadi qızına qarşı bütün tələbetmə hüquqlarını hüquqsahibi "xxxx" Bank olmayan Kredit təşkilatı MMC hüquq əldə edən "xxxx" ASC-nə ötürmüşdür. Xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "FİNtrend” Bank olmayan Kredit təşkilatı MMC ilə Vəliyeva (Əzizova) Sona Vidadi qızı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Borcluya qarşı tələbetmə hüququ kreditor tərəfindən "xxxx" ASC-nə ötürülmüş, hazırda iddiaçı həmin əsasdan çıxış edərək borcun qaytarılmasını tələb edir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739, 462-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 112,97 manat məbləğində dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üsün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə şərh olunan hüqun normalarına istinadən hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 06 (30%) manatı iddiaçıya aid edilməli, 14 (70%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Vəliyeva(Əzizova) Sona Vidadi qızından 171,51 manat əsas, 53,79 manat faiz, 10 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1,40 manat, cəmi 236,7 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Vəliyeva(Əzizova) Sona Vidadi qızından 171,51 manat əsas, 53,79 manat faiz, 10 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1,40 manat, cəmi 236,7 (iki yüz otuz altı manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8331/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8331/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver