Məhkəmə qərarları › İş №2(060)-8338/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8338/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8338/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Seyidov Amar Əlövsət oğlunun Cavabdeh Güloğlan oğluna qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh Güloğlan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Güloğlan oğlundan onun xeyrinə 21 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6500 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı Seyidov Amar Əlövsət oğlu Cavabdeh Güloğlan oğluna qarşı hazırki iddia ərizəsini Sumqayıt şəhər Məhkəməsinə verərək, cavabdehin ünvan 1 ünvanında yaşadığını göstərmişdir. Lakin Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinə dair elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Güloğlan oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. Belə olan halda hazırki iddia ərizəsinə aidiyyəti üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsində (ünvan: AZ-1138, ünvan 4PM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı ərazi aidiyyəti qaydalarına uyğun müvafiq məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə qeyd edir ki, iddia ərizəsinin giriş hissəsində cavabdehin Cavabdeh olduğu qeyd edilsə də, xahiş hissəsində pulun Cavabdeh Güloğlan oğlundan tutulması xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Seyidov Amar Əlövsət oğlunun Cavabdeh Güloğlan oğluna qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar