Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8365/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2667.15 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barə də qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdehin iddiaçı "xxxx" MMC-yə 2020-ci ilin yanvar ayından 2020- ci ilin iyul ayına qədər yığılıb qalan 2.667,15 manat borcu vardır. Həmin borc onun iddiaçıdan götürüb müxtəlif obyektlərə payladığı alkoqolsuz «Best» laqolu limonat içkilərinə görə yaranmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, cavabdeh özbaşnalıq edərək həmin məhsulları bır neçə ticarət və iaşə obyektlərinə nisyə paylamış, sonra onlardan pulları yığaraq mənimsəmiş, iddiaçıya isə yalan söyləyərək guya pulları yığmadığını bildirmişdir. Cavabdehin borcunun məbləği ilə əlaqədar Akt tərtib olunmuş və həmin Akta əsasən cavabdehin 2.667,15 manat borcunun olduğu müəyyən olunmuş və cavabdeh özü də bu Akta imza etmişdir. Borcun qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə müraciətlər olunsa da və o, hər dəfə borcunu tezliklə ödəyəcəyini bildirsə də, bunun xeyiri olmamışdır. Cavabdehin borcunu qaytarmaq niyyətində olmadığına əmin olduqları üçün məcbur olub məhkəməyə müraciət etmişlər. Cavabdehin bu hərəkəti nəticəsində onlara maddi zərər dəymişdir. Cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, onlara məxsus pulu mənimsəməkdə davam edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iş materiallarına əlavə edilən aktdaki imza ona məxsusdur, lakin iddia məbləği şişirdilmişdir. Belə ki, onun iddiaçıya o qədər borcu yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.08.2020-ci il tarixli aktda qeyd olunur ki, 16.08.2020-ci ilədək müştərilərin borcları yoxlanıb təsdiq edilərkən, Cavabdeh müştərilərində 2.667,15 manat məbləğində çatışmamazlıq var. Qeyd olunan məbləğin əksik olmasını cavabdeh etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş bu xərc Cavabdeh oğluna aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan 2667.15 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMCnin xeyrinə ödənilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 2667.15 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-8365/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8365/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver