Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-838/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış-istifadə hüquqununun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış-istifadə hüquqununun tanınması” tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilə yaşayış-istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla xx xxx 1979-cu il tarixli, 21/251 saylı order əsasında kirayəçi Cavabdeh4 İsmayıl oğlunun adına verilmişdir. Cavabdeh4 İsmayıl oğlu xx xxxxxx 1992-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda cavabdehlər həmin evdə qeydiyyatadırlar. O, xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduğu vaxtdan etibarən sözü gedən evdə yaşayır. Bu faktı qonşuların iştirakı ilə tərtib edilmiş akt da təsdiq edir. Lakin mənzildə yaşayış yeri üzrə qeydiyyatda deyil. Halbuki gəlin gəldiyi vaxtdan etibarən sözü gedən mənzildə yaşayır, ailə üzvü olaraq birgə təsərrüfat idarə edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi və onun ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilə yaşayış-istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini və məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini, işləri ilə əlaqədar məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan 21/251 saylı, xx xxx 1979-cu il tarixli orderin təsdiq edilmiş suröətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil 6 nəfər ailə üzvü ilə Cavabdeh4 İsmayıl oğlunun istifadəsinə verilmişdir. İş materiallarında olan İV-JQ № 310586 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 İsmayıl oğlu xx xxxxxx 1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ İİ 296452 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 ilə Cavabdeh2 xx xxxxxxx 2018-ci il tarixdə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı MİS-dən verilmiş xx xxxxxxx 2020-cu il tarixli 827 saylı forma 2 arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 4 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar. İşə əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı MİS-dən verilmiş aktdan görünür ki, həqiqətən də İddiaçı həmin mənzildə qeydiyyatsız yaşayır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ailə qurduqdan sonra ailə üzvü kimi mübahisəli mənzilə köçürülmüş, hazırda həmin mənzildə yaşayır. Həmçinin iş materiallarına əlavə edilmiş ərizələrdən də görünür ki, mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddia üzrə iddiaçının mənzilə istifadə hüquqununn olduğunu qəbul edir və iddiaçının mənzilə pasport qeydiyyata alınmağına etiraz etmirlər. Digər cavabdehlər isə mənzildə qeydiyyatda olmaqlarına baxmayaraq orada yaşamırlar. Hal-hazırda başqa ünvanda yaşayırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə hesab edir ki, mənzilə istifadə hüququnun tanınmasına dair iddia tələbi əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-838/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-838/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver