Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8490/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASС-nin xeyrinə 13 yanvar 2015-сi il traixli kredit müqaviləsi üzrə 12551.19 manat əsas borс, 1325,8 manat faiz borсu və 664.2 manat сərimə borсu olmaqla ümumilikdə сəmi 14541,19 manat borсun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 25 oktyabr 2021-ci il tarixə təyin etmişdir. İddiaçı ASC-nin Məhkəmə Orqanıları ilə İş Şöbəsinin müdiri İsa Hajıyev ərizəni təqdim edərək iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin əsillərini Banka qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin сavabdeh Cavabdeh qarşı «borcun tutulması tələbinə» dair iddia ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8490/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8490/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver