Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8493/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat 59 (əlli doqquz) qəpik əsas borc, 107 (bir yüz yeddi) manat 70 (yetmiş) qəpik faiz və kredit müqaviləsi üzrə 20.06.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 25 (iyirmi beş) manat 40 (qırx) qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2001 (iki min) manat 69 (altmış doqquz) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 10000 manat kredit götürmüşdür. 15.05.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 20.06.2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28 sentyabr 2021-dək Cavabdeh banka 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1868,59 manat əsas borc, 107,7 manat faiz borcu və kredit müqaviləsi üzrə 20.06.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 25 (iyirmi beş) manat 40 (qırx) qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2001 (iki min bir) manat 69 (altmış doqquz) qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 sentyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat 59 (əlli doqquz) qəpik əsas borc, 107 (bir yüz yeddi) manat 70 (yetmiş) qəpik faiz və kredit müqaviləsi üzrə 20.06.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 25 (iyirmi beş) manat 40 (qırx) qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2001 (iki min) manat 69 (altmış doqquz) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, onun ilə "xxxx" ASC arasında 20.09.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən ona illik 25 faiz olmaqla 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. O, banka olan kredit borcunu müəyyən hissəsini ödəmişdir. Lakin sonradan maddi durumunda yaranmış çətinliklərə görə və ölkə üzrə baş vermiş pandemiyaya görə banka olan borcunu ödəyə bilməmişdir. Əlavə olaraq, iddia tələbinin yalnız əsas borcunu qəbul edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4-M-2-0-934-19 saylı, 20.09.2019-cu il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" ASC-nin tərəfindən Cavabdeh illik faiz dərəcəsi 30 faiz olmaqla 18 ay müddətinə-20.09.2019-cu il tarixdən 20.03.2021-ci il tarixədək 10000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın borcu ödəmək qabiliyyəti olmadıqda pul vəsaitlərinin ödənilməsinin və pul öhdəliyinin icra edilməsinin kreditor tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür (bənd 7.1a). İşdə olan Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemləri və Dəstək şöbəsinin 28.09.2021-ci il maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat 59 (əlli doqquz) qəpik əsas borc, 107 (bir yüz yeddi) manat 70 (yetmiş) qəpik faiz və kredit müqaviləsi üzrə 20.06.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 25 (iyirmi beş) manat 40 (qırx) qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2001 (iki min) manat 69 (altmış doqquz) qəpik məbləğində borcu vardır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 187A-da qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli, 4-M-2-0-934-19 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 18 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üsün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə şərh olunan hüqun normalarına istinadən hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində 5% ödənilməsi ilə bağlı hissədə əldən çıxmış fayda kimi qeyd etsədə, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat 59 (əlli doqquz) qəpik əsas borc, 107 (bir yüz yeddi) manat 70 (yetmiş) qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 1976 (bir min doqquz yüz yetmiş altı) manat 29 (iyirmi doqquz) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat 59 (əlli doqquz) qəpik əsas borc, 107 (bir yüz yeddi) manat 70 (yetmiş) qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 1976 (bir min doqquz yüz yetmiş altı) manat 29 (iyirmi doqquz) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8493/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8493/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver