Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8498/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında 05 noyabr 2021-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 19.02.2019-cu il tarixli 48-0***-******* nömrəli kredit müqaviləsi üzrə 393.69 manat əsas borc, 89.56 manat faiz borcu, 43.18 manat cərimə borcu olmaqla, ümumilikdə 526.43 manat borc və 08.10.2019-cu il tarixli 5-1***-******* nömrəli kredit müqaviləsi üzrə 162.3 manat əsas borc, 39.4 manat faiz borcu və 35.88 manat cərimə borcu olmaqla, ümumilikdə 237.58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19.02.2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 820 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 985 nömrəli 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 26.02.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə dair borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdeh 08.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 24 ay müddətinə 599.9 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 839 nömrəli 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 11.10.2019-cu il tarixli hüquqların ötürülməsi barədə Sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə dair borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 24-dək Cavabdeh banka 19.02.2019-cu il tarixli 480***-*******2 nömrəli kredit müqaviləsi üzrə 393.69 manat əsas borc, 89.56 manat faiz borcu, 43,18 manat cərimə borcu olmaqla, ümumilikdə 526.43 manat borcu və 08.10.2019-cu il tarixli 5-1***-******* -N-li kredit müqaviləsi üzrə 162.3 manat əsas borc, 39.4 manat faiz borcu və 35.88 manat cərimə borcu olmaqla, ümumilikdə 237.58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 19.02.2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 820 manat məbləğində kart vasitəsilə kredit almışdır. İşdə olan “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış 985 nömrəli 10 may 2018-ci il tarixli 004 nömrəli müqavilədən görünür ki, tələbetmə hüququnun güzəşt olunmasına dair 26.02.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə dair borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. İş materiallarında olan 08.10.2019-cu il tarixli, 5-1***-******* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 24 ay müddətinə 599.9 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. İşdə olan 24.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 19.02.2020-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 393,69 manat əsas borc, 89,56 manat faiz borcu və 43,18 manat cərimə borcu olmaqla, ümumilikdə 526,43 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 24.09.2021-ci il tarixli digər maliyyə arayışından görünür ki, 08.10.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 162,3 manat əsas borc, 39,4 manat faiz borcu və 35,88 manat cərimə borcu olmaqla, ümumilikdə 237,58 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 08.10.2019-cu il və 19.02.2020-ci il tarixli kredit müqavilələri imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 06.09.2021-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 555,99 (393,69+162,3) manat əsas və 128,96 (89,56+39,4) manat faiz borcunun tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 79,06 (43,18+35,88) manat məbləğində cərimə tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 79,06 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (01.10.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19.02.2019-cu il tarixli 48-0***-******* nömrəli kredit müqaviləsi üzrə 393,69 (üç yüz doxsan üç manat, altmış doqquz qəpik) manat əsas borc, 89,56 (səksən doqquz manat, əlli altı qəpik) manat faiz borcu, 43,18 (qırx üç manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 526,43 (beş yüz iyirmi altı manat qırx üç qəpik) manat borcu və 08.10.2019-cu il tarixli 5-1***-******* nömrəli kredit müqaviləsi üzrə 162,3 (bir yüz altmış iki manat otuz qəpik) manat əsas borc, 39,4 (otuz doqquz manat qırx qəpik) manat faiz borcu və 35,88 (otuz beş manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 237,58 (iki yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8498/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8498/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver