Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8528/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vermiş olduğu 2800 (iki min səkkiz yüz) manat pulun məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına ödədiyi 50 (əlli) manatın, iddianın qiyməti - məhkəmə dövlət rusumu olaraq ödədiyi 30.40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə iddiaçı “İddiaçı iddianı müdafiə edərək göstərdi ki, maşın almaq istəyirdi və bunu qohumu X2 bildirmişdir. Sonra qohumu X3 ona zəng edərək tanışı Niyazinin «Opel Zafira» markalı avtomobil satdığını bildirmişdir. Ona görə də o, Niyazi ilə telefonla əlaqə saxlamışdır. Niyazi avtomobilin şəkillərini «Watsapp» sosial şəbəkəsindən ona göndərmişdir. Danışıq zamanı Niyazi avtomobilin xərci olduğunu, sürülmədiyini, 850 (səkkiz yüz əlli) manat cəriməsi olduğunu bildirmişdir. O, Niyazidən maşının qiymətini soruşanda Niyazi ona maşını 3500 (üç min beş yüz) manata satdığını bildirmişdir. Onun pulu olmadığı üçün Ravil adlı qohumundan borc almışdır. 02 iyun 2019-cu il tarixdə Rəvan və Ravillə görüşüb Niyazinin yanına, oradan isə dördü də birlikdə maşına baxmaq üçün Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olan avtomobil dayanacağına getmişlər. Orada «Opel Zafira» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmışlar. Son qiymət olaraq Niyazi ilə avtomobilin dəyərini 2800 (iki min səkkiz yüz) manata razılaşmışlar. Orada Ravil onun üçün gətirdiyi 3000 (üç min) manatı ona vermişdir. O, da həmin puldan 2000 (iki min) manat pulu Rəvana vermişdir ki, Rəvan pulu Niyaziyə versin. Niyazi pulu aldıqdan sonra maşının sənədlərini 3 gün ərzində hazırlayıb sənədlərlə birlikdə maşını ona təhvil verəcəyini bildirsə də, lakin deyilən vaxt keçdikdən sonra Niyazi müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Təxminən 15 gün sonra Niyazi ilə Sumqayıt Şəhər Məhkəməsinin qarşısında görüşmüşlər. O, Niyazi ilə görüşdükdə Rəvan da onunla birlikdə idi. Niyazi ona maşının sənədləşmə işlərini aparmaq üçün əlavə 500 (beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O, Niyazinin sözündən sonra evə gedib 500 (beş yüz) manat pul götürmüş və Sumqayıt şəhəri, «Dejurnu» deyilən yerdə, «Yaşıl» marketin qarşısında həmin pulu Rəvana vermişdir ki, Niyaziyə versin. 23 iyun 2019-cu ildə Niyazi ilə yenidən Sumqayıt Şəhər Məhkəməsinin qarşısında görüşmüşlər. Həmin vaxt Ravil və Rəvan da onunla birlikdə idilər. Niyazi onlara bildirdi ki, avtomobili sənədləşdirmək üçün əlavə 300 (üç yüz) manat pul lazımdı. Bundan sonra yaxınlıqda yaşayan qaynanasıgilin evinə gedərək, qaynanasından 300 (üç yüz) manat borc alıb gətirib Ravil və Rəvanın yanında Niyaziyə vermişdir. Pulu aldıqdan sonra Niyazi onlara sənədləri almağa getdiyini bildirdi. Lakin 25 iyun 2019-cu il tarixdə Rəvanla birlikdə Sümqayıt Şəhər Məhkəməsinin qarşısında Niyazi ilə görüşdükdə, Niyazi ona bildirdi ki, avtomobilin sahibi narazılıq edir və alqı-satqı alınmır. Bundan sonra Niyazidən verdiyi 2800 (iki min səkkiz yüz) manat pulu geri istəmişdir. Niyazi isə valideynlərinin hal-hazırda rayonda olduğunu, iki günə əmisinin pulu gətirəcəyini bildirmişdir. Həmin vaxtdan dəfələrlə tələb etməyinə baxmayaraq Niyazi pulu geri qaytarmamışdır. Cavabdeh dələduzluq hərəkətlərinə yol verərək pulunu dələduzluq yolu ilə əldə edib mənimsədiyindən və daha sonra qaytarmaqdan imtina etdiyinə görə onun hərəkətlərindən şikayət etməli olmuşdur. Cavabdehin əməlində dələduzluq faktı olduğuna görə barəsində cinayət işi başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Nəriman Abıyev) 1(060)-454/2019 saylı, 24 noyabr 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalaraq zərərçəkmiş tərəf olaraq o, təqsirləndirilən tərəf olaraq cavabdeh apellyasiya şikayəti təqdim etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2020-ci il tarixli hökmünə əsasən apellyasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)464/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh hərəkətlərinə görə pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına 50 (əlli) manat, iddianın qiyməti -məhkəmə dövlət rusumu olaraq 30.40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manat ödəmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehlə aralarında barışıq əldə olunduğuna və ona vurulmuş zərər tam ödənildiyinə görə iddia tələbindən imtina edərək, mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə Cavabdeh tələb olunan borcun ödənildiyini və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı 18.10.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyan tam ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiadan imtina edilməsi barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” tələbindən imtinası qəbul edildiyi üçün iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” 2(060)-8528/2021 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8528/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8528/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver