Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8538/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakları ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və digər tələbi, Cavabdeh LPO İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə hərracın ləğv edilməsi və digər tələbi barədə ilkin və qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 39798,88 ABŞ dolları əsas borc, 5590,98 ABŞ dolları faiz borcu, 709,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 13648,04 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tututlması, tutmanın ipoteka predmeti olan “Maserati Quattroporte” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçının iddiası qarşı tərəfin əmlakının mənimsənilməsinə yönəldiyindən əsassız hesab edilməsi, cavabdehə məxsus “Maserati Quattroporte” minik markalı avtomobilin üzərinə keçirilmiş sonuncu hərracın ləğv edilməsi və avtomobilin sahibi tərəfindən satılıb bankın borcunun ödənilməsi üçün üzərindəki həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçının nümayəndəsi məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir (153.2.2.). Müəyyən edilmişdir ki, iddiaçı bundan əvvəl cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehə məxsus olan "Maserati Quattroporte" markalı, qeydiyyat nişanı ** RF ***, buraxılış ili 2006, ban N ZAMCD39B000022494, açıq yaşıl rəngli yük avtomobilinin açıq hərracdan satılaraq əldə olunmuş 48318 ABŞ dolları, faiz borcu 3405 ABŞ dolları, cərimə 1861 ABŞ dolları, cəmi 53584 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, girov qoyulmuş əmlakın satışından əldə edilmiş məbləğ bankın tələbinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə, bankın tələbinin qalan hissəsinin cavabdehə məxsus digər əmlaka yönəldilərək iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-746/2013 saylı, 27.02.2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 avqust 2012-ci il tarixli, 871/A saylı kredit müqaviləsindən irəli gələn 48318 ABŞ dolları əsas borcun, 3405 dolları kreditdən istifadəyə görə keçmiş faiz borcunun, gecikdirməyə görə hesablanmış 400 ABŞ dollarının və valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı ifadəsində və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi cavabdehə mülkiyyət hüququ ilə məxsus olan «Maserati Quattroporte» markalı, ** RF *** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomaşının açıq hərracda satışa çıxarılması, satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsi, avtomobilin satışından əldə olunmuş vəsaitin borcun ödənilməsindən artıq qalan hissəsi cavabdehə qaytarılması qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi tərəflər arasında eyni predmet və eyni əsaslarla məhkəmə mübahisəsi olmuş və mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yekunlaşmışdır. İddiaçı isə hazırda cavabdehə qarşı eyni predmet və əsaslara söykənən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, həmin iddiaya mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı 39798,88 ABŞ dolları əsas borc, 5590,98 ABŞ dolları faiz borcu, 709,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 13648,04 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tututlması, tutmanın ipoteka predmeti olan “Maserati Quattroporte” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8538/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8538/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver