Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-855/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Mülki öhdəliyin icra olunmasına” dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “əsas borcun və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Mülki öhdəliyin icra olunmasına dair” iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, tərəflər arasındakı mülki münasibətlər üzrə borc öhdəliyinin 18300 manat müəyyən edilməsi, həmin pul məbləğini cavabdeh qəbul etmədiyi üçün cavabdehə borcun 1 il müddətində verilməsi, onun tərəfindən hissəhissə depozitə qoyulması və bununla da onun cavabdehə qarşı öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “əsas borcun və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24000 manat məbləğində əsas borc, 8000 manat əldən çıxmış fayda və 10000 manat mənəvi ziyana görə təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 iyul 2020-ci il tarixində şirkət adına Emin Haktaridən satış və ticarət məqsədi ilə 24.000 (iyirmi dörd min) manat dəyəri olan 6 ton quru süd almış, 24.000 (iyirmi dörd min) manat dəyərində 6 (altı) ton quru süd məhsulunu Sumqayıt şəhərində öncədən tanıdığı “Emay” adlı şirniyyat mağazasını işlədən Cavabdeh satmışdır. Bir həftə sonra Elnur ona zəng edərək bildirib ki, quru süd müştərilərin xoşuna gəlmədiyi üçün geri qaytarmaq istəyir. O isə cavabdehdən 6 ton quru südə görə aldığı 24.000 manatın Emin Haktariyə ödənildiyindən alınan malın geri qaytarılmasının mümkün olmadığını bildirmişdir. O, nə üçün quru südün bəyənilmədiyini soruşduqda isə cavabdeh vətəndaşların Belarusiya istehsalı olan quru süddən iddiaçının satdığı quru südün eyni miqdarda ölçünü ala bilmədiyini bildirmişdir. Axşam saatlarında cavabdeh onu Masazırda duz gölünün yanına görüşə dəvət etmişdir. Görüşdən sonra o satdığı quru südün geri qaytarılmasının mümkün olmadığını və cavabdehə yalnız malı başqa şəxsə sataraq əvəzində pulunu götürməyə kömək edə biləcəyini bildirmişdir. 10 avqust 2020-ci il tarixində hesablaşacaqlarına dair cavabdehlə razılığa gəlmişlər. 10 avqust tarixinədək cavabdeh həmin quru süddən 5.700 manatlıq məhsulu, 200 manat zərəri ilə 5.500 manata başqa məhsul ilə əvəz edərək gəlir əldə etmişdir, bununla da ona 200 manat zərər vurmuşdur. Ən son danışıqlarında onun cavabdehə olan borcunun 18.300 manat olması təqdirində 5.700 manatlıq məhsulu 5.500 manat kimi qəbul edib və gəlir əldə etdiyi üçün cavabdehə olan borcunu ona 200 manat ziyan ilə cəmi 18.500 manat 1 (bir) il müddətində hissə-hissə qaytaracağına dair razılaşıblar. 08 avqust 2020-ci il tarixinədək həmin qalıq quru süd cavabdehin istifadəsində olan mağazasının anbarında 183 kisə olaraq qalmış 08 avqust 2020-ci il tarixində cavabdehin anbarından quru süd kisələrini götürərək başqa bir müştəriyə nisyə olaraq satmış, ödənişin bir ay sonra ona qaytarılacağını cavabdehə bildirmişdir. Cavabdeh isə israrla onunla 10 avqust 2020-ci il tarixində hesablaşmalı olduqlarını bildirmiş, əks təqdirdə isə cavabdehin tanışları olan polislərə müraciət edəcəyini bildirərək hədə-qorxu ilə təzyiq göstərmişdir. 15 avqust 2020ci il tarixində cavabdeh israrla onu Sumqayıt şəhərinə çağırmış, ona olan borcunun tamamını ödəməyini bildirmiş, əks halda başının ağrıyacağını bildirmişdir. Cavabdeh ona zəng edərək cavabdehlə görüşmək üçün cavabdehin işlətdiyi mağazaya gəlməyini bildirmiş, ona avtomobilin sahibi X2 və tanışı Hacı Şahinlə brilikdə cavadehin yanına getmiş, mağazanın qarşısında avtomobili saxlamışlar. O, cavadehə zəng etmişdir ki, mağazadan 10 nəfərə yaxın şəxs çıxmış və orada pulun qaytarılması ilə əlaqədar aralarında mübahisə başlamışdır. Cavabdeh onu küçə söyüşləri ilə təhqir etməyə və söyməyə başlamışdır. Ona başqa yerə gedib söhbət etmələrini, orada aralarında olan məsələni həll etməklərini bildirmişdir. Mübahisə zamanı cavabdeh Mercedes-Benz CL500 minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq maşına əyləşmiş və sürməyə başlayan zaman o və Hacı Şahin: “ Nə edirsən, bu bizim maşınımız deyil”- deyə qışqırmışlar, lakin cavabdeh sözlərə məhəl qoymayaraq sürüb getmişdir. Cavabdeh avtomobili ona məlum olmayan bir yerdə saxlayaraq başqa bir avtomobillə yarım saat sonra qayıdıb. O avtomobilin onun mülkiyyətində olmadığını bildirsə də, cavabdeh: “ Vermirəm, get hara şikayət edirsənsə, et”- demişdir. Avtomobilin içərisində onun şirkətinə aid hüquqi sənədlər, şirkətə aid möhür, noutbuku, pul qabının içərisində digər mühüm sənədlərinin olmasını və geri verilməsini tələb etsə də, cavabdeh avtomobili ona qaytarmamışdır. Daha sonra o mübahisə olmasın deyə pul qabı olmadan Bakıya qayıtmış, səhər tanışı Vüqarla görüşüb onun avtomobilini cavabdehin qaçırtdığını bildirmiş, sonra isə 102 polis xidmətinə zəng edərək **-XN-*** dövlət qeydiyyat nişanlı, CL500 markalı avtomobilin cavabdeh tərəfindən qaçırılmasına dair məlumat vermişdir. 102 xidməti onları ərazi üzrə Sumqayıt şəhər 1-ci Polis Bölməsinə yönləndirmişdir. Onlar həmin gün oraya getmiş, şikayət ərizəsi yazmışlar. Cavabdeh polisin çağırışına məhəl qoymayaraq avtomobili gətirməmişdir. İki gün sonra onları Sumqayıt şəhəri 1-ci Polis Bölməsinə dəvət etmişlər. Polis rəisi cavabdehlə üzləşmə keçirib, cavabdehin yanında özünü vəkil kimi təqdim edən, öncədən tanımadığı və ilk dəfə gördüyü Xətai adlı şəxs Polis rəisinin qanuni tələblərinə məhəl qoymayaraq bölməni tərk etmişdir. Daha sonra Sumqayıt şəhəri 1-ci Polis Bölməsi sənədləri Sumqayıt Şəhər Polis İdarəsinə göndərmişdir və orada müstəntiq Anar Şirinovun icraatına verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, 04.07.2020-ci il tarixdə cavabdehdən ümumi dəyəri 24 000 (iyirmi dörd) manat olan quru süd məhsullarını almış, həmin məhsullardan hər birinin dəyəri 100 manat olan 5 qutu quru südü nümunə üçün başqa şirkətlərə vermiş, lakin məhsulları şirkətlərə payladıqdan 3-4 gün sonra şikayətlər daxil olduğundan o, bu barədə İddiaçı məlumat vermiş, həmin quru süd məhsullarının lazımi kefiyyətdə olmaması səbəbindən həmin məhsulları təhvil almasını və ödədiyi pulu geri qaytarmasını tələb etmiş, İddiaçı isə onu əmin etmişdir ki, 1 həftə ərzində gəlib məhsulları geri alacaq və aldığı 24000 manat pulu da geri qaytaracaqdır. Lakin İddiaçı ona satdığı quru süd məhsullarını geri alsa da, bu günədək aldığı pulu geri qaytarmamışdır. Nəticədə isə 24 000 manat əsas borcdan əlavə İddiaçı hərəkələri nəticəsində ona əldən çıxmış fayda kimi 8000 manat zərər və 10000 manat mənəvi ziyan dəymişdir. Bundan başqa o, ilkin iddia tələbi ilə əlaqədar olaraq qeyd edir ki, İddiaçı ilkin iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə məqsədi ondan aldığı 24 000 manat pulun qismən qaytarılmasına nail olmaqdır. Hesab edir ki, onunla İddiaçı arasında olan mülki münasibətlər üzrə borc öhdəliyinin 18300 manat müəyyən edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə ki, onunla İddiaçı arasında süd məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Lakin satılan süd məhsulları kefiyyətsiz olduğundan geri qaytarıldığından, İddiaçı isə 24 000 manat pulu ona qaytarmağı öhdəsinə götürdüyündən aralarındakı borc münasibəti 18300 manat müəyyən edilə bilməz. Qeyd olunanlara əsasən o, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili X3 eyni məzmunda izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o, heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh isə mülki işə baxılmasını davam etdirilməsini tələb etdiyindən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Ona görə ki, ilkin iddia ərizəsindən və iş materiallarında olan Cavabdeh AR Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə ********* saylı cinayət işi üzə ittiham aktında olan İddiaçı ifadəsindən görünür ki, o, Cavabdeh quru süd məhsullarına görə 24 000 (iyirmi dörd min) manat aldığını qəbul etmişdir. Lakin o, borc öhdəliyinin 18300 manat olması ilə əlaqədar hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Cavabdeh ümumilikdə 24 000 (iyirmi dörd min) manat olan quru süd məhsullarından hər birinin dəyəri 100 manat olan 5 qutu qurusüdü başqa şirkətlərə verdiyini qeyd etmişdir. Lakin ona maddi və mənəvi ziyan dəyməsi ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilərək İddiaçı 23500 manat pul vəsaiti Cavabdeh verilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə və ilkin iddia tələbi isə tamamilə rədd edilməlidir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, ilkin iddia tələbi “Mülki öhdəliyin icra olunmasına” dair olsa da, mahiyyəti öhdəliyin qismən etirafına dair olduğundan və məhkəmə qətnamənin əsaslandırıcı hissəsində ona hüquqi qiymət verdiyindən məhkəmə bununla əlaqədar belə nəticəyə gəlir ki, ilkin iddianın qismən təmin edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T ETDİ: İlkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edislin. İddiaçı 23500 manat pul vəsaiti alınaraq Cavabdeh verilsin. Qarşılılıqılı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada təqdim olunan qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-855/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-855/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver