Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-862/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X3 iştirak ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh qayınanasıdır. O, xx.xx.2003-cü il tarxidə Cavabdeh oğlu X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı iki övladları var. Mübahisəli mənzil əvvəl order əsasında qayınatası X8 məxsus olmuşdur. xx.xx.2007-ci ildə X9 Əhməd oğlu həmin mənzili öz adına özəlləşdirmişdir. xx.xx.2019-cu ildə X9 Əhməd oğlu vəfat etmişdir. X1 vəfatından sonra Cavabdeh xx.xx.2019-cu il tarxidə həmin mənzili öz adına sənədləşdirmişdir. Ailə həyatı qurduqdan sonra ünvan 2 ünvanına gəlin gəlmiş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. O, mənzilə gəlin gələrkən mənzil dövlət mənzil fonduna aid olmuşdur. Keçmiş ev sahibi X9 Əhməd oğlu və onun ailə üzvləri onu ailə üzvü kimi qəbul etmiş və o, mənzilə onun və ailə üzvlərinin razılığı əsasında köçürülməklə birgə təsərrüfat idarə etmişdir. Hal-hazırda da o, həmin mənzildə yaşayır və bütün cehiz əmlakları da həmin mənzildədir. Onun ünvan 1 ünvanından istifadə hüququ var. Lakin cavabdeh könüllü şəkildə onun həmin mənzilə qeydiyyata düşməsinə razılıq vermir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onun və uşaqlarının həmin mənzilə istifadə hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar mənmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalalat Birliyi 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 338 nömrəli arayış və aktdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 2003-cü ildən qeydiyyatsız yaşayır. AZ-İİ seriyalı 131313 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Tarverdiyeva Samilə Şirin qızı arasında Sumqayıt nikah evində xx xxxxxx 2003-cü il tarixdə 1277 nömrəli akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına Musayeva soyadı verilmişdir. AZ-İ seriyalı 586888 saylı və AZ-İİİ seriyalı 661558 saylı doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə, X6 isə xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində dogulmuş, ataları X7, anaları İddiaçı qızıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun xx xxxxxxxx 2020-ci il tarixli 610/2020/S.Q. nömrəli sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli №**********42 saylı arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən 47 nömrəli mənzil Sumqayıt şəhər ZDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1977-cı il tarixli, 13/2062 nömrəli order Sumqayıt Şəhər İcra Hakimiyyətinin MTİİB 14 saylı MİS tərəfindən verilmiş 06.08.20Q7-Cİ il tarixli, 5533 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X5 adına qeydiyyata alınmış və xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-1569 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə və xx.xx.2019-cu il tarixli, 3M-1121 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh adına qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı cavabdehin oğlu ilə 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, mübahisə predmeti olan mənzilə gəlin köçərək həmin vaxtdan ailə üzvləri ilə bərabər mənzildən istifadə etmiş, hazırda da həmin yaşayış sahəsində yaşayır və birgə təsərüfatın idarə edilməsində iştirak edir. Mübahisə predmeti olan mənzil 2007-ci il tarixədək dövlət mənzil fonduna aid olmaqla, həmin ildə özəlləşdirilmiş və cavabdehin əri mərhum X5 adına mülkiyyət huququ dövlət reyestrində qeydə alınmışdır. X5 ölümündən sonra mənzil sonuncunun arvadı - araşdırılan mübahisə üzrə Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarların formalaşmış hüquqi mövqeyə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur». R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu xx xxxxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. İşin hallarından göründüyü kimi iddiaçı 2003-cü ildə mübahisə predmeti olan mənzilə köçməklə tərəflər arasında mənzillə bağlı münasibətlər həmin tarixdən əmələ gəlmişdir. Həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmaqla, order əsasında icarəçinin istifadəsində olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin : 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəyə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilə 2003-cü ildə ailə üzvü kimi köçürülmüş, həmin tarixdən orada yaşayır və birgə təsərrufat aparmaqla mənzildən bərabər istifadə edir. Bu baxımdan məhkəmənin qənaətincə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları tanınmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya etirazını bildirməmiş və ya iddiaya etirazla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 3, mənzil 47 ünvanına istifadə hüquqları tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-862/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-862/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver